Gənc alim Aynur Xudiyevanın uğurları

Gənc alim Aynur Xudiyevanın uğurları Aynur İlyas qızı Xudiyeva - 1985-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Tsopi kəndində müəllim ailəsində anadan olub. Atası İlyas uzun illər Sadaxlı kəndində müəllim vəzifəsində çalışmışdır. 1995-ci ildən Bakida yaşayır. Universitetə yüksək balla daxil olan Aynur xanım haqqında ilk "Gənclərimizi tanıyaq!" adlı 2 səhifəlik məqalə “21-ci əsrin isdedadları“ kitabında öz yerini tapmışdır. 2007-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin bakalavr və 2010-cu ildə magistr pillələrini "Riyaziyyat" ixtisası üzrə fərqlənmə diplimu ilə bitirmiş və yüksək göstəricilərinə görə 2009-cu ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində müəllim vəzifəsinə qəbul edilmişdir. Magistr dərəcəsini aldıqdan sonra 2012-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin qiyabi doktoranturasına 2003.01 - Maye, qaz və plazma mexanikası ixtisası üzrə qəbul olunmuş, vaxtından əvvəl f-r.e.d.prof. Faiq Nağıyevin rəhbərliyilə “Kapilyar effektlərini nəzərə alaraq stratifikasiya edilmiş mayedə dalğaların yayılması” mövzusunda dissertasiya işini tamamlamış və Riyaziyyat üzrə fəlsəfə doktoru elmi adına laiq görülmüşdür.
Aynurə İlyas qızı Xudiyeva həmçinin Azərbycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq Əlaqələr şöbəsinin metodisti, Azərbaycan Universitetində Riyaziyyat kafedrasının müəllimi vəzifələrində çalışmışdır. Doktorant olduğu müddətdə həmçinin “Maye və qaz mexanikası” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
O, elmi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. Belə ki, gənc alim, 2013-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ali riyaziyyat” kafedrasının məsul səxsi, kafedranın dosenti vəzifəsində çalışır. Aynur xanim universitetdə ingilis və rus bölmələrində Ali riyziyyat ixtisas fənninini yüksək səviyyədə tədris edir.
Alim, xarici və yerli beynəlxalq jurnallarda dərc olunmuş 22 elmi işin, onlardan 2-si "Scopus", "1-i clarivate analytics Web of Science" elmmetrik beynəlxalq bazasina daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub. Həmçinin Ali riyaziyyata aid 2 dərs vəsaitinin, 1 metodik vəsaitin və Almaniyada dərc edilmiş 1 monoqrafiyanın müəllifidir.
Onun seminarlarda, xarici elmi konfranslarda çıxışları və əldə etdiyi elmi nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, beynəlxalq sertifikatlarla təltif edilmişdir.
Gənc alim ailəlidir bir oğlu var.

"Həyatımda nə oldusa, şükür ki, yaxsılığa doğru oldu" - deyən Aynur xanım, bu səviyyəyə çatmağına görə Allahına şükr edir, ailəsinə və həmişə dayısı olaraq bildiyi müəllimi, elinin professoru Mehralı Yusifovun ailəsinə daima minnətdar olduğunu bildirir.

Biz də Aynur xanıma həxsi həyatında və elmi-pedaqoji fəaliyytində yeni-yeni uğurlar arzulayırıq!


Leyla Məmmədəliyeva

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: