"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!.."BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!.. ƏZİZ VƏ DƏYƏRLİ DOSTLAR!..

Nəzərinizə çatdırırıq ki, Azərbaycanımızın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canlarından keçmiş Gürcüstan əsilli qəhrəman oğullarımız haqqında hələ 1996-2000-ci illərdə nəşr etdirdiyimiz "BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yenidən işlənmiş təkrar və həm də daha geniş nəşrini çapa hazırlayırıq.
Odur ki, hamınızdan bir daha artıq dərəcədə xahiş edirəm ki, Qarabağ uğrunda döyüşlərdə ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ Gürcüstan əsilli qəhrəman soydaşlarımızdan kimləri tanıyırsınızsa, onların ad və soyadlarını bizim elektron ünvana (M-Borcali@mail.ru) və ya aşağıda rəy yerində yazın ki, baxaq görək, kimlərisə yaddan çıxarmamışıq ki?..
Tanımadığımız və ya unutduğumuz ŞƏHİD varsa, mütləq onun haqqında məlumatı da həmin kitaba daxil edək...

Əvvəlcədən hamımıza təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk!..

Unutmayın ki, Unutsaq, Unudularıq!..


20 YANVAR ŞƏHİDLƏRİ:
1. Professor İsmayıl Həsən oğlu Mursaqulov (1939-1990) - Borçalı, Qızılhcılı,
2. Rəşid İslam oğlu İsmayılov (1949-1990) - Qarayazı, Ağtəhlə.
3. İlqar Hümmət oğlu Əhmədov (1965-1990) Bolnisi, Faxralı.
4. Tenqiz Məmməd oğlu Turabov (1966-1990) - Bolnisi, Kəpənəkçi.
5. Ələsgər Yusif oğlu Qayıbov (1966-1990) - Qaraçöp, Yormuğanlı.
6. Vəfadar Osman oğlu Eminov (1966-1990) - Marneuli, Kirənc Muğanı.

QARABAĞ ŞƏHİDLƏRİ:

Azərbaycanın Milli Qəhrəmanları:

1. Azərbaycanın Milli Qəhrəmanı - Cəlil Əziz oğlu Səfərov (1962-1992) - Marneuli, Leçbəddin
2. Azərbaycanın Milli Qəhrəmanı - Vəzir İsa oğlu Sədiyev (1961-1993) - Marneuli, Aşağı Qullar.
3. Azərbaycanın Milli Qəhrəmanı - Eldar Əsgər oğlu Ağayev - (1955-2013) Tbilisi -"Azərbaycan Bayrağı" ordenli

4. Mayor Vaqif Dursun oğlu Musayev (1961-1992) - Borçalı, Kürdlər
5. Fariz Şahməddin oğlu Babanlı (1973-1992) - Rustavi- Aqstafa Şəhidlər Xiyabanı.
6. İlqar Zərrar oğlu Mahmudov (1973-1992)- Başkeçid, Hüseykəndi - Bakı Şəhidlər Xiyabanı.
7. Ədalət Cahangir oğlu Əlləzov (1965-1992) - Bolnisi, Darvaz
8. Elşad Budaqov (...1992) - Bolnisi, Kəpənəkçi - Talıblı.
9. Yaşar Vahid oğlu Bədəlov - (1966-1992) - Bolnisi, Kəpənəkçi.
10. Əliyev Ramiz Sayad oglu.(25.08.1968-15.01.1993) - Bolnisi, Saraclı kəndi - Ağdərədə şəhid olub. Saraclı kənd qəbirsanlığında dəfin olunub.
11. Raim Ənvər oğlu Məmmədov (1972-1993) - Bolnisi, Darvaz - Bakı Şəhidlər Xiyabanı.
12. Yusif İsa oğlu Şirinov (1966-1993) Qaraçöp -"Azərbaycan Bayrağı" ordeni- Bakı Şəhidlər Xiyabanı
13. İlyas Əbdül oğlu Sədrəddinov (1967-1994) - Başkeçid, Şindilər.
14. Elçin Nəbi oğlu Qaranizadə (1973-1994) - Bolnisi, Saraclı.
15. Binəli Həsrət oğlu Musayev (Daşdəmirli) (1968-1994) - Bolnisi, Saraclı. Bakı, Şəhidlər Xiyabanı.
16. Ramiz Ümid oğlu Əhmədov (1960-1994) Başkeçid, Kirovisi.
17. Nadir Səməd oğlu Əliyev (1958-1994), Başkeçid, Ormeşən. Bakı, Şəhidlər Xiyabanı
18. Ədalət Nadir oğlu Gülməmmədov (1970-1994), Bolnisi.
19. Əlyar Bəxtiyar oğlu Abdullayev (1957-1995) - Borçalı, Kürdlər.
20. Mayor Sahib Almaz oğlu Məmmədov (1972-2002) - Bolnisi, Darvaz.
21. Elşən Vaqif oğlu Məmmədov (1992-2015) - Bolnisi, Zol-Güvəc.
22. Mayor Təbriz Taryel oğlu Musazadə (1981-2016) - Başkeçid, Yaqublu. Bakı, Fəxri Xiyaban.

ARIXLI şəhidləri:

1990-cı illərdə Gürcüstanda milli münaqişə zamanı Borçalı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız olmuşlar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı bu illərdə də doğma torpağın, müqəddəs yurdun və xalqın rifahı uğrunda dörd cavan oğlunu şəhid vermişdir:
1. Yusifov Tapdıq Suleyman oğlu 1954-cü ildə Arıxlı kəndində müəllim ailəsində anadan olmuş, 1993-cu ildə isə quldur gülləsinə tuş olmuşdur. Tapdıq Arıxlı kəndinin ilk şəhididir. Qəbri nurla dolsun!
2. Yusifov Nəsib Əhməd oğlu 1958-ci ildə Arıxlıda kəndli ailəsində anadan olub. 1993-cü ilin dekabrında şəhid olmuşdur. Allah ona rəhmət etsin!
3. Əhmədov Arif Əhməd oğlu 1963-cu ildə Arıxlıda anadan olub, 1993-cu ildə şəhid olmuşdur. Allah ona rəhmət etsin!
4. Əliyev Tengiz Məhəmməd oğlu 1972-ci ildə anadan olub, 1994-cü ildə şəhid olub. Allah ona rəhmət etsin!

Allah CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!..
RUHLARI ŞAD OLSUN!..
AMİN!..


P.S.:
DƏYƏRLİ SOYDAŞLARIMIZ!..

Yeri gəlmişkən, sizlərdən dah bir ricamız da var:
Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan azərbaycanlılar -
(Ənvər Hümbətov, Qəhrəman Musayev, Zaur Abdullayev, Mustafa Novruzov və başqaları) haqqında da
bildiyiniz məlumatları bizə göndərməyinizi sizlərdən artlq dərəcədə xahiş edirik.

Əvvəlcədən hamınıza təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk!..



REDAKSİYADAN:

Dəyərli izləyicilərimiz!..

Yəqin ki, özünüz də təsdiq edərsiniz ki, ZiM.Az fəaliyyətə başladığı ilk gündən etibarən
ŞƏHİDLƏRİMİZ haqqında müntəzəm olaraq yazılar dərc edirik.
Həmin yazılar indiyə kimi "UNUTSAQ, UNUDULARIQ!.." bölməsində toplanırdı.
Bu gündən etibarən isə, həmin bölmədə də qalmaq şərtilə həmin yazılar
"ŞƏHİDLƏRİMİZ" adlı yeni bölməmizdə cəmlənəcək...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!.. Ruhları şad olsun!..

Dəyərli dostlar!..
Daim bizi izləməyinizi, məqalələr hazırlayıb göndərməyinizi,
məsləhət və tövsiyyələrinizi yazmağınızı xahiş edirik...

Əvvəlcədən hamınıza təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk!..

Unutmayaq ki, UNUTSAQ, UNUDULARIQ!..



Böyük hörmət və ehtiramla,
Müşfiq BORÇALI,
ZiM.Az

M-Borcali@mail.ru



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: