Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur...

Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur... Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur... 2016-cı ildə fəaliyyətə başlamasının 1 illiyini uğurla qeyd edən
"ZİRVƏ" İnformasiya Mərkəzi - ZiM.Az saytının yaranmasının 2 ilinin tamam olması münasibətiylə elan etdiyi müsabiqənin davamı olaraq, saytın fəaliyyətə başlamasının 5 ilinin tamam olması münasibətilə
yeni yaradıcılıq
müsabiqəsi
elan edir.


Müsabiqədə "Ən yaxşı xəbər", "Ən yaxşı məqalə", "Ən yaxşı hekayə", "Ən yaxşı şeir", "Ən yaxşı mahnı", "Ən yaxşı mahnı sözləri", "Ən yaxşı klip", "Ən yaxşı yumor", "Ən yaxşı miniatür", "Ən yaxşı tərcümə", "Ən yaxşı foto-etüd" və "Ən yaxşı rəsm", nominasiyaları üzrə yerlər müəyyənləşdiriləcək.

Müsabiqəyə göndəriləcək əsərlər saytda dərc olunacaq və oxucu rəyləri də nəzərə alınmaqla Münsiflər Heyyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblər saytın yaranmasının 5 iliyi münasibətiylə keçiriləcək mərasimdə elan olunacaq, onlara pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.
Ən yaxşı əsərə "Qran-Pri-ZİRVƏ"
pul mükafatı veriləcək.


Mövzu sərbəstdir.

Qeyd edək ki, əsərlər info@zim.az ünvanına və “müsabiqə üçün” qeydi ilə 15 mart 2020-ci il tarixindən gec olmayaraq göndərilməlidir.

İstedadına güvənən bütün insanları öz yaradıcılıq nümunələrini Zim.Az saytının oxucularına təqdim etməklə müsabiqədə iştirak etməyə dəvət edirik.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: