Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?Bu günə qədər yalnız dövlət hesabına və dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrə təqaüd verilirdi.
Lakin bundan sonra isə dövlət hesabına və dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrlə yanaşı, ödənişli əsaslarla oxuyan tələbələr də təqaüd alacaqlar.

Təhsil Nazirliyi ödənişli əsaslarla oxuyan tələblərin də təqaüd alacaqları barədə mesajı çoxdan verilmişdi. Prezidentin bu barədə sərəncamından sonra həmin tələbələrin də orta akademik gostəricilərinə görə təqaüd almaları təsdiqlənib. Qış semestr imtahanlarının nəticələrinə uyğun olaraq, ödənişli əsaslarla oxuyan tələblərə təqaüdün fevral ayından veriləcəyi bildirilirdi.
Artıq ölkənin ali təhsil müəssisələrində qış semestr imtahanları bitib.
Bu barədə Təhsil Nazirliyindən verilən məlumata görə, Prezidentin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamına edilən dəyişikliklərin icrası məqsədilə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydaları hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.
Sözügedən qaydalar təsdiq edildikdən sonra bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov qeyd edib ki, yeni qaydalar həm dövlət, həm də özəl ali məktəblərdə oxuyanlara şamil ediləcək: "Bu qaydalar bu il qəbul olunan tələbələrə şamil edilir. Təhsil Nazirliyi yeni qaydaların əvvəlki illərin tələbələrinə də şamil edilməsi üçün Nazirlər Kabinetinə təkliflər göndərib. Çox güman ki, bu, əvvəlki illərdə qəbul olunan tələbələrə də aid olacaq. Bununla bağlı qərarı gözləmək lazımdır".

Natiq İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, ödənişli əsaslarla oxuyan tələblərə təqaüd verilməsi ilə bağlı bu axşam və ya səhər Baş nazirin əmri olacaq. O qeyd edib ki, bu əmr verildikdəın sonra bu haqda ətraflı danışmaq mümkün olacaq.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: