2019-cu ildə Bakı şəhərinin Nizami rayonundakı 129 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, elə həmin ildə də imtahan verərək yüksək bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və ictimai münasibətlər" fakültəsinə qəbul olub.
Hazırda Akademiyanın 3-cu kurs tələbəsi olan Leyla Əsədova ictimai işlərdə, tədbirlərdə fəal iştirak edir.
2021-ci ildə dövri mətbuatda çap olunmuş maraqlı və aktual elmi məqalələrinə görə Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "Elm və Təhsil" qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən Leyla Qabil Qızı Əsədova "Fəxri Diplom"a layiq görülüb.
Biz də Leyla xanımı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!
Hökümə ALIQIZI,
ZiM.Az-ın şöbə müdiri
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.