“Open Science” üzrə Milli Təbliğat Mərkəzi
istifadəyə verilib.
Daha sonra ötən il başlanılan və
icrasının bu il də davam etdiriləcəyi
“Open Science” Azərbaycan:
Gənc Tədqiqatçılar Arasında “Open Science”
platformasının ilk seminarı keçirilib.
Seminar iştirakçılarını salamlayan
AzTU-nun rektoru Vilayət Vəliyev
Azərbaycan Gənc Alim, Doktorant və
Magistrlər Cəmiyyətinin (AGADMC)
Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı
platformanın ali təhsil müəssisələri üçün
önəmindən danışıb.
Rektor AzTU-da istifadəyə verilən
“Open Science” üzrə Milli Təbliğat Mərkəzinin
işinə uğurlar arzulayıb.
Daha sonra təhsil nazirinin müşaviri,
fəlsəfə doktoru Elnur Nəsibov çıxış edib.
Qeyd edib ki, gənc alimlərinin
beynəlxalq arenaya inteqrasiyası baxımından
layihə mühüm əhəmiyyət kəsb edir.
Layihənin təqdimatını edən
AGADMC-nin sədri, fəlsəfə doktoru
İlqar Orucov qeyd edib ki,
ölkənin 17 ali təhsil müəssisəsində
belə seminarların təşkili nəzərdə tutulub.
O bildirib ki, “Open Science” üzrə
Milli Təbliğat Mərkəzinin istifadəyə verilməsi
sözügedən layihənin gənc alimlər arasında
geniş təbliğinə və koordinasiya işinin təşkilinə
nail olmaq məqsədi daşıyır.
İlqar Orucov onu da əlavə edib ki,
layihə çərçivəsində AGADMC tərəfindən
regionlarda fəaliyyət göstərən
elmi tədqiqatçılar üçün də
müvafiq seminarlar təşkil olunacaq.
Layihənin yekununda hər universitetdən
25 nəfər seçilməklə Avropa Gənc
Alimlər Şurasdan dəvət olunacaq
ekspertin iştirakı ilə müvafiq təlimlərin
keçirilməsi də nəzərdə tutulub.
Daha sonra AGADMC-nin ekspertləri
Ruslan Rəhimli və Sevinc Ədilova
təqdimatla çıxış ediblər.
Tədbirin sonunda seminar iştirakçılarına
sertifikatlar təqdim olunub.
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.