Əvvəlcə tədbir iştirakçıları
Ulu Öndərin Universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə mərasim iştirakçıları bir dəqiqəlik sükutla Ümummilli liderin əziz xatirəsini yad ediblər.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxışında bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.
Tədbirdə tanınmış publisist,
yazıçı Xeyrəddin Qoca, universitetin “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri
Həbib Mirzəyev və YAP "Hüseyn Cavid-25" ərazi ilk partiya təşkilatının gənclər üzrə əlaqələndiricisi
Əsmər Nəbiyeva çıxışlarında Ulu Öndərin xalqın iqtisadi və sosial problemlərinin aradan qaldırılmasında göstərdiyi xidmətlərini, Heydər Əliyevin siyasəti sayəsində bu gün Azərbaycanın qabaqcıl ölkələr sırasında olduğunu qeyd edərək Heydər Əliyev irsinin öyrənilməsində gənclərin rolunu xüsusilə vurğulayıblar.
Çıxışlarda təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərpa olunduğunu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısının alındığını, Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, strateji mövqelərini bərpa edib, sabit ölkə imici qazandırdığını bildiriblər.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarından bəhs edən videogörüntülər nümayiş etdirilib.
Sonra iştirakçılar AzTU-da yaradılan Heydər Əliyev Mərkəzini gəziblər və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.