Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində
Novruz bayramı münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz tələbələr, hörmətli müəllimlər və əməkdaşlar!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar ab-havası arzulayıram!
Bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Bu bayram bizim tarixi keçmişimizə sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Xalqımız bayramın gəlişinə bir ay əvvəldən hazırlaşır. Qürurvericidir ki, artıq ikinci ildir Novruz bayramı gözəl Qarabağımızda, Şuşamızda da təntənə ilə qeyd olunur. Bu Zəfəri, xoş anları bizə yaşatdıqlarına görə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm.
Bir daha hər birinizi bu əziz bayram münasibətilə ürəkdən təbrik edirəm!
Qoy bu bayram ailələrinizə xoşbəxtlik və sağlamlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin!
Novruz bayramınız mübarək!"
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.