O, gələcəkdə jurnalist olmaq arzusundadır

O, gələcəkdə jurnalist olmaq arzusundadırAyvazova Mələk Habil qızı - 2006-cı il aprel ayının 21-də
qədim Borçalı mahalında, Gürcüstanın Marneuli rayonundakı
Sadaxlı kəndində anadan olub.

Anası Təranə xanımın dediyinə görə, kiçik yaşlarında çox dəcəl və ağlağan bir qız olmasına baxmayaraq, Mələk indi çox ağıllı və səliqəli bir qızdır. Sinfin yaxşı oxuyan şagirdlərindən biridir. O, Sadaxlı 2 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Müəllimlərinin sevimli və ağıllı şagirdlərindən biridir.
Mələk sinif yoldaşları ilə də çox mehriban və xoş münasibəti olan bir qızdır. Dərslərindən yaxşı və əla qiymətlər alır. Boş vaxtlarında kitab oxumağı çox sevir.
O, gələcəkdə jurnalist olmaq arzusundadır.

Biz də Mələyə "Arzun çin olsun!" - deyir
və ona uğurlar diləyirik!..


Zemfira BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: