“Bayraq yürüşü”

“Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü”“Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü” “Bayraq yürüşü”
Noyabrın 7-də
Təhsil Nazirliyi və
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin
birgə təşkilatçılığı ilə
Dövlət Bayrağı
Gününə həsr olunan
“Bayraq yürüşü”
keçirilib.


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər.

“Bayraq yürüşü”nün əsas məqsədi milli atributlarımızın və Dövlət Bayrağı Muzeyindəki tarixi Azərbaycan dövlətləri rəmzlərinin təbliğidir.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq, təsdiq edilib: “Azərbaycan prezidenti İlham Əliyev dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqda sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısı Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə də sərəncam verdi. Bütün bunlar Azərbaycan bayrağına olan ehtiramın yüksək göstəricisidir”.

C.Bayramov dövlətçilik rəmzlərinin təbliğinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolunu qeyd edib.

Dövlət bayrağının dövlətçilik rəmzlərindən biri olduğunu vurğulayan nazir müavini Dövlət Bayrağı Gününün geniş qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, müqəddəs dövlət bayrağımız hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov, millət vəkilləri Qənirə Paşayeva, Zahid Oruc və b. tədbirin əhəmiyyəti haqda danışıblar, Azərbaycanın çox sürətlə inkişaf etdiyini söyləyiblər və Dövlət Bayrağı Günü münasibətilə xoş arzularını bildiriblər.

Sonra məktəblilər dövlət bayrağımıza həsr olunan şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.

Daha sonra 3000 nəfərdən çox iştirakçının qatıldığı yürüş “Azneft” meydanından başlayaraq Dövlət Bayraq Meydanınadək davam edib.

Sonda yürüş iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

* * *

Qeyd edək ki, Azərbaycn Texniki Universitetinin professor-müəllim heyəti və tələbə kollektivinin nümayəndələri də Bayraq yürüşündə fəal iştirak etmişlər.
Belə ki, AzTU-nun rektoru,
Əməkdar Elm xadimi,
texnika elmləri doktoru,
professor
Havar Məmmədov,

AzTU-nun prorektoru
İsa Xəlilov,
AzTU Həmkarlar Komitəsinin
sədri Akif Cahangirov,
Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Həbib Mirzəyev,
"Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı,
AzTU Tələbə Gənclər Təşkilatının sədri
Firudin Rzayev
və başqalrı da yürüş iştirakçıları arasında
olmuşlar.

Müşfiq BORÇALI.













































































Təhsil.Tv




Keçən ilki
Bayraq yürüşü...








.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: