Davudoğlu İSTEFA verdi və səbəbini açıqladı -- Zim.Az/Tv

Davudoğlu İSTEFA verdi və səbəbini açıqladı -- Zim.Az/Tv “Anlaşma olmayan yerdə iddiaçı olmuram.
Kimsənin də qəlbini qırmaram. Ona görə də qərara aldım ki, istefa verim”.


ZİM.Az xəbər verir ki, bunu Türkiyənin Baş nazir Əhməd Davudoğlu istefası ilə bağlı çıxışında deyib.

O, AKP və Baş nazir postundan getməsinin səbəbini belə izah edib:


“Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. Heç bir zaman vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: “Yoldan öncə yol yoldaşı”. Ancaq bunu görə bilmədim. Hamımızın bir hesabat verməsi lazım idi. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim.

Partiyamız yeni mərhələyə qədəm qoyub. 22 mayda fövqəladə iclas keçirilməsi qərarı aldım. Razılaşmanın olmadığı yerdə namizəd olmağı düşünmürəm.
Verdiyim bu qərarda hər hansı bir uğursuzluq və ya peşmanlıq hissi yoxdur. Həyatda inanmadığım heç bir şeyi etmədim/

AKP-də sədrlik etdiyim dövrdə heç bir istefa olmayıb, heç kim partiyadan ayrılmayıb. Ən böyük hədəfim partiyamın birliyini qorumaq olub.
Məndən soruşurlar ki, niyə siz fövqəladə qurultayda sədrliyə namizədliyinizi vermirsiniz? Bu, bir peşmanlıq deyil. Mənim prinsiplərim var. ”


Baş nazir öz çıxışında Türkiyənin prezidenti Rəcəp Tayyip Ərdoğanla olan münasibətlərinə də aydınlıq gətirib:
“Türkiyə prezidenti Ərdoğanla münasibətlərimi heç vaxt pozmayacağam. Onunla son nəfəsimə qədər dostluq və qardaşlığımı qoruyacam.

Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir.
Millət vəkili olaraq, demokratikləşmə yolunda mübarizəmi davam etdirəcəyəm”.


O, heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb:
“Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə haqqınızı halal edin”.

O, fövqəladə qurultaya uğurlar arzulayarq, çıxışına yekun vurub. Bunulada Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib.

Qeyd edək ki, Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: