2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. =

2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib... = TƏBRİK EDİRİK!.. = “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

ZiM.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, bu elmi müəssisənin direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə elmlər doktoru Zakir Eminovcoğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənova, ədəbiyyat üzrə mükafat isə Xalq şairi Fikrət Qocaya təqdim olunub.

Akademik Ramiz MƏMMƏDOV deyib:

-Cənab Prezident, əməyimizə yüksək Dövlət mükafatı verdiyinizə görə mən bizim qrupun adından təşəkkürümü bildirmək istəyirəm. Bu, çox yüksək mükafat olmaqla yanaşı, həm də bir avansdır. Mən niyə bu sözü demək istəyirəm? Ona görə ki, Siz Azərbaycanda elmin, təhsilin inkişafı üçün bütün şəraiti yaratmısınız. Mən öz fəaliyyətimlə əlaqədar dünyada müxtəlif elmi toplantılarda oluram. Görürəm və müqayisə edirəm ki, Azərbaycanda elmə, təhsilə olan dəstəyin səviyyəsi çox yüksəkdir. Hətta mən deyərdim ki, biz artıq inkişaf etmiş Avropa ölkələrinə də yaxınlaşırıq.

Bir məqamı da qeyd etmək istəyirəm. 1973-cü ildə mərhum akademik Həsən Əliyev BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində Xəzər dənizində dünyada ilk dəfə açıq dənizdə abservatoriya yaratdı və məni oraya işə dəvət etdi. Sonra isə gənclərin Rusiyanın qabaqcıl ali məktəblərinə, elm mərkəzlərinə göndərilməsinə dair Ulu Öndər tərəfindən əsası qoyulmuş proqram çərçivəsində mən Moskvada aspirantura təhsili almağa getdim. Bütün bunların nəticəsidir ki, mən bu gün bu yüksək mükafatı Sizin əlinizdən almaq şərəfinə nail olmuşam. Azərbaycanda intellektin intellektual olması üçün bütün münbit şərait var. Bu, Sizin fikrinizdir və bu şəraiti Siz yaratmısınız. Bir daha təşəkkür edirəm. Yaşasın Azərbaycan!

Xalq Şairi Fikrət QOCA minnətdarlığını bildirərək deyib:

-Hörmətli cənab Prezident, bu mükafat, şübhəsiz, bizim ədəbiyyata verilən mükafatdır. Mən buna görə Sizə minnətdaram. Siz keçən il məni ölümün əlindən aldınız və dediniz ki, get yaşa. Mən də indi yaşayıram, özü də təşəkkürlə yaşayıram. Bir var elə-belə yaşayasan, bir də var 2-5 aprel hadisələrini görüb yaşayasan. O vüqarı, o fərəhi, o işığı bizə Siz verdiniz. Çox sağ olun. Təşəkkür edirəm. Allah Sizi qorusun, qoruyur inşallah, amma biz də qoruyaq!

* * *
Sonra bədii proqram nümayiş etdirilib.



Laureatları biz də ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.









.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: