Əziz tələbələr!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram!
Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan və azərbaycançılıq məfkurəsinin təcəssümü olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Vətənə bağlılığın, milli birliyin, həmrəyliyin qürurunu yaşayırlar.
Qürurverici haldır ki, hər birimiz üçün əziz və əlamətdar olan bu bayramı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qalib ölkə kimi qeyd edirik.
Əziz AzTU ailəsi!
Başa çatmaqda olan ilin yekunlarına nəzər salsaq, əminliklə deyə bilərik ki, 2021-ci il universitetimiz üçün nailiyyətlərlə zəngin il oldu. Biz artıq mərhələ-mərhələ ənənəvi təhsilə qayıdırıq. Yola saldığımız il ərzində universitetimiz bir sıra istiqamətlər üzrə yüksək nəticələr göstərdi.Tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir laboratoriyaların istifadəyə verilməsi, maddi-texniki bazanın yenilənməsi, beynəlxalq əlaqələrin inkişafı və bu qəbildən olan digər işlərin həyata keçirilməsi komanda işinin düzgün qurulması sayəsində mümkün oldu.
2021-ci ildə qazandığımız uğur və nailiyyətlərin əldə olunmasında göstərdikləri peşəkarlığa görə doğma AzTU ailəsinə - professor-müəllim heyətinə, bütün əməkdaşlarımıza və ən əsası tələbələrimizə təşəkkür edirəm!
Bildiyimiz kimi, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası qəbul olunub. Hədəfimizə çatmaq üçün qarşıdan gələn 2022-ci ildə də universitetimiz üçün daha gözəl və faydalı işlər görəcəyimizə əminəm!
Sizi bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyirəm! Azərbaycan elminin inkişafı, universitetimizin tərəqqisi naminə fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayıram!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.