AzTU-dan
"Ziya" qəzetinin
Baş redaktoru
Müşfiq Borçalı
ZiM.Az-a bildirmişdir ki,
konfransdan əvvəl
tədbir iştirakçıları
Ulu öndər Heydər Əliyevin
Universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzmüş,
onun əziz xatirəsini yad etmişlər.
Konfransın Plenar iclasını AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor
Havar Məmmədov açaraq uzun illər bu Universitetdə işləmiş görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən, iqtisadiyyat elminə verdiyi töhfələrdən ətraflı söhbət açmışdır.
Sonra AMEA-nın
müxbir üzvü, professor
Akif Musayevin “Azərbaycanda iqtisadiyyatın riyazi və instrumental üsullarının inkişaf mərhələləri”,
AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, iqtisad elmləri doktoru, professor
Qorxmaz İmanovun “Respublikada innovasiya probleminin tədqiqində professor Şamil Səmədzadənin rolu”,
Azərbaycan İqtisadçılar İttifaqı sədrinin müavini, iqtisad elmləri namizədi, dosent Elşad Səmədzadənin “Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatıdır” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirdə Azərbaycan Auditorlar Palatasının sədri, prof. Vahid Novruzov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim İmanov,
AzTU-nun Tədris işləri üzrə prorektoru, dosent Xalıq Yahudov və b. professor Şamil Səmədzadənin şəxsiyyəti, elmi yaradıcılığı və pedaqoji fəaliyyəti barədə öz ürək sözlərini, unudulmaz xatirələrini söyləmişlər.
Konfransdakı məruzə və çıxışlarda ölkəmizin ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı professor Şamil Səmədzadənin apardığı tədqiqatlardan və elmi nəticələrdən danışılmışdır.
Qeyd edilmişdir ki, həmin tədqiqatlarda “İnnovasiya fəaliyyəti idarəetmə obyekti kimi”, “Müəssisənin innovasiya fəaliyyətinin strategiyası”, “İqtisadi inkişafda innovasiya fəaliyyəti investisiyalaşdırma obyekti kimi”, “İnnovasiya və rəqabət üstünlüyünün nəzəri aspektləri”, “Qeyri-neft sektorunun innovasiya fəaliyyətinə təsir edən risk amilləri və onların səmərəli idarə edilməsi yolları” və digər mövzularla bağlı bir sıra dəyərli fikir və mülahizələr irəli sürülmüşdür.
Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,
akademik Ziyad Səmədzadə çıxış edərək, ölkənin mövcud resurslarından yararlanmaqla iqtisadiyyatın dinamik inkişafını təmin edən prinsipial məsələlərdən və Azərbaycan dövlətinin bu problemlərin həllindəki rolundan danışmış və belə bir mötəbər tədbirin təşkilatçılarına, Azərbaycan Texniki Universitetin rəhbərliyinə, şəxsən rektor - Əməkdar elm xadimi, professor Havar Məmmədova öz minnətdarlığını bildirmişdir.
Respublika Elmi Konfransı daha sonra "İnnovasiya fəaliyyəti və onun idarə olunması", "Azərbaycan Respublikasında iqtisadi islahatlar: nəticələr, problemlər və perspektivlər", "Sənayenin inkişafının səmərəliliyinin artırılması yolları" və "İnnovasiyalı kənd təsərrüfatı istehsalının inkişaf isriqamətləri" adlı 4 bölmə üzrə öz işini davam etdirmişdir.
Konfransda 160-dan çox məruzə dinlənilmiş və müzakirə olunmuşdur.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.