Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilibUstad Aşıq Hüseyn Saraclının anım günü keçirilib Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilibUstad Aşıq Hüseyn Saraclının anım günü keçirilib 2017-ci il aprelin 15-də Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində məşhur Ustad aşıq Hüseyn Saraclının anım günü keçirilib.

Gürcüstan Birləşmiş Aşiqlar İttifaqından ZiM.Az-a bildiriblər ki, tədbir ittifaqının sədri Xəlil Hüseyinov aşığın qəbrini ziyarət etməklə başlayıb.
Sonra Saraclı kəndinin mərkəzində ucaldılan aşıq Hüseyn Saraclının büstü önündə Borçalı şair və yazıçıları, ictimaiyyət nümayəndələri və kənd deputatı, çıxış edərək görkəmli Borçalı aşığı ilə bağlı xatirələrini söyləyiblər.

Borçalı aşıqlarından aşıq Neymət Hüseyinov, aşıq Şahid Geysərov, aşıq Ayaz İncəli, aşıq Məsim, aşıq Samir Goculu, Aşıq Alı Faxralı və başqaları aşıq mahnıları ilə ustad sənətkar aşıq Hüseyn Saraclını yad ediblər.
Tədbirdə sazsevənlər, Tiflisdən, Bakıdan, Marneulidən, Borçalı kəndlərindən gələn ziyalılar, Jurnalistlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aşıq Hüseyn Saraclının anım günü hər il ənənəvi olaraq aprelin ikinci ongünlüyündə keçirilir. Bu gün keçirilən tədbir sayca 27-cidir.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: