Bakıxanov qəsəbəsində qədim iki mərtəbəli binada yaşayan Məcnun İslamoğlunun iş başında sazın həzin səsini dinləyib içəri daxil olduq.
Bəli doğrudan da xalüqələr yaradan Məcnun İslamoğlunun sənətinin vurğunu olduq.
-Məcnun bey, Bu sənəti kimdən nə vaxt öyrənmisiniz?
-Bizim eldə baba və nənələrmizin nəvələrinə beşikləri başında laylalarını məhz sazın səsində duyduqlarımı ta qədimdən bizə miras qaldığını söyləmişlər.
Bu minvalla sazın o həzin incə səsinin necə çıxmasını və necə düzəldilməsini öyrənməyə başladım. Yalnız öz səyim nəticəsində az-çox bu sənətə nail olmuşam.
Məcnun, bey respublikamızda saz bəndləri barmaqla saymaq mümkündür,o sənətkarlardan sizi fərqləndirən cəhət hansılardır?
-Bilirsiniz, yaxşı sazbəndlər olması çox sevindiricidir.Bu sahədə gözəl sənətkarlarımızın adlarını məmnuniyyətlə çəkə bilərəm ki,onların düzəltdiyi sazlar evlərin,məclislərin yaraşığıdırlar. Onlardan aşıq Xudunu, aşıq Muradı, aşıq Qəzənfəri və başqalarını göstərə bilərəm.Hərənin öz dəsti-xətti olduğu kimi mənim də öz yolum,öz stilim var. Bunları bizlərdən saz alan insanlar daha yaxşı qiymətləndirə bilirlər.
Qədim Borçalı mahalının Bolinis rayonunun Qaratikən kəndindən olan Məcnun İslamoğlunun qonağı olduq. Əziz oxucular Məcnunun atası İslam kişi Borçalı mahalında Qannaloğlu nəsli kimi tanınmış böyük bir nəsilin davamçısı və yaradıcısı olmuşdur.O,çox gözəl qamətli,təmkinli el toylarının pəhləvanı olan Qaratikən İslamın qarşısına az adam çıxarmış. O, bütün toyların yaraşığı, məclislərin deyən,gülən, çalıb-oxuyanı olmuşdur. Onun səxavətli süfrəsi, ləngərli sayılıb-seçilən ağır kişilərdən biri olub. Qaratikən İslamın üç oğlu var. Onlardan biri yuxarıda adını çəkdiyimiz böyük oğlu Gəncədən oyana öz dəsti-xətti ilə el arasında sazbənd Məcnun İslamoğlu kimi tanınmışdır.Məcnun düzəltdiyi sazların xüsusi çəkisi və işarələri vardır. Yüz sazın içərisində onun sazını o an tanımaq mümkündür.Çünki,sazda olan incəliklər,səs diapazonu həznlilik onu dinləyənin ürəyinə hakim kəsilir.
Emalatxanada illərdən bəri yığılıb qurudulmuş tut ağacı,qoz ağacı səliqə ilə tərəcələrə illəri ilə seçilib yiğılmışdır.
Sazbənd Məcnun düzəltdiyi sazlara baxaraq bir daha Türk dünyasının böyüklüyünü onun möhtəşəmliyinin şahidi olduq.
Əziz oxucular, əgər sazbənd Məcnun İslamoğlu ilə Təmasda olmaq istəsəniz ona zəng vurub saz sifariş edə bilərsiniz.
Onun telefonlarını nəzərinizə çatdırırıq. 012 425 14 23 050 714 11 77
Bu yolda Məcnun İslamoğluna uğurlar diləyir əllərin var olsun deyirik!
Firudin ORUC,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.