MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- MAYORU HƏZİ ASLANOVUN ANADAN OLMASININ 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- MAYORU HƏZİ ASLANOVUN ANADAN OLMASININ 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB 2020-ci il yanvarın 29-da
Moskva şəhərində
iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
Tank Qoşunları general-mayoru
Həzi Aslanovun anadan olmasının
110-cu il dönümünə həsr olunmuş
tədbir keçirilmişdir.
Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyatından
ZiM.Az-a verilən məlumata görə,
tədbiri Mosvka şəhərindəki
Oçakov-Matveyev rayonu Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı təşkil etmişdir.


Tədbirdə Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyatının sədri, deputat köməkçisi Əli Kazımov və diaspora fəalları İlhan Tağıyev, Zaur Qiyasov, İlqar Məmmədov, Raqib Bayramov, Elxan Məmmədov, Oçakov-Matveyev rayon rəhbərliyi Oleq Kalinin, Azərbaycanın Rusiyadakı səfirinin birinci katibi İslam Quliyev, İkinci Dünya Müharibəsi veteranları Nikolay Stepanov, Anatoliy Buçkov, Rusiya Dövlət Dumasının deputat müşaviri Naila Qurova, general-mayor Valentin Kurnışev, kont-admiral Sergey Strelsov, Hərbiçi Ailələri İttifaqının və Rusiya Prezidenti yanında hərbi-mülki münasbətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova, Rusiya Federasiyası Dövlət Dumasının deputat müşaviri Naila Qurova, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanov haqqında çəkilmiş sənədli filmin ssenari müəllifi Yelena Nilayeva, yazıçı Boris Krasilnikov, müsəlman məktəbinin direktoru Ənəs Həzrət, dövlət və hökümət nümayəndələri, ziyalılar və Azərbaycan diasporasının nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən natiqlər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanovun keçdiyi döyüş yolundan, müharibədə göstərdiyi şücaətlərdən və qəhrəmanlıqlardan danışmışlar.

Tədbirin sonunda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları general-mayoru Həzi Aslanovdan bəhs edən sənədli film nümayiş olunmuşdur.

Yunis Qaraxanov,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru,
"Borçalı" NPM-nin ədəbi redaktoru, şair-publisist.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: