ZiM.Az saytının elan etdiyi MÜSABİQƏnin I mərhələsi yekunlaşmaq üzrədir

ZiM.Az saytının elan etdiyi MÜSABİQƏnin I mərhələsi yekunlaşmaq üzrədir "ZİRVƏ" POEZİYA ANTOLOGİYASININ
İLK 5 CİLDİ
İŞIQÜZÜ GÖRÜB


ZiM.Az xəbər verir ki, fəaliyyətə başlamasının
5-ci ildönümü ilə əlaqədar olaraq "ZiM.Az" - "ZİRVƏ" İnformasiya Mərkəzinin
elan etdiyi müsabiqə
artıq yekunlaşmaq üzrədir.
Belə ki, müsabiqəyə təqdim olunmuş şeirlər müntəzəm olaraq Zim.Az saytının MÜSABİQƏ bölməsində yayımlanmaqla yanaşı, həm də "Şərqin səsi" qəzetinin səhifələrində dərc olunmuşdur.
Eyni zamanda Müsabiqə Komissiyasının çap olunmasını məsləhət bildiyi şeirlər seçilərək çoxcildli "ZİRVƏ" poeziya antologiyasında cəmlənmişdir.
"ZİRVƏ" Poeziya antologiyasının ilk 5 cildi Bakıdakı "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.

Antologiyanın naşiri və redaktoru - ZiM.Az-ın Baş redaktoru Müşfiq Borçalı, rəyçisi - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyin sədri, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, tərtibçiləri
isə - ZiM.Az-ın əməkdaşları Aygül Mədədqızı, Pərixanım Mikayılqızı, Zemfira Aslanqızı, Sona İsmayılqızı və Vüsal Şabizadədir.

"ZİRVƏ" poeziya antologiyasında şeirləri çap olunan şairləri ürəkdən təbrik edir və onların hamısına yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!...

P.S.: Əziz dostlar!.. Unutmayın ki, müsabiqə davam edir.

"ZİRVƏ" Poeziya antologiyasının növbəti cildi üçün şeirlərinizi gözləyirik...

Həmişə "ZİRVƏ" ilə olun!... Həmişə ZİRVƏdə olun!...

Zemfira ASLANQIZI,
ZiM.Az-ın redaktoru


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: