qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Mollaoğlu kəndində dünyaya gəlib.
1976-cı ildə həmin kənddəki orta məktəbi bitirib.
Ali təhsilli tanınmış və təcrübəli pedaqoqdur.
1985-ci ildə Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və Ədəbiyyatı fakültəsini bitirib.
Sonra Tbilisi Dövlət Universitetində təkmilləşmə kursu keçib, ikinci coğrafiya müəllimi ixtisasına yiyələnib.
Uzun müddət doğma məktəbində müəllim və
məktəb direktoru vəzifələrində işləyib.
Hazırda "Şərqin səsi" qəzetinin bölgə müxbiridir.
Ailəlidir. 4 övladı – 1 oğlu, 3 qızı və 11 nəvəsi var.
Gülsəfa müəllimə həm də istedadlı şairə kimi tanınır.
Şeirləri ZiM.Az, Zirve.info, Vetenim.info və Borcali.org saytlarında, “Borçalı”, “Şərqin səsi”,
“Elm və Təhsil” qəzetlərində və eləcə də, bir sıra digər müxtəlif mətbuat orqanlarında dərc olunub.
“BİR ÖMÜR YAŞADIM” adlı şeirlər kitabının müəllifidir.
Hazırda "Borçalı" nəşriyyatında ikinci kitabı çapa hazırlanır.
Biz də hörmətli Gülsəfa xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
əmək və ictimai fəaliyyətində, eləcə də, yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..
ZiM.Az
***
ZƏHMƏTLƏ BAĞ SALIB BAĞBAN OLMUŞAM,
KİMSƏNİN BAĞINDAN GÜLÜ DƏRMƏDİM.
HALAL ZƏHMƏTİMLƏ GƏZİB DOLANDIM,
ƏL AÇIB KİMSƏDƏN VAR İSTƏMƏDİM...
QİSMƏTİM ÜZÜMƏ GÜLMƏDİ MƏNİM,
TALEİM ÖMRÜMƏ KƏSİLDİ QƏNİM...
NƏ BƏDBƏXT OLMADIM NƏ DƏ Kİ,XOŞBƏXT,
GƏNCLİYİ HAVAYA SOVURDU QİSMƏT...
ÖMRÜN SON BAHARI, GƏLDİ ÖMRÜMƏ,
CAN VERDİ,YENİDƏN SOLAN ÖMRÜMƏ.
TALEYİM QİSMƏTİM BELƏ GƏTİRDİ,
TANRI VERƏN PAYIMI, BƏNDƏ GÖTÜRDÜ...
BELƏCƏ YETİRDİM MƏN ÖMRÜ SONA,
BƏNZƏYİR HƏYATIM BÖYÜK DASTANA.
İLAHİ KİMSƏNİ MÖHTAC ETMƏSİN,
YAXINA UZAĞA NƏ DƏ DOSTUNA...
.
GÜLSƏFA QİSMƏTDƏN KÜSÜB- İNCİMƏZ,
ÖZGƏ QİSMƏTİNƏ MƏNİMDİ DEMƏZ...
İLAHİ YIXANI BƏNDƏ TİKƏMMƏZ,
İYNƏ TİKƏN YERİ,TİKAN, TİKƏNMƏZ...
Gülsəfə AYVAZOVA,
Borçalı, Sadaxlı kəndi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.