İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı
İSA HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik


Azərbaycanda böyük uğurla keçirilən Birinci Avropa oyunları ölkəmizin çoxəsrlik tarixində nadir və parlaq hadisədir. Bu, müstəqil Azərbaycan dövlətinin yüksək inkişafının böyük göstəricisidir. Müstəqil Azərbaycan Respublikası Avropa oyunlarının ilk və mükəmməl standartlarını yaratmışdır. Bu, dünya idman hərəkatı tarixində Avropa oyunlarının Azərbaycan standartları kimi daxil olur.

Fikrimcə, Avropa oyunlarının Azərbaycan standartları Avropa dəyərlərini əks etdirən ölkə ağırlıqlı təqdimatların səhnəyə çıxarılması, cəmiyyətə çatdırılması deməkdir. Avropa oyunlarının möhtəşəm açılış mərasimindəki Azərbaycanın tarixi ənənələri, müasir reallıqlarının Avropa rəmzləri ilə üzvi vəhdətdəifadə olunmasınnın yüksək səviyyədə təşkili dünyaya çoxəsrlik beynəlxalq idman hərəkatının yeni Azərbaycan modelinin mahiyyətini bəyan etmişdir. Bu, əslində Azərbaycanın həm Avropa ilə, həm də bütövlükdə dünya ilə harmoniyasının böyük təqdimatı idi. Birinci Avropa oyunlarının simvoluna çevrilmiş Nar ilk növbədə Azərbaycanın, həm də Yer kürəsinin üzvi əlaqəsini əks etdirirdi. Alova bənzəyən Nar Azərbaycanı, qırmızı şar formasında olan iri həcmə malik Nar isə planetimizin rəmzi idi. Yəni Azərbaycan Yer kürəsi adlı planetdə Birinci Avropa oyunlarını dünya ilə birlikdə qeyd edir.

Avropa oyunlarındakı Nizami Gəncəvi motivləri Azərbaycanın Şərq ağırlıqlı, Qərb yönlü ölkə olduğunu dahiyanə şəkildə diqqət mərkəzinə çəkmişdir. Bu, həm də Azərbaycanın Şərqlə Qərb arasında möhkəm və etibarlı körpü rolu oynadığını da aydın surətdə nümayiş etdirmişdir.

Qobustan qayaları, Xəzər dənizi, palçıq vulkanları, Səməni, Yallı vəQaytağı rəqsləri Azərbaycanın Avropa oyunlarında dünyaya göstərdiyi böyük mədəniyyət və milli sərvətlərdir. Azərbaycanın ədalət ölkəsi olması, ədalətli cəmiyyət uğrunda mübarizə aparması Nizami Gəncəvi ideyalarından başlamış antik Ədalət Allahı Femidanin təqdiminə qədərki bütün səhnələrin fəlsəfəsini təşkil edir.

Azərbaycan Respublikasında müxtəlif növlər üzrə Avropa oyunlarının təşkili və keçirilməsi də ən yüksək standartlar səviyyəsində olmuşdur. Bakı Kristal Zalı, Su İdmanı Sarayı, İdman Sarayı, Su Futbolu Çimərlik zonası və sair kimi ən yeni texnologiya ilə təchiz edilmiş, avtomatlaşdırılmış idərəetmə sistemlərinin ahəngar işlədiyi nəhəng və çox müasir salonlarda keçirilən yarışlarda Avropa oyunlarının iştirakçısı olan 50 ölkənin idmançılarının qabiliyyət və bacarıqlarını sınaqdan çıxarmaq üçün hər cür şərait yaradılmışdır. İdman yarışlarının təşkilində mütəşəkkilllik, yüksək təşkilatçılıq, böyük idarəetmə mədəniyyəti müstəqil Azərbaycan Respublikasının mühüm göstəriciləridir. Müasir gəncliyin Avropa oyunlarının keçirilməsi və təşkili sahəsindəki fəal iştirakı və məsuliyyətli münasibəti ölkəmizin sabahı olacaq qüvvələr üçün Oyunların böyük məktəb rolunu oynadığında göstərir.

Azərbaycan idmançılarının Birinci Avropa Oyunlarında qazandıqları böyük qələbələr dünya idmanı tarixinə parlaq səhifələr əlavə etmişdir. Azərbaycan idmançıları Avropa miqyaslı idman oyunlarında da yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğumuzu bir daha təsdiq etmişdir. Xalqımız idmançılarımızla haqlı olaraq qürur duyur.

Avropa Opyunlarının Bağlanış Mərasimi də dünya idman hərəkatının yeni zirvəsidir. Açıklış məqasimi kimi Bağlanış da təkrarsızdır. Möhtəşəm Açılışdan Böyük Bağlanışa qədər keçilən yolun bütün hadisələri tariximizdə və yaddaşımızda silinməz izlər buraxmışdır. Fikrimcə, Birinci Avropa oyunlarının Azərbaycan standartları elmi-kütləvi təlimlərin, bədii əsərlərin, elmi tədqiqatların mövzusuna çevriləcəkdir.

Birinci Avropa Oyunlarının Azərbaycanda təşkili və keçirilməsi ölkəmizin Prezidenti İlham Əliyevin dünya miqyaslı bir dövlət xadimi olduğunu isbat edir. Prezident İlham Əliyevin qlobal siyasi təfəkkürü, Qərb dəyərlərinə dərindən bələdliyi, milli düşüncəsi, xalqına və ölkəsinə ürəkdən bağlı olması, böyük təşkilatçılıq mədəniyyəti və uzaqgörən gələcəkçi baxışları Avropa oyunlarının möhtəşəm yekununun əsas faktıdır. Avropa Oyunlarında Azərbaycan xalqı ölkəmizin Prezidenti ilə həmrəy olduğunu, ona ürəkdən dəstək verdiyini, onunla qürur duyduğunu bir daha nümayiş etdirmişdir.

Müstəqil Azərbaycan dövlətinin böyük sükançısı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük sürətlə inkişaf edən ölkəmiz bu gün istənilən sahədə böyük yürüşə hazır olduğunu nümayiş etdirir.

İşıqlı sabahların daha uğurlu olsun, doğma Azərbaycan!

İdman bayramın mübarək!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: