eləcə də, Qadın Şairələrimizin NƏZƏRİNƏ:
Əziz və hörmətli qadın şairələrimiz!
Dəyərli xanım saz-söz ustalarımız!
Bildiyiniz kimi, artıq neçə vaxtdır ki,
2004-cü ildə "AŞIQ PƏRİ MƏCLİSİ"nin
yaranmasının 20 illik Yubileyi münasibətilə
nəşr etdiyimiz eyni adlı kitabının
yeni nəşrini çapa hazırlayırıq.
Artıq yekunlaşmaq üzrədir.
Yaxın zamanlarda kitabın çap olunması üçün
mətbəəyə təhvil verəcəyik.
Ona görə də, xahiş edirik,
"AŞIQ PƏRİ MƏCLİSİ" kitabıyla
bağlı materiallarınızı -
(1 ədəd foto-şəkil, tərcümeyi-hal və
təxminən 10 şeir),
eləcə də təklif və rəylərinizi
aşağıdakı E-poçtaya göndərməyinizi
xahiş edirik:
info@zim.az
və ya:
M-Borcali@mail.ru
Əvvəlcədən təşəkkür edir və Sizlərə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Dərin hörmətlə, Müşfiq BORÇALI.
MƏCLİSLƏR İNCİSİ - PƏRİ MƏCLİSİ
Yığıb ətrafına neçə sonanı,
Neçə saz çalanı, şeir qananı.
Melheme çağırır şamtək yananı,
Məclislər incisi, Pəri məclisi.
Teller mizrab altda yaya oxşayır,
Sesi zümzümeli çaya oxşayır.
Hayı Veten adlı haya oxşayır,
Məclislər incisi, Pəri məclisi.
Olubdu gül eşqi, bülbül nefesi,
Qarabağ, Kelbecer, Göyçe hesreti,
Neçe üreklerin qaçqın nalesi,
Məclislər incisi, Pəri məclisi.
Sona “Zarincısı” saz duasından,
Haqq verdi Qorqudun ozan varından.
Emanet qalıbdı Narınc Xatundan,
Məclislər incisi, Pəri məclisi.
Himində dayaqdi Buta qoşması,
Neçe qifilbendi, neçe açması.
Var anama benzer layla çalması,
Məclislər incisi, Pəri məclisi.
Sedaqet qeribdi, elini ister,
Qiblegah imanım Borçalım deyer,
Ruhumu saz–sözlə yurda döndərər,
Məclislər incisi, Pəri məclisi.
Sədaqət DİLQƏM,
Başkeçid-Belqorod.
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.