AzTU-da TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir

AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdirAzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir AzTU-da  TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir Noyabrın 18-də Azərbaycan Texniki Universitetində Azərbaycan, Finlandiya və Estoniya arasında həyata keçiriləcək TVİNNİNQ layihəsinin təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, Əməkdar Elm xadimi, professor Havar Məmmədov açaraq iştirakçıları salamlamış və layihənin əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, Azərbaycan Respublikası Bolonya prosesinə 2005-ci ildən qoşularaq Avropa ali təhsil məkanının bir sıra vəzifələrinin yerinə yetirilməsində nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlərin davamı olaraq Avropa İttifaqının dəstəyi ilə TVİNNİNQ layihəsi hazırlanmışdır. Layihənin ümumi məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Finlandiyanın Azərbaycanda akkreditə olunmuş səfiri Christer Michelsson, Estoniyanın müvəqqəti işlər vəkili İndrek Kiverik, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliyin prezidenti Heli Mattisen, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev və Layihənin müşaviri Reijo Aholainen layihə haqqında ətraflı danışaraq layihə iştirakçılarına uğurlar arzulamışlar.

Çıxışlarda qeyd olunmuşdur ki, TVİNNİNQ layihəsi Azərbaycanda Bolonya prosesinə uyğun olaraq islahatlar çərçivəsində həyata keçirilən təlim-tədris sistemini,həmçinin ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsini,Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq,eyni zamanda getdikcə artmaqda olan beynəlxalq əməkdaşlığı əhatə edir.

TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik və Azərbaycan Respublikası Təhsil Nazirliyi həyata keçirir.

Layihənin müddəti iki il olmaqla 2017-ci il avqust ayının sonunda tamamlanacaqdır.

TVİNNİNQ layihəsinin ölkəmizdəki rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevdir.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: