AzTU-nun rektoru Vilayət Vəliyevin Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin  Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki Hörmətli müəllimlər!

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.


Müəllimlər gənc nəslin mənəvi aləminin memarı kimi çox mühüm vəzifə daşıyırlar. Bu vəzifə cəmiyyət qarşısında öz məsuliyyətini anlayan, bəşəri dəyərlərə sayğı duyan, həmçinin vətənə və millətə bağlı yaradıcı düşüncəyə sahib şəxsiyyət yetişdirməkdir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan xalqımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişdir. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır.

5 oktyabr bütün dünyada həyatını toplumun aydın sabahına həsr edən müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır.

Əziz müəllimlər, bu münasibətlə bayramınızı təbrik edir, respublikamızın intellektual potensialının gücləndirilməsi, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə uğurlar arzulayıram!


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: