REDAKSİYAMIZIN ARXİVİNDƏN:
Professor Mədəd Namaz oğlu Çobanovu
75 illik Yubileyi münasibəti ilə təbrik edirik!
Azərbaycan xalqının, Borçalı mahalının
dəyərli ziylısı və əziz oğlu,
görkəmli dilçi-alim, tanınmış türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki,
Filologiya elmləri doktoru, professor,
əllidən çox kitabın müəllifi,
Cəmiyyətimizin Elm və təhsil şöbəsinin müdiri,
müsbət insani keyfiyyətlərə malik olan,
qəlbi qəlbimizlə döyünən, ülvi duyğular sahibi,
xoş təbiətli, yurd ətrini duyan, sədaqətli dost,
qayğıkeş və xeyirxah insan,
Hörmətli Mədəd müəllim!
Sizi 75 illik yubileyiniz münasibəti ilə
ürəkdən təbrik edir, sizə uzun ömür,
möhkəm can sağlığı, ailə sevinci və
işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!..
Ulu Tanrı öz diqqət
və himayəsini
heç zaman sizdən
əskik etməsin.
İllərin, ayların xoş günləri
ailənizə qismət olsun.
Ömür payınızı
sevinclə yaşayın!
Sizin təmiz ürəyiniz
nəğməylə bəzənsin,
şeirlə gülsün.
75 illik Yubileyi münasibəti ilə təbrik edirik!
Azərbaycan xalqının, Borçalı mahalının
dəyərli ziylısı və əziz oğlu,
görkəmli dilçi-alim, tanınmış türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki,
Filologiya elmləri doktoru, professor,
əllidən çox kitabın müəllifi,
Cəmiyyətimizin Elm və təhsil şöbəsinin müdiri,
müsbət insani keyfiyyətlərə malik olan,
qəlbi qəlbimizlə döyünən, ülvi duyğular sahibi,
xoş təbiətli, yurd ətrini duyan, sədaqətli dost,
qayğıkeş və xeyirxah insan,
Hörmətli Mədəd müəllim!
Sizi 75 illik yubileyiniz münasibəti ilə
ürəkdən təbrik edir, sizə uzun ömür,
möhkəm can sağlığı, ailə sevinci və
işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!..
Ulu Tanrı öz diqqət
və himayəsini
heç zaman sizdən
əskik etməsin.
İllərin, ayların xoş günləri
ailənizə qismət olsun.
Ömür payınızı
sevinclə yaşayın!
Sizin təmiz ürəyiniz
nəğməylə bəzənsin,
şeirlə gülsün.
Fərman BORÇALI,
"Dostluq məşəli" Cəmiyyətinin Sədri,
"Dostluq məşəli" qəzetinin Baş redaktoru.
"Dostluq məşəli" qəzetinin Baş redaktoru.
DƏYƏRLİ İNSAN
Professor Mədəd Çobanova ən xoş arzularla
Millətinə, Xalqına hər an arxa olmusan,
Əməlinlə-işinlə boşalmısan, dolmusan,
Darbaz kəndi ata yurdun, Borçalının oğlusan,
Əzəl gündən öz elminlə məharətsən, məharət.
Tanrı sənə vehy verib saza, sözə bağlısan,
Çəsarətə, ədalətə həm də düzə bağlısan,
Ocağından çıxan oda, həm də közə bağlısan,
Borçalının alim oğlu fəxarətsən, fəxarət.
Azərbaycan və Gürcüstan dost körpüsü yaratdın,
Neçə-neçə kitabları belə yazıb-yaratdın,
Odur ki, 70 yaşda nə dincədin, nə yatdın,
Vəcdə gəlib Fərman deyər sücaətsən, sücaət.
Fərman Borçalı.
BİR MƏSƏL QALIBDIR ATA-BABADAN...
Ölkəmizin hər yerində - Ümumtəhsil, orta ixtisas və peşə məktəblərində, həmçinin, Ali məktəblərdə, müxtəlif təyinatlı sosial təşkilatlarda və istehsal sahələrində olduğu kimi, Azərbaycan Respublikası “Dostluq Məşəli qəzeti” Məhdud Məsuliyyətli Cəmiyyəti də “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə geniş miqyaslı tədbir keçirmişdir. Bu tədbirə Əmək və Müharibə veteranları, Vətən qarşısında xüsusi xidmətləri olan tanınmış alimlər, ziyalılar, şairlər, jurnalistlər və başqaları da dəvət olunmuşdur... Bu tədbirdə “Dostluq Məşəli Qəzeti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisi və Baş redaktoru Fərman Borçalı Müstəqil Azərbaycan Respublikasının Beynəlxalq aləmdəki mövqeyindən, müasir dövrdəki siyasi, iqtisadi və mədəni inkişafından, “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qeyd olunmasının siyasi və mənəvi dəyərlərindən bəhs edən çox maraqlı nitqlə çıxış etdi.
Sonra Cəmiyyətin Baş məsləhətçisi, tanınmış şair və ictimaiyyətçi, Prezident təqaüdçüsü İlyas Tapdıq, Veteranlar Şurası Sədrinin müavini polkovnik C.Xəlilli, polkovnik Ə.Qənizadə, “Dövlət və Qanun” qəzetinin Baş redaktoru Yasəmən Möhübbətqızı, tədqiqatçı-jurnalist M.M.Çobanlı, əmək veteranı C.Sadıqov və başqaları çıxış etdilər...
Sonra tədbir iştirakçılarının bir qrupu “Dostluq Məşəli Qəzeti” Məhdud Məsuliyyətli Cəmiyyəti adından “Fəxri Diplom”la təltif edildi...
