ZiM.az bildirir ki, tədbirdə AzTU-nun rektor əvəzi
Xalıq Yahudov universitetin Şəhid məzunları ilə qürur duyduğunu vurğulayıb və qeyd edib ki, bu şəhidlərdən 10 nəfəri Milli Qəhrəmandır. Xalıq Yahudov Çingiz Qurbanov haqqında çəkilən filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
Sonra “Çin olan yuxu” filmi nümayiş olunub. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru isə Dəyanət Rzayevdir.
Filmdə Çingiz Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndi, ali təhsil aldığı Azərbaycan Texniki Universiteti və xidmət etdiyi “N” saylı hərbi hissədə qəhrəmanın həyat hekayəsi əks olunub.
Filmin nümayişindən sonra təqdimatda iştirak edən
Milli Məclisin deputatı Aydın Mirzəzadə və Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani çıxışlarında Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından danışıb və döyüşlərdə Vətən üçün mübarizə aparan belə oğulların mərdliyi sayəsində düşməndən torpaqlarımızın alınacağını bildiriblər.
Sonda Çingiz Qurbanovun atası Salman Qurbanov AzTU-nun rəhbərliyinə, filmin yaradıcı heyətinə və oğlu haqqında deyilən xoş sözlərə görə bütün çıxış edənlərə öz təşəkkürünü bildirib.
Təqdimatda Milli Qəhrəmanın ailəsi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edib.
Zim.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.