Qadir QAFAROV,
AzTU-nun “Energetika və avtomatika” fakültəsi,
“Mühəndis fizikası və elektronika” kafedrasının baş müəllimi
Elektrik və elektronika mühəndisliyi dinamiki və həyacanverici mühəndislik istiqamətlərindən biri olub mükəmməl karyera imkanlarını özündə cəmləşdirir və eyni zamanda dünyada ən böyük sənaye sektorlarından birinə çevrilmişdir. Elektronika sahəsindən dinamiki inkişaf tempi hazırda üzvü olduğumuz müasir cəmiyyətin səhiyyə, proseslərin idarə olunması, təhsil və əyləncə sahələrinin bütün yönlərdən fəaliyyətlərinin yenidən formalaşdırılmasında böyük rol oynamaqdadır. Elektrik və elektronika mühəndisliyinin əsas tədqiqat predmentini telekommunikasiya şəbəkələrinin, kompüterləri təşkil edən altsistemlərin inteqral sxemlərinin, tibbi və saneye elektronikası, idarəetmə sistemləri, mikrodalğa, kompüter şəbəkə təhlükəsizliyi, vizuallaşdırma və siqnal emal sistemləri kimi sistemlərin layihələndirilməsini və realizasiyası təşkil edir.
Azərbaycan Texniki Universitetinin “Energetika və avtomatika” fakültəsi “Elektrotexnika” kafedrasında təhsil alan tələbələrə hazırda bakalavriat səviyyəsində mükəmməl və dövrün tələblərinə cavab verən bacarıqların qazanılmasını təmin edən təhil imkanı mövcuddur. “Energetika və avtomatika” fakültəsində beynəlxalq və respublika səviyyəsində tələbənin mövqeyinin formalaşdırılmasında bilavasitə rol oynayan karyera imkanları və bakalavriat səviyyəsində təhsil imkanlarının digər təhsil pillələrində təhsilini davam etmək arzusu olan tələbələr üçün lazımi səriştələrə malik formalaşdırılmasını təmin edən tədqiqat mühiti mövcuddur.
“Energetika və avtomatika” fakültəsinin əsas missiyası energetik və alternativ enerji sistemləri, simsiz rabitə və mikrodalğa sistemləri, tibbi sistemlərdə tənzimləmə və idarəetmə məsələləri, tibbi məqsədlər üçün müxtəlif nanorobotların layihələndirilməsi, biokompozit materiallar, idarəetmə, süni sinir şəbəkələri və yüksək səviyyəli siqnal emal prosesləri sahələrində dünya miqyasında təhsil və tədqiqat fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirməkdədir. Azərbaycan Texniki Universitetinin “Energetika və avtomatika” fakültəsinin əsas hədəflərindən biri öz profili üzrə respublika və beynəlxalq səviyyəsində istər tədris prosesinin istərsədə tədqiqat mühitinin təşkil olunmasıdır. Fakültə üzrə professor-müəllim heyəti ömrünü təhsilə-tədrisə həsr etmiş müəllimlər olaraq tələbələri qarşısında borclarını layiqincə ödəməkdədirlər. Fakültə, republika və beynəlxalq səviyyədə prestijli layihələrdə yer almış və bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri ilə birlikdə bu layihələrdə iştirak etməkdədir.
“Energetika və avtomatika” fakültəsinin nəznində fəaliyyət göstərən elektrik və elektronika mühəndisliyində bakalvriat proqramı 4 illik müddəti əhatə edib, birinci tədris ilində öyrədilən fənlər tələbələrin növbəti illərdə lazım olacaq əsas və sosial elmlər sahəsindəki dərslərlə, əsas kompüter bacarıqlarının formalaşmasına xidmət edən fənlərdən ibarətdir. İkinci tədris ilində bir tərəfdən tələbələrə elektrik və elektronika mühəndisliyinin əsas istiqamətləri araşdırılarkən eyni zamanda əvvəlcədən qazanılmış ilkin biliklərin möhkəmləndirilməsi təmin olunur. Üçüncü tədris ilində isə tələbələrə elektrik və elektronika mühəndisliyinin əsas istiqamət sahələrini xırda detallarına qədər araşdıran fənlərə yer verilir və dövrün tələbləri çərcivəsində baza mühəndislik anlayışları öyrədilir. Bakalavriat təhsilinin son mərhələsində tələbələrə təqdim olunan seçmə fənlər vasitəsilə telekommunikasiya, mikrodalğa, elektron və idarəetmə sistemləri kimi sahələr üzrə ixtisaslaşmaq imkanı yaradılır. Bundan başqa tələbələrə 70 iş günü müddətində elektrik və elekronika mühəndisliyi ilə əlaqəli təşkilat və müəssisələrdə nəzəri biliklərin praktiki bacarıqlara (növbəti mərhələdə vərdişlərə) çevrilməsi üçün münbit şərait yaradılır.
Fakültə və qeyd olunan ixtisas barəsində daha ətraflı məlumatları aztu.edu.az saytından əldə etmək olar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.