Təltif olunanlar arasında biz də var idik... Odur ki, “Fəxri Diplom”un təqdimatı münasibətilə qısa çıxış etməli oldum:
“Bir Məsəl qalıbdı, Ata-Babadan:
“Su gələn Arxdan bir də gələcək”.
Mənim Doğma, Tarixi Azərbaycanım,
Şimallı-Cənublu birgə Güləcək”.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda rəhbərliyinin ikinci mərhələsində (3 sentyabr 1991-ci il-12 iyun 1993-cü il) ölkəmizin və xalqımızın ümumi gələcəyi naminə strateji baxımdan Azərbaycan dövlətinin və dövlətçiliyinin yaşaması məqsədilə siyasi, iqtisadi, mədəni və Ordu quruculuğu sahəsində tarixi əhəmiyyəti olan bir sıra islahatlar aparmış və bu sahədə bir sıra nailiyyətlər əldə edilmişdir. O cümlədən:
Birincisi, Heydər Əliyev 1991-ci ildə SSRİ-nin saxlanması üçün keçirilən Ümumittifaq referendumu ərəfəsində Naxçıvan MSSR-in sabiq SSRİ-nin tərkibindən çıxdığını bildirir və beləliklə də, Naxçıvan MSSR referendumda iştirak etmir.
İkincisi, sabiq SSRİ-nin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşdirilmiş olan Ordu birləşmələri Naxçıvan Respublikası Ali Məclisinin tabeliyinə verilir. Beləliklə də, Milli Ordumuzun yaradılmasının əsası qoyulur və Naxçıvan ərazisində Milli Ordumuzun ilk dəfə “Farağat” Əmrinin ilk sədaları aləmə yayılır.
Üçüncüsü, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin Dövlət rəmzləri qəbul edilir: üçrəngli Dövlət Bayrağı dalğalanır, Dövlət Himninin ahəngdar sədaları aləmə yayılır, Dövlət Gerbi rəsmi sərhədlərimizi bəzəyir.
Nəhayət, Dördüncüsü, “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunur... (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı).
Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycanda rəhbər vəzifəyə gəldiyi ilk günlərdən düşündürən ən mühüm problemlərdən biri də Azərbaycançılıq ideyası və bu ideyanı, tədricən də olsa, xalqımızın avanqard dəstəsi sayılan ziyalılar kütləsinə damla-damla çatdırmaq və mənimsətmək, başa salmaq, onları bu ruhda tərbiyə etmək və silahlandırmaq olmuşdur... Bu məqsədlə də, xalqımızın Böyük oğlu Heydər Əliyev Azərbaycanda hakimiyyət başına gəldiyi ilk günlərdən bütün tədbirlərdə-AKP MK-nın Rayon partiya konfranslarında da, elm və təhsil işçiləri ilə görüşlərində də, fəhlələr və kolxozçular qarşısındakı çıxışlarında da yalnız və yalnız “Doğma Ana dili”ndə çıxış edərdi, danışardı... (O dövrdə isə, sabiq SSRİ imperiyasının bütün ərazilərində “ikinci Ana dili” adlanan “rus dili” hakim dil idi. Siyasi və dövlət xarakterli bütün tədbirlər yalnız “rus dili”ndə keçirilməli idi). Bu da təsadüfi deyildi. Çünki Ümummilli lider yaxşı bilirdi ki, xalqı birləşdirən və onların arasında Birlik və Həmrəylik yaratmaq üçün Ünsiyyət dili, Ana dili başlıca rol oynayır... Çünki xalqların birliyinin ilk ünsürləri “Ana dili” əsasında təşəkkül tapır... Məhz Ümummilli liderimiz də həyatı boyu xalqımızı bu Ruhda silahlandırırdı... Nəticəsi isə, öz bəhrəsini verirdi... Bakının Azadlıq meydanındakı mitinqlərdə iştirak edən milyonlarla insan dalğası və bu mitinqlərdə dalbadal çıxış edən azərbaycanlı natiqlərin tarixilik və müasirlik baxımdan zəngin məzmunlu çıxışları Azərbaycançılıq ideyasının mənimsənildiyini bir daha təsdiq etdi...
Nəhayət, Ümummilli liderimiz H.Əliyev rəhbərliyinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədrlik etdiyi ilk dövrdə Naxçıvan MR Ali Məclisinin Sessiyalarının birində “Dünya Azərbaycanlılarının Həmrəyliyi” münasibətilə tarixilik və müasirlik nöqteyi nəzərdən çox müasir və aktual bir məsələ geniş müzakirə edilmiş və müvafiq Qərar qəbul edilmişdir: “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunmuşdur.
Siyasi-ictimai və mədəni, tarixilik və müasirlik baxımından, çox yığcam və dərindən düşünülmüş bu Qərarı yuxarıda qeyd olunan və digər problemlərin gələcəkdə siyasi və ictimai baxımdan obyektiv halda həllini gözləyən və müvəffəqiyyətlə ardıcıl olaraq həyatda tətbiq edilməsinin “Siyasi-ictimai Açarı” adlandırmaq olar... Məhz bu zaman Ata-babalarımızın bizə miras qoyduğu “Su gələn Arxdan, bir də gələcək” məsəlinin ümumi və geniş məzmunlu mahiyyəti həyatda öz əksini tapacaqdır...
M.N.ÇOBANOV,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru,
professor.
“Şərqin səsi” qəzeti, yanvar, 2015;
"Dostluq Məşəli" qəzeti, yanvar, 2015.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.