AzTU-nun rektoru Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki Əziz müəllimlər, tələbələr və valideynlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Əminəm ki, mübarək Qurban bayramı bütün milli və dini bayramlarımız kimi, xalqımızın yüksək ideyalar ətrafında daha sıx birləşməsini təmin edəcək.

Müqəddəs Qurban bayramı münasibətilə bir daha sizi təbrik edir, əmin-amanlıq, rifah və uğurlar arzulayıram.

Kəsilən bütün qurbanlar qəbul olunsun!


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: