1951-ci il martın 14-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur. 1958 - 1968-ci illərdə Faxralı orta məktəbində təhsil almışdır. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) mexanika fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Bakı Məişət Kondisionerləri Zavodunun Xüsusi Layihə Konstruktor Texnoloji bürosunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən Politexnik İnstitutunda tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. 1978-ci ildən isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda materiallar müqaviməti fənnindən dərs deməklə yanaşı, həm də həmin institutda əyani aspiranturaya daxil olmuşdur. 1983-cü ildə isə aspiranturanı bitirərək müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. O, həmin Universitetin Nəzəri mexanika kafedrasına təyinatla göndərilərək müəllim kimi fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq Etimad Ayvazov tərəfindən latın qrafikalı şriftlə ali məktəblər üçün "Nəzəri mexanika" fənni üzrə dərslik yazılmış və yüksək tirajlı çap olunmuşdur.
Etimad Ayvazov 100-ə qədər elmi məqalənin, o cümlədən, ali məktəb tələbələri və aspirantlar üçün 6 elmi metodik əsərin müəllifidir. Etimad Ayvazov İnşaat Mühəndisləri Universitetinin nəzəri mexanika kafedrasında dosent, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyində şöbə rəisi vəzifəsinədək yüksəlmişdir.
Var olsun elinə bağlı və elini sevən,elmizin fəxri, görkəmli elm xadimlərindən olan Etimad müəllim.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-ictimai fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Sevdikləri ilə birgə neçə illərə.. Allah ömür versin.
Özü demiş, "Var olsun elm adamları!.."
Biz də deyirik, var olun Etimad müəllim!!!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.