AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki Hörmətli müəllimlər,
əməkdaşlar, əziz tələbələr!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm!

Ramazan ayı insanları xeyirxahlığa, birliyə, bərabərliyə, mənəvi saflığa dəvət edən mübarək aydır. On bir ayın sultanı olan bu müqəddəs ayda insanlar nəfs üzərində qələbənin təntənəsini yaşayırlar.


Azərbaycan xalqı mübarək Ramazan bayramını bu il də böyük sevinc hissi ilə qeyd edir. Hər il olduğu kimi Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunur, ölkəmizin tərəqqisi üçün arzular, diləklər, niyyətlər edilir.

İnanıram ki, şəfqət və mərhəmət duyğularını təcəssüm etdirən bu müqəddəs günlərdə etdiyiniz dualar Tanrı dərgahında qəbul olunacaq.

AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki Bu əziz bayram günlərində bir daha sizi səmimi qəlbdən təbrik edir, süfrələrinizə ruzi-bərəkət, ailələrinizə xoşbəxtlik və sağlamlıq arzulayıram!

Allah orucunuzu qəbul etsin!

Ramazan bayramınız mübarək!


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: