Hüseyn, uğur daim səninlə olsun!

Hüseyn, uğur daim səninlə olsun!Muradzadə Hüseyn Elşad oğlu - 2009-cu il yanvarın 26-da Bakıda, ziyalı ailəsində anadan olmuşdur.

Atası Muradov Elşad Hüseyn oğlu - idmanın güləş növü üzrə müəllimlik ixtisasına yiyələnsə də, başqa bir peşədə, özəl-tikinti sektorunda çalışır, eyni zamanda özəl biznesi vardır.

Anası Muradova Həcər Adil qızı - mühasib-iqtisadçı üzrə ali təhsilli mütəxəssisdir. Hal-hazırda ölkənin aparıcı müəssisələrindən olan SOQAR-neft şirkətinin “Karbamid” zavodunda anbar müdiri vəzifəsində çalışır.

Ailədə Hüseynin özündən başqa Zəhra adlı bacısı vardır. Zəhra uşaq bağçasının rus bölməsinə gedir. Baxmayaq ki, onun dörd yaşı var, bağçanın ən fəal uşaqlarındandır. O, artıq rus dilində səlis danışmağı bacarır. Müəllimlərin sevimlisi olan Zəhra bağçada keçirilən tədbirlərdə aparıcı qüvvədir. İngilis dilində də öyrənməyə meyllidir. Onun yaddaşını və bacarığını müəllimləri xüsusi olaraq qeyd edirlər.

Muradzadə Hüseynin dünyagörüşü çox maraqlı və fərqlidir. Arzuları çoxdur, bitib-tükənmir. Ən böyük arzusu isə böyüyəndə dünyanı səyahət etməkdir.

Hüseyn, uğur daim səninlə olsun!Hüseyn Muradzadə ilə biz da yaxından tanış olaq:

Hüseyn Muradzadə - Binəqədi rayonundakı 83 saylı litseyin rus bölməsinin birinci sinfinə qəbul olunmuş, ikinci sinfə qədər orada oxumuşdur. Məktəb evlərindən bir qədər uzaq olduğu üçün, o təhsilini 115 saylı tam orta məktəbdə davam etdirməli olur. Hal-hazırda həmin məktəbin beşinci sinfini bitirmişdir.

Hüseyn hələ kiçik yaşlarından incəsənətin və idmanın bir neçə növü ilə məşğul olur. O müxtəlif peşə növləri ilə məşğul olmağı xoşlayır. Rəsm, model, şahmat, rəqs, karate və nəhayət futbolda özünü sınayıbdir. Bir ilə yaxındır ki, futbolla məşğuldur. Ümumiyyətlə, Hüseyn Muradzadə yenilikləri çox sevir, O bir yerdə dayanmağı deyil, daim hərəkətdə olmağı xoşlayır. Bir sözlə Hüseyn Muradzadə aktiv uşaqlardandır.

Hüseyn Muradzadə sadalanan bu incəsənət və idman növləri üzrə hər zaman seçilmişdir. O, bir neçə il model kimi fəaliyyət göstərmiş və nəhayət rəqslə məşğul olmağa başlamışdır. Azərbaycan rəqslərini gözəl ifa edən Hüseyn, rəqs etdiyi kollektivlə birlikdə iki dəfə qardaş Türkiyədə qastrol səfərində olmuş, gözəl təəssüratlarla və nailiyyətlərlə vətənə dönmüşdür. Bundan başqa, bir neçə dəfə həmin kollektivlə birlikdə Azərbaycan televiziya kanallarında çıxışları olmuşdur. Rəssamlıq istedadına gəldikdə isə o gözəl rəsmlər çəksə də, gələcəkdə özünü rəssam kimi deyil, futbolçu kimi görmək arzusundadır. Hər dəfə söhbət düşəndə, deyir ki, istəyirəm böyüyəndə mən də Azərbaycanın bayrağını xarici ölkələrdə dalğalandırım. Gözəl arzudur. Hüseynə bu yolda uğurlar arzulayırıq.

Hüseyn, uğur daim səninlə olsun!Hüseyn istər məktəbdə, istərsə də yaşadığı məhəllənin uşaqları ilə çox mehriban ünsiyyətdədəir. Əmisi oğlanları Fuad və Fəridlə bir-birlərini çox istəyirlər. Xalası oğlu Kənanla da mehribandır. Ailələri şəhərin müxtəlif yerlərində yaşasalar da onlar tez-tez görüşür, mehribançılıqlarını davam etdirirlər. Hüseynin çoxlu dostları vardır. Dostları ilə tez-tez müxtəlif yarışlar keçirirlər. Məsələn, velosiped yarışları, kompüter oyunları və.s. Hüseyn hər zaman qalib olmağı istəyir, bunun üçün səylə çalışır. Dənizi çox sevən Hüseyn, gözəl üzməyi bacardığı üçün üzgüçülük məşgələlərinə getsə də yayın gəlişini səbirsizliklə gözləyir. Fənlərdə isə ən çox riyaziyyat və ingilis dilinə maraq göstərir. Amma futbola marağı daha çoxdur. O da əmisi oğlu Fərid kimi, ixtisas seçiminin onun üçün hələ çox tez olduğunu deyir və gələcəkdə əgər fikrimdə dəyişiklik olmazsa, sözsüz ki, futbolçu olmaq istəyirəm.

Biz isə öz növbəmizdə Hüseynə ürəyindəki, bu gözəl arzularına çatması üçün uğurlar və qələbələr arzulayırıq.
Hüseyn, uğur daim səninlə olsun!


Pərixanım MİKAYILQIZI,
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: