Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130 Bu günlərdə Tiflis şəhərinin Saburtala məhəlləsində
öz dövrünün tanınmış aşığı olmuş Dəllək Paşanın
130 illik yubileyi keçirilib.


Xatırladaq ki, Aşıq Dəllək Paşa (Paşa Güllü oğlu Dəlivəlli - Dəlivəlov) - 1887-ci ildə qədim Borçalı mahalının Barmaqsız (indiki Zalqa) rayonunun Ərcivan-Sarvan kəndində anadan olub. Bir müddət Ərcivan-Sarvanda yaşadıqdan sonra Tiflisin Saburtala məhləsinə köçüb, Tiflisdə və ətraf bölgələrdə - Msxeta, Kareli, Kaspi, Qaraçöp, Borçalının kəndlərində xalqımızın ölməz sənəti olan aşıq sənətini təbliğ edib, məclislər aparıb, eyni zamanda dəlləklik edibdir. O, Tiflisin 64 saylı məktəbində, 1 May klubunda və s. dəfələrlə konsertlərdə və şənliklərdə iştirak edibdir.
Dəllək Paşa 1976-cı ildə dünyasını dəyişib.

Yubileydə cıxış edən tanınmış yurnalist-yazıçı Əziz Dəlivəlli, ictimaiyyətin digər nümayəndələri, qohumlar və onu tanıyanlar aşığın həyatından və yaradıcılığından danışıblar.

Sonda aşığın ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: