ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. Azərbaycan ədəbiyyatına
ağır itki üz verib.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Xalq şairi Zəlimxan Yaqub
(Zəlimxan Yusif oğlu Yaqubov)
2016-cı il yanvarın 9-da
ömrünün 66-cı ilində
vəfat edib.


Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” “Şərəf” ordenlərinə layiq görülüb.

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
İsa Həbibbəyli
Anar Rzayev
Rafael Hüseynov
Fikrət Qoca
Söhrab Tahir
Nəriman Həsənzadə
Sabir Rüstəmxanlı
Ədalət Nəsibov


==============================

Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq.
Bu barədə APA-ya mərhum xalq şairinin ailəsindən bildirilib.

Qeyd edək ki, xalq şairi ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək
Təzə Pir məscidində keçiriləcək.

Xatırladaq ki, Zəlimxan Yaqub bu gün - Yanvarın 9-da dünyasını dəyişib.
Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..İFTİXAR
***
İçimi göynətdi bu gələn xəbər –
“Zəlimxan dünyadan köçdü!” – dedilər.
Sən fikir eləmə, şair qardaşım,
Onsuz da bu dünya köçdü deyirlər.

Ölüm ömür boyu gizlin güdəcək,
Hər gülən xoşbəxti məyyus edəcək.
Sən şair doğuldun, dünya yaratdın,
Bir gün gələn hər kəs, bir gün gedəcək.

Şairlər Allahın xoşbəxt bəndəsi,
Şairlər Allahın sevdiyi kəslər.
Şairin məkanı, yeri cənnətdi,
Allah şairlri sevərək səslər.
09.01. 2016, Saat 23.20

==============================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. BORÇALININ HƏMİŞƏYAŞAR OĞLU -
ZƏLİMXAN YAQUB SON UĞURA ÇIXDI...


ŞAİR QARDAŞIM, NƏ QƏDƏR Kİ, XALQIMIZ VAR, NƏ QƏDƏR Kİ, TÜRK DÜNYASI VAR SƏN YAŞAYACAQSAN! ALLAHIN DƏRGAHINDA SƏNİN YERİN NİZAMİ GƏNCƏVİ, FÜZULİ, YUNUS ƏMRƏ, ŞƏHRİYAR, MÜŞFİQ, SƏMƏD VURĞUN, HÜSEYN SARACLI, AŞIQ ƏMRAH, AŞIQ kAMANDARLA EYNİ QATDADIR.
BƏLİ, EY XALQIMIN BÖYÜK OĞLU SƏNİN RUHUN ARTIQ O BÖYÜK SÖZ XİRİDARLARI MƏCLİSİNDƏDİR. FƏRQİ YOXDUR GÜRCÜSTANDA, AZƏRBAYCANDA YA DA TÜRKİYƏDƏ DƏFN EDİLMƏYİN. DƏFN OLDUĞUN TORPAQ MƏNİM ÜÇÜN MÜQƏDDƏS TORPAĞA ÇEVRİLİR.

SƏNİN HƏR GƏLİŞİN BÜTÜN BORÇALIYI BİR ARAYA GƏTİRƏRDİ, BU GÜN AĞIR HÜZNÜN BİZİ BİRLƏŞDİRDİ.
ŞAİR QARDAŞIM, SƏNİN DOĞMALARIN OLAN BÜTÜN TÜRK DÜNYASININ BAŞI SAĞ OLSUN.

GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ
HÜSEYN YUSUBOV.


===========================

MOSKVA ZİYALILARIndan başsağlığı

Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına ağır itki üz verib.
Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Biz Moskva ziyalıları Zəlimxan Yaqubun vəfatından kədərləndiyimizi bildirir Zəlimxan sevərlərə, mərhumun ailəsinə, şairin qələm dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk! Zəlimxan Yaqub sağlığında ümumxalq məhəbbəti qazanan, öz möhtəşəm poeziyası ilə yanaşı, bənzərsiz nitq qabiliyyətinə, fenomenal yaddaşa malik olan ən istedadlı şaırimiz idi. Onun ölüm xəbəri Moskvada yaşayan azərbaycanlıları olduqca sarsıtdı. Zəlimxan Yaqubun vəfatı təkcə Azərbaycan ədəbiyyatı, mədəniyyətii üçün deyil, bütün xalqımız üçün ağır itkidir. O bənzərsiz zəngin yaradıcılığıyla Azərbaycan ədəbiyyatının inkişafına əvəzsiz töhfələr vermişdir. O, böyük şair olmaqla yanaşı, həm də öz xalqını sevən, mədəniyyətini, tarixini, folklorunu dərindən bilən əsl vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gözəl insan idi. Azərbaycan mədəniyyətinə üz vermiş bu ağır itki ilə əlaqədar xalqımıza dərin hüznlə başsağlığı veririk.

Zəlimxan Yaqubun işıqlı xatirəsi onu tanıyanların, poeziyasının vurğunlarının qəlbində daim yaşayacaqdır!

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvi idi.
1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub.
2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Allah Rəhmət eləsin!

Ziyalılar adından:
Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Cəfər Sadıq, Azər Cahangirov, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, İlqar Hacıyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Əbdül Hüseynov, Eldar Abbasov, Tünzalə Vəliqızı, Namiq Əzimov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Mahir Ələsgərov, Zəkiyyə Ələsgərova, Fərqiyyə Kərimova, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Vasif Məmmədov, Əliş Əvəz, Kamran Rüstəmov, Şamil Tağıyev, Toğrul Allahverdili, İqbal Rüstəmov, Camal Camalov, Azər Səfərov, Anar Həsənov, Fuad Səfərov, Fuad Abbasov, Fərid Əkbərov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Xalidə Səmədova, Mərdan Feyzullayev, Füzuli Fərəcov, Əşrəf Hüseynli, Yaşar Süleymanlı, Mehman Şükürov və başqaları.


/Yenises.ru/

===============================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..Məzahir Süleymanzadə,
"SƏHƏR" qəzetinin Baş redaktoru:


...Zəlimxan Yaqubla hər gün səhər metronun "Neftçilər" stansiyasında görüşər, söhbət edə - edə "Sahil" stansiyasına gələrdik. Bir gün dedim ki, bilirsən, Zəlimxan, mənim Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətim olub. Dedi bilirəm, hekayələrin, şeirlərin mənim də xoşuma gəlir. Dedim yox, şair, bunu demirəm. Soruşdu ki, bəs nəyi nəzərdə tutursan? Dedim, Zəlimxan, mənim ədəbiyyatımız qarşısında xidmətim ondan ibarətdi ki, yüzədək adamı şeir yazmaqdan çəkindirmişəm. Gülümsündü: - Hə, düz eləmisən, indi hər yerindən duran şeir yazır... Gülüşdük...
Sonuncu görüşümüz ötən il Azdramada, Yunus Oğuzun "Nadir şah" əsərinin təqdimatında oldu. Xeyli söhbət etdik, ötən günləri xatırladıq...
O günləri yenə xatırlayacağıq. Amma təəssüf ki, Zəlimxansız...Allah böyük şairimizə rəhmət eləsin...

***

Ustad Zəlimxan Yaqubla bağlı daha bir xatirə. Azadə - Taleh Abbasqızının təşkil etdiyi bir tədbirə toplaşmışdıq. Tədbirdə əsasən gürcüstanlılar iştirak edirdilər. Zəlimxan onları bir - bir təqdim etdi: Camal Mustafayev, Müşfiq Borçalı,Knyaz Aslan, Telli Borçalı...Növbə mənə çatanda əlini çiynimə qoydu: - Elə bu da bizimkidi: Məzahir Kəpənəkçi.
Hamı alqışladı. Sonradan öyrəndim ki, Borçalıda Kəpənəkçi adlı kənd var...Elə Zəlimxanın öz kəndidir...
Allah rəhmət eləsin...

***

Zəlimxan Yaqub ölümünü gözləyirdi. O, müdrük idi, ölümdən qorxmurdu, Əzraillə çilingağac oynayırdı, onun gözlərinə dik baxırdı. Amma...ölmək istəmirdi. Çünki, deyilməmiş sözü vardı. Yaxşı bilirdi ki, bu sözü ondan başqa heç kəs deməyəcək...Deyə bilməyəcək! Dərmanını qəbul eləyirdidi, iynəsini vurdururdu, yenə qələminə sarılırdı. Qələm onun son ümidi idi...Ürəyini boşaltmağa çalışırdı. Ürək isə boşalmaq əvəzinə elə hey dolurdu. Çünki bu, adi ürək deyildi...Zəlimxan ürəyi idi...
Yəqin ki, Allah bu qədər bəndənin duasını qəbul eləyəcək, Zəlimxanı sorğusuz - sualsız cənnətə göndərəcək. Mən bilmirəm, cənnətdə saz olur, ya yox. Amma dəqiq bilirəm ki, saz olmasa, Zəlimxan Yaqub heç cənnətdə də rahatlıq tapmayacaq. Yeganə təsəllim odur ki, sabahdan etibarən uzun illər saz səsinə həsrət qalmış Fəxri Xiyabanımızda da saz musiqisinin sədaları eşidiləcək. Zəlimxanın xətrinə!..

================================
ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..Əziz dostum və eloglum Zəlimxan Yaqubun itkisi
mənim ucun cox agirdir!


Doz gorum necə dozursən,
Zəlimxansiz qalan dunya.
Soz mulkunun şah oglunu
Əlimizdən alan dunya.

Daglar, sinəsini daglar
Cəmənde cicəkler aglar,
Gozəllərdə qara baglar
Gəm sazini calan dunya.

Itirirsən haqqi-sayi,
Budurmu şairin payi?
Hani Zəlimxan harayi
Bayquş kimi qalan dunya?!

Əsli yanir, Kərəm yanir,
Kərəmidə lələm yanir,
Bel bukulur, şələm yanir
Olasan sən talan dunya.

Xəstəliyim aman vermir,
Gəlməyime guman vermir,
Hec mənədə zaman vermir,
Gah boşalib, dolan dunya.
Nəyimə lazimdir mənim
Zəlimxansiz olan dunya?!

Hidayet Huseyinli,
Marneuli.


================================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..MÜASİR AZƏRBAYCAN POEZİYASININ ÖNDƏRİ, AZƏRBAYCANIN XALQ ŞAİRİ, AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN SƏDRİ, TÜRK DÜNYASININ SEVİMLİSİ, DOĞMA BORÇALISINI DÜNYAYA TANIDAN ZƏLİMXAN YAQUB BU GÜN BAKIDA, BİRİNCİ FƏXRİ XİYABANDA TORPAĞA TAPŞIRILACAQDIR. GÖZƏL ŞEİRLƏRİ İLƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA GƏLİŞİYLƏ HAMINI SEVİNDİRƏN ZƏLİMXAN BİR XALQ ŞƏRÇİVƏSİNƏ SIĞA BİLMƏDİ, DÜNYANI GƏZDİ, YERİNDƏN-YURDUNDAN ASILI OLMAYARAQ DÜNYANIN KİÇİK BİR GUŞƏSİDƏ DƏ TURKLƏRİ TAPDI, ONLARI SEVDİ, EYNİ ZAMANDA ÖLMƏZ ŞEİRLƏRİ İLƏ ÖZÜNÜ DƏ SEVDİRDİ. SEVDİRDİYİ QƏDƏR DƏ İNDİ ONLARI AĞLAR QOYARAQ HAQQ DÜNYASINA KÖÇ ETDİ.

ZƏLİMXAN YAQUBUN AZƏRBAYCAN ƏDƏBIYYATINA GILIŞI XALQIMIZA NƏ QƏDƏR SEVİNC GƏTİRMİŞDİSƏ, DÜNYADAN KÖÇ ETMƏSİ İSƏ TƏKCƏ AZƏRBAYCAN XALQINI DEYİL,TÜRK DÜNYASINI AĞLAR QOYDU. "GÜRCÜSTAN" QAZETİNİN YARADICI KOLLEKTİVİ VƏ OXUCULARI ADINDAN AİLƏ ÜZVLƏRİNƏ, DOĞMDLDRINA, YAXINLARINA, ONUN SEVDİKLƏRİNƏ, ZƏLİMXAN SEVƏNLƏRƏ, BORÇALİLARA, AZƏRBAYCAN XALQINA VƏ TÜRK DÜNYASINA BAÇSAĞLIĞI VERİRİK... ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN! AMİN!

ELMAN KƏLƏYEV,
Tbilisi.


ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. ==========================

Zəlimxan deyəndə saz, söz, sənət, poeziya canlanır gözlərimiz önündə. Deyirlər Zəlimxan ölübdür, bilən varmı ki, Zəlimxan qağa yox, eşidə bilməyəcəyimiz saz, söz, sənət, misraları göylərdən su içən poeziya ölübdr. Dəfndə iştirak edə bilmirəm, çünki səhhətim və hərarətim imkan vermədi. Ancaq bilirəm ki, Yurdsevərlər, Zəlimxan sevərlər dəfndə iştirak edəcəklər, dahi şairə və eloğlumuza olan sevgimizi də ərmağan edəcəklər. Sözün, şerin bir sözlə poeziyan qəlblərdə yaşayacaq, xüsusən Soğanlıqlı Gürcü Məmməd ara vermədən yüzlərlə şerini indi daha yanıqla oxuyacaq, Şair! Sən ölmədin, əbədiyyətə qovuşdun, Bəy! İndi Bakıda bir ziyarət ocağımız da artdı. Sənin vaxtsız və ürəkləri sarsıdan ölüm xəbərin Borçalıların, Gürcüstan azərilərinin birlik və barışıq bayramına çevrilsin, Şair! Məkanın cənnət, qəbrin nurlu olsun, ELOĞLU!

Abay Paşayev,
"Təhsil" qəzetinin redaktoru.
Qarayazı.


==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. ZƏLİMXAN YAQUBA

ŞEİRLƏR DİL DEYİB, QANLAR AĞLIYIR,
SAZLAR TELLƏRİNİ YOLUR, AY USTAD.
YARALI BORÇALIN FƏRYAD ELİYİR,
GÜLLÜ-GÜLÜSTANI SOLUR, AY USTAD.

EŞİDİB BİLƏNLƏR AXIŞIB GƏLİR,
ÜZLƏRDƏ TƏBƏSSÜM DONUR, AY USTAD.
GÖZLƏRDƏN SEVİNCİ ACI YAŞ YUYUR,
YERİNƏ QƏM KƏDƏR QONUR, AY USTAD.

BU VƏTƏN TORPAĞI, TÜRK OLAN HAMI,
İTİRİB ƏZİZİN SANIR, AY USTAD.
SƏN CƏNNƏT QUŞUSAN DUR BAX GÖYLƏRDƏN,
GÖR NEÇƏ ÜRƏKLƏR YANIR, AY USTAD.

BİZƏ ƏRMAĞANIN ÜMMAN DƏRYADI,
MİNLƏRLƏ ŞEİRİN QALIR, AY USTAD.
ƏZƏLİ-AXIRI FANI DÜNYADI,
HEYF...YAXŞILARI ALIR, AY USTAD.

SƏADƏT NOVRUZQIZI.


==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..Dirili Qurbani Məclisindən BAŞSAĞLIĞI

Ölkəmizin ədəbi ictimaiyyətinə ağır itki üz verib.
Çağdaş türk dünyasının böyük şairlərindən biri, Azərbaycanın xalq şairi Zəlimxan Yaqub uzun sürən ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişib. Z.Yaqub dövrünün bir çox cəhətlərinə görə seçilən şairlərindən idi. Dərin hafizəsi, iti yaddaşı, geniş duyğu imkanları bir şair kimi onu fərqləndirən əlamətlər idi. O, gerçəkdən Xalq Ruhunun daşıyıcısı olmaqla klassiklərimizi, xüsusilə də aşıq ədəbiyyatını, folklorumuzu əzbərdən bilirdi. Onun yaradıcılığı mənəviyyatı ilə hormoniya təşkil edərək milli kökə bağlanmışdı. Ona görə də dünyanın müxtəlif qütblərinə səpələnmiş boya-boy türk elləri Zəlimxan Yaqub yaradıcılığına və şəxsiyyətinə böyük sevgi ilə yanaşırdı. Şeirlərində və danışıq tərzində poetik dil axıcılığı onu seçdirən və sevdirən keyfiyyətlər idi. Millətə nə qədər sevgisi var idisə, dövlətimizə də o qədər sayği ilə yanaşırdı.
Zəlimxan müəllim, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi Azərbaycan aşıq sənətinin inkişafına xeyli təkan vermişdi. Dövləimiz onun fəaliiyətini “Şöhrət” ordeni ilə qiymətləndirmiş, Xalq şairi adına layiq görülmüşdü, Azərbaycan-Gürcüstan ictimai əlaqələrindəki xidmətlərinə görə “Şərəf nişanı” ordenini almışdı. Respublika parlamentində millət vəkili və “Əfv komissiyası”nda fəaliiyət göstərən ictimai xadim kimi də tanınırdı. Ədəbi-ictimai sahədəki çalışmalarına görə bir çox ödüllərlə təltif olunmuşdu. Zəlimxan müəllim doğulub boya-başa çatdığı Borçalıda nə qədər sevilirdisə, eynilə tanındığı hər yerdə o sevgini qazanmışdı. Təəssüf ki, amansız əcəl bu böyük şairi, layiqli vətəndaşı, Azərbaycan-Türk aşıqlarının və el məclislərinin sevimlisi Zəlimxan Yaqubu bizdən tez ayırdı. Yeri cənnətməkan olsun! Ruhu və canı qədər sevdiyi Millətimiz və Dövlətimiz var olsun! Rahat uyu, Şair!
Dirli Qurbani Məclisi olaraq mərhum şairimizə Uca Allahdan qəni-qəni rəhmət diləyir, ailəsinə, yaxınlarına, sənət dostlarına dərin hüznlə başsağlığı verir, qalanlarına səbr və sağlıq diləyirik!
Yusif DİRİLİ,
Dirli Qurbani Məclisinin sədri
10 yanvar 2016-cı il / Bakı


==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. İtirdim...

Aşıq Novruz çal dünyada nə çaldım
Tapdığımı Vallah çəmi itirdim.
Minib köhlənimi dörd nala çapdım
Sevinci unudub qəmi itirdim...
*
Gözlərim ağladı doğma yasında
Dilim dəyişmədi öz duxasında,
Bu şair ömrümün fırtınasında
Qırıldı yelkənim gəmi itirdim...
*
Kərəmi çal yansın qurum,yaşımda
Çal ki,gülüm, gülməmişəm yaşımda
Ağ saçlarım qara geysin başımda,
Çox Kərəmi,çox Dilqəmi itirdim...
*
Sazını çal dünyam mənə sirr olub,
Koroğluda qoç igidlər şir olub,
Səsi gəlsin daha mənə bir olub
Havalarda zili,bəmi itirdim...
*
Korarxılı dərd qəlbini çeynədi,
Zəlimxansız sızıldadı,göynədi
Qara torpaq udduğunu neynədi,
Neçə dayı,neçə əmi itirdim...

Aslan GORARXLI,
Çelyabinsk.


==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..QARA GEYSİN

Unudulmaz və dahi şairimiz
Zəlimxan Yaqubun ruhu qarşısında...


Sözə dil vurmayın,tellərə mizrab,
Tutulsun qələmlər,saz qara geysin!
Şairsiz dağların qarı qaralsın,
Açmasın çiçəklər,yaz qara geysin!

Susdurun ilhamı,cırın kağızı,
Qaralsın çöllərin qızıl payızı,
Ölsün Çin gözəli,yansın Çin qızı,
Saralsın bənizlər,naz qara geysin!

Keçsin Başkeçiddən şairin ruhu,
"Qırdağ"ın gülləri saçmasın qoxu,
Ölsün "Yastı qar"da ah çəkən ahu,
Donsun "Göybulaq"da buz qara geysin.

Hönkürsün "Zarıncı","Kərəmi" yansın,
Araz da dayansın,Kür də dayansın!
Səsləyin,İstambul qızı oyansın,
Xocalı əsiri-qız qara geysin!

Çatdırın Təbrizə,köçüb lələsi,
Qara gün görməsin innən beləsi,
Turanın göz yaşı,türkün naləsi..,
Köçəri,yaz,aləm,yaz,qara geysin!

Elmuraz KÖÇƏRİ,
Başkeçid.


===========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. Şeir dünyamızın sarvanına...

Bir acı göz yaşı süzülmək istər,
Asilib kiprikdən, qaşdan acılıb.
Bu ağır itkidi, bu sonsuz kədər,
Qulaqda cingiıdər, başdan asılıb.

Durna qaqqıldayıb gələcək bahar,
Şairi soracaq köçəri quşlar.
Saxlaya bilmədik üstadımızı,
Torpağa uzandı, söndü baxışlar...

Heyif, bir də gəlməyəcək Zəlimxan,
O gözəl ləhcəli, nəfəsli insan.
Ruhu ucalardan dünyaya baxan,
Şəkli ürəklərdən asılı sarvan...

Gülxanım Rzazadə

==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!.. USTAD

(Xalq şairi Zəlimxan YAQUBUN vəfatına...)


Ruhun bədənindən ayrılan günü,
Qayalar laxladı, daş dindi USTAD.
Uçdu yuvasından sözün tərlanı,
Qartal qanad çaldı, quş dindi USTAD...

"Kar"ı da qandırdın, "lal"ı da çəkdin,
Boranda, yağışda, doluda çəkdin...
Göyün üzündəki buluda çəkdin,
Çatıldı alnımda, qaş dindi USTAD.

Yaşaram, qocaldı-qarıdı nitqim,
Yıxıldı, ağrıdan zarıdı nitqim.
Danışa bilmədim, qurudu nitqim,
Hönkürən gözümdə yaş dindi USTAD...

Yaşar QAFQAZLI.

==========================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..Zəlimxan Yaqubun
əziz xatirəsinə ithaf edirəm.

Söndü şeyrimizin günəşi göydə,
O günəş şəfəqin saçmayacaqdı.
Gül-çiçək ətirli şeyirlər üstə,
Daha kəpənəklər uçmayacaqdı.

Susa bilməz idi o ürək susdu,
O ürək bir kaman, saz idi axı.
Zəlimxan 100 il də yaşasaydı lap,
Yenə də bizimçün az idi axı.

Böyük türk elinin, böyük şairi,
Ölsən də sənətin, sözün qalacaq.
Qərinələr boyu sənət dostların,
Səni yadlarına tez-tez salacaq.

Tək övladlarını yetim qoymadın,
Səndən sonra sazın, sözün yetimdi.
Sən ki heç ömürdən-gündən doymadın,
Səni itirməyim yaman çətindi.

Getdin o dünyaya, sən Qarabağsız,
Şuşanı, Ağdamı görə bilmədin.
Azadlıq ruhunda qoşmalar yazıb,
Bizə o töhfəni verə bilmədin.

Ağlar qalıb indi gözümüz indi,
Axır gözlərimdən yaş gilə-gilə.
Zəlimxan Yaqubtək böyük şairlər,
Bir də gəlməyəcək bu yurda, elə...

Fuad Biləsuvarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


===============================================

ALLAH RƏHMƏT ELƏSİN, ZƏLİMXAN YAQUB!..
Ədəbiyyat tarixinə adları qızıl hərflərlə
yazılmış ədiblərə toxunmaq olmaz!

Leyla Namazova


Yanvar ayının 9 gününü pis xəbərlə açdım. Feysbuka girər - girməz gözüm dostlarımın paylaşdıqları statuslara sataşdı, hamısı kədər içində “Allah rəhmət eləsin!” yazırdı. Sən demə bunlar böyük şairimiz Zəlimxan Yaquba rəhmət diləyirmişlər. İnanmadım. Tez saytalara girdim, məlumatı dəqiqləşdirmək istədim. Xəbər doğru idi. Bəli, xəbər tutdum ki, Zəlimxan Yaqub dünyasını dəyişib. Kədər içində idim. Gözlərim dolmuşdu. Çünki ona hörmətim böyük idi. Onun bulaq kimi çağlayan poeziyasına, duzlu-məzəli söhbətlərinə heyran idim. O, sözün əsl mənasında xəzinə idi. Eyni zamanda o həmin xəzinəni bal kimi şirin, ana laylası kimi həzin dili ilə pərəstişkarlarına paylamaqdan zövq alardı. Biz ailəlikcə onu sevib hörmət edirdik. Hər dəfə onunla bağlı verilişlər olanda anamla oturub diqqətlə baxırdıq. Onun danışığını sevirdim, çünki onun danışığında, sözlərində məna var idi. O, sinədəftər idi. Yorulmurdu, əksinə, həyat eşqi ilə alışıb-yanırdı. Hətta deyirdi ki, mən 100 yaşıma kimi yaşayacam. Bu namərd dünyadan getmək istəmirdi. Həyat sevgisi ilə dolu insan idi.

Keçən il fevral ayında onunla “Kitabevim”də görüş keçirilmişdi. Mənim çoxdankı arzum onunla nə vaxtsa görüşmək, onunla şəkil çəkdirib, öz əli ilə imzasını almaq idi. Həmin o görüşə sevinə-sevinə getdim də. Düzdür, Zəlimxan həmin Zəlimxan deyildi, xəstə idi, güclə tərpənirdi, gözləri yorğun idi, hətta halsız idi, amma hamı ilə elə mehriban və səmimi danışıb, ünsiyyət qurmuşdu ki, gəl görəsən. Belə durumda da insanlara, oxucularına və onu sevənlərə yaxın idi, sevinə- sevinə şeirlərindən əzbər də deyirdi. Bəlkə də hiss etmişdi ki, bu artıq son görüşdü.
Ona yaxınlaşıb şəkil çəkdirəndə, kitabımı imzalatdıranda düzü, inanmadım ki, mən bu böyük şəxsiyyətin yanında dayanmışam, mənim üçün bu böyük şərəf oldu, o qədər sevinmişdim ki... O, mənim ən çox sevdiyim, sözün əsl mənasında, böyük şair, şeirlərini sevə-sevə oxuduğum Zəlimxan Yaqub idi. Telefonumun yaddaşında onunla şəkillərim qalıb, bayaq onları tapıb baxdım və ağladım, yeganə şəkilim idi onunla. Yaşasaydı yenə görüşlərinə gedəcəkdim, amma nə yazıq ki, yaşamadı. Yaşamaq həvəsinə baxmayaraq istəmədən bu dünyaya həmişəlik əlvida dedi. Belə dəyərli söz adamlarını itirə-itirə gedirik. Əvəzində isə heç kimə lazım olmayan, amma özlərini böyük, dahi yazar, şair sayan, əslində maraqsız, məntiqsiz, hətta deyərdim ki, əxlaqsız, səviyyəsiz köşə yazılarını, hekayə, şeir, povest və romanlarını cəmiyyətə sırıyan "yazıçı" “şairlərin” tıxacına düşürük. Onlar özlərindən savayı heç kimi bəyənməyən “yazarlar”dı. Nisbətən yaşlı, ədəbiyyatda öz sözünü demiş hörmətli yazıçılara söz atıb, tənqid etmək, həmkarlarına lağ edib, bəyənməmək - bax budur onların səviyyəsi, işi, peşəsi. Zəlimxan kimi şairlər artıq barmaqla sayılası qədərdir. Çox az qalıb… Allah sənə rəhmət eləsin, ustad! Böyük və əvəzolunmaz yazıçıları, şairləri, daim anır, əsərlərini sevə sevə oxuyuruq. Özləri cismən aramızda olmasa da, əsərləri ilə yaşayır, sevilir, oxunur…

Bəli, Zəlimxan Yaqub vəfat etdi. Hər bir məşhur ölümündən sonra bir xatirə, iz qoyur. Zəlimxan isə özündən sonra xatirə deyil, çox böyük bir xəzinə, qoyub getdi. Məhz xəzinə. “Bu yaşıl ağacın altı bizimdi”, “Əzrayilin qılıncı”, “Peyğəmbər” dastanı, “Ümidlər qırılanda”, “Mənəm” “Qürbət” və digər maraqlı, təkrarolunmaz şeirlər Zəlimxan yaradıcılığının zirvəsidir. Belə şairlərin şeirlərini oxumaqdan doymursan, yorulmursan. O, ölməyib, sadəcə, dünyasını dəyişib...

Qeyd etdiyim kimi, əsl yazarlar özlərindən sonra böyük bir xəzinə qoyub gedirlər. Bəs özlərini dahi, böyük hesab edən “yazıçılar” nə qoyub gedəcək? Bəlkə səviyyəsiz, əxlaqsız “romanlarını”, yoxsa heç kimə aydın olmayan soyuq, quru şeirlərini? Məni yandıran odur ki, ədəbiyyata ziyan gətirəcək belələri axı niyə mövcuddur?! Axı bu cür əxlaqsız şeir, nəsr əsərləri ilə ədəbiyyatda qalmırlar. Əvvəlcə sən də böyük yazıçılarımız kimi yaz, ən azından hörmət qazan, özünü sevdir, ədəbiyyatda iz qoy, sonra belə göylə get. Əxlaqsız küçə adamından ömür boyu böyük yazıçı çıxmaz. Böyük ədiblərə dil uzatmaqdansa öz yaradıcılığınızla məşğul olun. Özünə reklam qazanmaq istəyirsənsə başqa vasitə seç. Böyük sözünü demiş ədiblərə əl dəyməyin. Çünki buna nə sizin nə də bizim ixtiyarımız çatmır. Çünki ədəbiyyat tarixinə adları qızıl hərflərlə yazılmış ədiblərə toxunmaq olmaz. Çünki onlara çatmaq üçün hələ çox var.

Dünən və bu gün Zəlimxan haqqında Feysbukda hamı yazdı, hamı pozdu- biri rəhmət dilədi ona, biri qınadı. Biri ona böyük şair dedi, digəri yaltaq, saray şairi. Bəziləri isə onu heç şair kimi də qəbul etmədiyini dilə gətirdi. Amma sağlığında şair özü etiraf etmişdi ki, ona yaltaq deyənlərin çoxusu özləri ona yaltaqlanırlar. Zəlimxan Yaqub yaltaq deyildi, yaltaq sizsiniz ki, bilinmir hansı məzhəbə quluq edirsiz, bilinmir kimsiz, nəçisiz. Bakı küləyi kimi gah bu yana, gah o yana əsirsiz. Üzünüzə tüpürüb hansısa qurumdan qovurlar, sonra yenidən ora yalvara-yalvara, dombalaq aşaraq, əyilib qayıdırsız. Yaltaq idi? Bəs siz kimsiniz? Arağa qulluq edən şəxslər nə vaxtdan söz sahibi oldular? Yaltaq idi? Bəs siz hansı sabundan istifadə edirsiniz?
Zəlimxan şair deyildi, düz deyirsən, yaltaq idi, tamam, rahat ol, dincəl!
Təki danışma, çərənləmə. Onsuzda sizə ancaq danışmaq qalacaq.
Amma ölüdən əl çəkin, qoyun sakit uyusun.
Zəlimxan Yaqub böyük bir məktəb qoyub getdi. O məktəb ki, siz istəsəniz də ömrünüzdə yarada bilməzsiniz, o məktəb ki, onun mahiyyətini və qiymətini heç vaxt anlamazsınsız. Çünki onun kimi insan bir daha bu dünyaya gəlməyəcək. O, başqa aləm idi.
Böyüklüyünü heç vaxt itirməyən ustad şairimiz, böyük insan Zəlimxan Yaqub,
Allah sənə rəhmət eləsin!


========================

Азербайджанскую литературу постигла тяжелая утрата. 9 января 2016 года на 66 – м году жизни скончался видный представитель современной азербайджанской поэзии и литературы, персональный пенсионер Президента Азербайджанской Республики, председатель Союза ашугов Азербайджана, народный поэт Залимхан Ягуб (Залимхан Юсиф оглу Ягубов).
В связи с кончиной народного поэта Азербайджана творческий коллектив Литературно – Культурного Общества «Шахрияр» в г. Москве выражает глубокие соболезнования семье и близким покойного.
Светлая память о народном поэте Залимхане Ягубе, известном общественном деятеле и отзывчивым человеке, всегда будет жить в сердце нашего народа.
ALLAH RƏHMƏT ELƏSİN !

Члены творческого коллектива
ЛКО «Шахрияр» в г. Москве :


Абдул Гусейнов, Солмаз Ибрагимова, Чингиз Гусейнов, Абузер Багиров, Алипанах Абушов, Васиф Мамедов, Ашраф Гусейнли, Аббас Алыев, Алиш Авез, Аскер Мамедов, Султан Мерзили, Мая Бадалбейли, Афаг Шыхли, Шамил Тагиев, Игбал Рустамов, Явер Гасан, Ровшан Алиев, Авез Ибаев, Нилуфер Шыхли, Махира Алиева, Конюль Ордубади, Яшар Сулейманлы, Назим Курбанов, Фариз Гаджиев, Асеф Гасанов, Ахлият Сафиев, Ельхан Гумбатов, Летиф Алназаров, Джалил Худавердиев, Назим Исмайлов, Валех Салех, Дилшад Зулфугарова , Тимур Шабанов, Радион Радионов и др.






.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: