XIDIR-NƏBİ BAYRAMINIZ MÜBARƏK!..

XIDIR-NƏBİ BAYRAMINIZ MÜBARƏK!.. Salam, əziz və dəyərli dostlar!..

Hər ilin bu günləri Ana Vətənimizin bir çox bölgələrində, xüsusilə də qədim Borçalıda və Naxçıvanda adət-ənənəyə dönmüş bir müqəddəs bayram da keçirdilir. "Xıdır Nəbi" bayramıdır bu bayram...

İllərin axarla keçməsinə baxmayaraq Borçalılılar, Naxçıvanlılar, eləcə də Qərbi Azərbaycandan köçən soydaşlarımız, hazırda harada yaşamasından asılı olmayaraq, hələ də bu müqəddəs günün özəlliyini və gözəlliyini qoruyub saxlamaqdadırlar...

Yaşlı nəsildən eşitdiklərimizə görə axşamdan qovrulan "qovurqa"dan sərib səhəri həsrətlə aşılışını gözləyərdilər. Sabahı gəlib görərdilər ki, atın nal izi qovurqaya düşüb.

Həmin evin adamları: "-Bu gecə "Xıdır (İlyas) peyğembər qonağımiz olub", - deyə sevinc hissi yaşayardılar... İnanclara görə isə həmin ilin o ailə üçün böyük xeyir, bərəkətli olacağı anlamına gəlirdi...

Bayramınız mübarək, dəyərli dostlar!..

Könül MƏMMƏDZADƏ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: