Bu fikirləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Milli Məclisin deputatı bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın və bütövlükdə regionun həyatında necə böyük hadisədirsə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı da eyni dərəcədə əhəmiyyətli hadisədir. Ümummilli lider Heydər Əliyev 22 il öncə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ideyasını reallığa çevirməklə çar Rusiyasının, sonra isə Sovet İttifaqının mövcudluğu ilə formalaşmış siyasi-iqtisadi stereotipləri sıradan çıxarmış, Azərbaycanın timsalında bölgənin dünyaya açılan pəncərə statusunu formalaşdırmışdı. Bu status regionun beynəlxalq aləmdəki rolunu vurğulayan tarixi ənənələrin bərpası idi.
Deputat bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də tarixi böyük İpək Yolunun mühüm tərkib hissəsidir. Buna görə qətiyyətlə demək olar ki, Azərbaycan yenə tarixi ənənələrin bərpasına öz töhfəsini verməkdədir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirməklə mürəkkəb geosiyasi oyunların getdiyi hazırkı dövrdə dünya düzəninə yeni siyasi-iqtisadi şərtləri təqdim edir. Bu təqdimat Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz da daxil olmaqla Xəzər və Orta Asiya coğrafiyasının sülh və sabitlik təminatıdır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.