Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!..

Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!..
Aşıq Hüseyn Saraçlının 100 illik Yubileyinə

Ustad Aşıq Hüseyn Saraçlının ölməz xatirəsi
hə­­­mişə hörmətlə yad edilir.
Onun 75, 80, 85, 90 və 95 illik yu­bileyləri
1991, 1996, 2001, 2006 və 2011-ci illərdə
Bakıda və Bor­çalıda böyük təntənə ilə
qeyd edilmişdir.

2011-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi Gürcüstan Azər­bay­canlıla­rının Mədə­niyyət Mərkəzi ilə bir­likdə filoloq-jurnalist Müşfiq Borçalının Us­tad aşı­q Hüseyn Saraclının 95 illik Yu­bi­le­yinə həsr olun­muş «Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri» adlı kitabını «Borçalı» nəşriy­yatı va­sitəsilə nəfis şəkildə oxucuların ix­tiyarına ver­mişdir.
(Kitabın məs­­ləhətçi: Gürcüstan Azərbaycanlılarının Mədə­niyyət Mər­­kəzi İdarə Heyə­tinin sədri Fazil Həsə­nov, Redak­toru: Gürcüstan Mədəniyyət, İncəsənət və Aşıqlar Bir­liyinin sədri Dərviş Osman, Rəyçilər: Filolo­giya elm­ləri dok­toru, professor Mahmud Al­lahmanlı və Filo­logiya elm­ləri namizədi, dosent Şakir Alba­lıyevdir.)
Bu kitabda görkəmli saz­-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yara­dıcılığı haq­qında ət­raflı mə­lu­mat verilmiş, aşı­ğın bö­yük oğlu İsfəndiyar Hə­sənovdan əl­də edilmiş və indiyə kimi heç harada çap olunmamış «Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri» adlı dastanı­, Azərbaycan Aşıqlar Birliyinin səd­ri, Xalq şairi Zəlimxan Ya­qubun «Aşıq Hü­seyn Saraslı» və şair Nizami Sa­raçlının Ustad aşı­ğa həsr etdiyi «Yalan ola ayrılıq!» poe­maları müəl­liflərin dilinə to­xun­ma­dan oxuculara təqdim edlmışdir.

Qarşıdan Ustad Aşıq Hüseyn Saraçlının 100 illik Yu­bileyi gə­lir.
Biz də bu kiçik yazı­mızı ölməz və həmi­şə­yaşar sənət­karı­mızın anadan olmasının 100 illik Yubi­le­yinə ərmə­ğan edir və bir daha «Allah rəhmət eləsin! Ru­hun şad ol­sun, Ustad!» - de­yi­rik!...
Müşfiq BORÇALI.

* * *

Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!.. XX əsr Azərbaycan Aşıq sənətinin ən məşhur nü­ma­yəndələrindən biri, görkəmli saz-söz ustadı Aşıq Hü­seyn Saraçlı 1916-cı ildə qədim Borçalı mahalının Bol­ulus (indiki Bol­nisi) rayo­nun­dakı Saraçlı kəndində tanınmış el ağsaqqalı Qurban ağanın* oca­ğında dün­yaya göz aç­mışdır. O, hələ kiçik yaşla­rın­dan saz-söz sə­nətinə meyl gös­tərmiş, əvvəlcə Saraçlı Aşıq İsmayılın şagirdi ol­muş, son­ra isə Borçalının azman sənətkarlarından olan Aşıq Quşçu İb­rahimin, Saraçlı şair Hü­­seynin və Fax­ralı şair Nə­bi­nin yanında kamilləşmiş, Şair Ağa­can­dan, Qul Al­lah­qu­ludan, Aşıq Bayramdan və Borçalının başqa şair və aşıq­ların­dan mü­kəm­­məl dərs almışdır. Elə o vaxtdan da el-el, oy­­maq-oymaq gəzmiş, Borçalıda, Göyçə ma­halın­da, Də­mirqapı Dər­bənddə, Ba­kıda, Nax­çı­van­da, Şirvan­da, Mildə, Mu­ğanda, Qarabağda, Azər­bay­canın daha bir sıra ra­yonla­rında, Qırğı­zıs­tanda, Öz­bəkistanda, Türkmə­nistanda ağır məc­lislər yola sal­mış­dır. Özünün hələ sağlı­ğın­day­kən dediyi kimi, hər dəfə də məclis əhli ilə üz-üzə gə­ləndə mənən cavan­la­şıb. Necə deyərlər, yorğunlu­ğu bir növ rahatlıq olub. Hə­mişə də 11 telli sazını si­­nə­sinə sı­xıb, «Aşıq el ana­sıdı, gərək həmişə elin içində olsun», - söy­ləyib. İs­te­dadlı alim-jurnalist bacımız Şə­rəf xanım Cə­lil­li de­miş, Aşıq Hüseyn on dörd şəyirdi ilə sazı sinə­sinə sı­xanda qışın qarın­da-boranında Qara­qayada gül bülbülü, bül­bül gülü ça­ğırır­dı...
Ustad Aşıq Hüseyn Saraçlının on dörd şəyirdi olub. On­lar­dan Əhməd Sadaxlı, Məhəm­məd Sadaxlı, Nü­rəd­din Qa­sım­lı, Sədi Ulaşlı, Aşıq Murad və b. el içində xü­susilə sayılıb seçilən aşıq­­lardandır.
Bəli, Allah ona - Ustad Aşıq Hüseyn Saraçlıya altı öv­lad ver­mişdi: üç oğlan - İsfəndiyar, Abbas, Əli; üç qız - Şəhriyar, Zərnigar, Mehriban
Amma 14 şəyirdinin heç birini doğma övladlarından ayırmazdı…
Aşıq Hüseyn Saraçlı, sözün əsl mənasında, yaradıcı aşıq-sənətkar idi. O, təkcə gözəl saz çalıb-oxuması və nəcmələr, şeirlər qoşması ilə deyil, həm də yeni saz ha­vaları və dastanlar yaratmaqda, eləcə də həmin ha­vaları ifa etməkdə və dastan danışmaqda da Azər­bay­can aşıq sə­nətində əvəzsiz idi. Aşıq Hüseyn Saraçlı «Qızıl das­tan», «Kə­rəm Burc­oğ­lu» das­tan­la­rını, «Bağdat du­beyti», «Qür­bəti-Kə­rəm» və s. saz ha­valarını yaradıb. «Koroğlu» dastanının «Zər­nişan xanımın Çən­li­be­lə gə­ti­ril­­məsi»«Bolu bəy və qoç Koroğlu» qol­ları ilk dəfə məhz Aşıq Hüseyn Sa­raçlı söyləməsində qələmə alı­nıb.
Görkəmli Xalq şairimiz, tanınmış professor Bəxtiyar Vahabzadə yazır:
«Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi das­­­­­­­­­tan­ları dinlə­mi­şəm. Xüsusən Aşıq Ələsgərin Gəncə sə­fərini us­tad aşıq elə bədii və obrazlı danışır ki, və­ziy­yət teatr tama­şa­sı kimi gözümüzün qarşısında can­lanır. Elə bil gözəl bir ope­raya baxırsan. Bu operanın re­jissoru da o özüdür, dirijoru da, ifa­çı­sı da, müşayiət edə­ni də. Eyni zamanda o, həm libretto müəllifidir, həm də bəs­təkar.
Məsələnin əsl tərəfi aşığın danışığındakı deyim tər­zin­dəki təbiilik və səmimilik, şirinlik və gözəllikdir. Onun di­lin­dəki «Bizi borana qırdırma», «A çıran keç­sin», «Ağzı qır­qo­vullu gəlmisən», «Yel vurub yengələr oy­nayır», «Ağzımı bo­za vermə» kimi xalq deyimləri tə­bii olduğu qədər obrazlı, obrazlı olduğu üçün də də­qiq­dir, təsirlidir».

Bu «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya»-ya qədəm qoyan gündən şifahi xalq ədəbiyyatımızın söz xəzi­nəsinə öz töhfəsini bəxş edən Aşıq Hüseyn Saraçlı yüzlərlə şeir, qoşma, təcnis, gəraylı, müxəmməs, dodaq­dəy­məz, qıfıl­bənd və onlarla dastanın müəl­lifidir. Onun ilkin tədqiqatçı­la­rın­dan olan Süleyman Əfəndi (Süley­man Süleymanov) sə­nətkarın 60 illik yubiley təntə­nə­lərində ona «Gürcüstanın Əmək­dar mədəniyyət iş­çi­si»** fəxri adı veriləndə, nəinki onun haqqında bədii-sənədli kinofilmə ssenari yazıb Gürcüstan tele­viziyasının mavi ekranında aşığa şöhrət qazandırmış, həm­çinin ustad aşı­ğın hələ sağlı­ğındaykən külliyyatını topla­yıb ədəbiy­yat­şünas-alim, şair Əflatun Saraçlının redaktorluğu ilə «Ya­zıçı» nəşriyyatına təqdim etmişdir. Şeirlərindən nü­munə­lər «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), «Ağır elli Bor­­çalı» (Bakı, 1990; Ərzurum, 1996), «Aşıq Pəri məclisi. Aşıqlar. El şairləri» (Bakı, «Ya­zıçı»,1991) ədəbi məc­muə­lə­rin­də, «Azərbay­can» jur­nalında və bir sıra dövri mətbuat or­qan­larında, xüsusilə də «Cürcüstan» (əvvəllər «Sovet Gürcüstanı») və «Bol­nisi» (əvvəllər «Qələbə bayrağı») qəzetlərində işıq üzü gör­müş, «Mən», «Sazım», «Xalqı­mızın», «Ol­­maz-ol­maz», «Gö­zəl­dir» və s. kimi şeirləri neçə-neçə illər­dən bəri dillər əzbəri olan ustad­ sənətkarımız Aşıq Hüseyn Saraçlının ilk kitabı - «Şeir­lər, söylə­mə­lər» nəhayət ki, yalnız ölü­mün­dən beş il sonra, 1992-ci ildə Bakıda «Yazıçı» nəşriyyatı tərə­fin­dən ox­ucuların ixti­yarına ve­ril­miş­dir.

Redaktorun «Ön söz»də qeyd etdiyi kimi, bu kitab usta­dın yaradıcılığını tam əhatə etməsə də, mərhum sə­nətkarın sənət xəzinəsindən insanlara yadigar qalmış bir çələngdir. Qocaman el sə­nətkarının qoşma, gəraylı, di­vani, müxəmməs və deyişmələriylə yanaşı, onun el-oba məclislərində, şən­liklərdə, radio və televiziya veri­liş­lə­rində söylədiyi qaravəl­li­lərin, maraqlı əhvalat­ların və folklorumuzun incilərindən sa­yı­lan dastanların da da­xil edildiyi həmin çələng ustadın «Ad­danıram mən» şeiri ilə açılır:

Əlimə alanda sədəfli sazı,
Elə bil səfərə atdanıram mən.
Gah Koroğlu kimi çəkirəm nərə,
Gah da Kərəm kimi oddanıram mən.

Arzular ürəkdə qol-qanad atır,
Nəğməli sinəmdə yüz dastan yatır.
Elə ki sevənlər muraza çatır,
Sevincə bürünüb şaddanıram mən.

Əzəldən bir şirin dilə vuruldum,
Sazımda səslənən telə vuruldum.
Bu doğma obaya, elə vuruldum,
Hüseyn Saraçlı addanıram mən.

Kitabdan da göründüyü kimi, ustad sənətkar təkcə klassik aşıq poeziyasının ifaçısı de­yildi, o, həm də bir çox gözəl, oynaq, axıcı, təsirli qoşmalar, gəraylılar, mü­xəmməslər müəl­­­­lifi idi. O, bu Zirvəyə heç də asanlıqla nail olmadığını, bu Zirvəyə qalxan yolların, xüsusilə də sənət və zəhmət yollarının çətin, mürəkkəb və müx­tə­lifliyini öz şeirlərində dönə-dönə vur­ğulayır:

Aman lələ, tanıyıram yolları,
Bu yol mənə ərən yolu, ər yolu.
Biri xeyrə, biri şərə çağırar,
Allah yolu, iblis yolu, şər yolu.

Nəyə lazım sandıq dolu xəzinə?
Qızıl üstə qızıl ilan gəzinə.
Mən düşmüşəm həqiqətin izinə,
Gərək deyil sərvət yolu, zər yolu.

Hər bir kəsin əməli var, işi var,
İştahı var, tamahı var, dişi var,
Aşiqlərə meydan verən kişi var,
O göstərər bəndəsinə hər yolu.

Saraçlıyam, yaralarım bitişər,
Can bağında şux bülbüllər ötüşər.
Bir gün gedib Yaradana yetişər,
Sənət yolu, zəhmət yolu, tər yolu.

Aşıq Hüseyn Saraçlı daha sonra isə özünü oxucuya belə təqim edir:

Məni ulu dərgahına çağıranda ol Xuda,
Dedi, gərək qonağını dilləndirə, oxuda,
Ağam gəldi, mətləb aldım, mətləb verdim yuxuda,
Məhəbbətin dəftəriyəm, sevginin kitabıyam.

Doğma elim Borçalıdı, Saraçlı kəndim mənim,
İtməz huşum, çaşmaz ağlım, pozulmaz zəndim mənim,
Telli sazdı uçmaz qalam, dağılmaz bəndim mənim,
Özüm ulu, yaşım qədim, min ilin hesabıyam.

Bu, eləcə də «Dünyada», «Görmüşəm», «Gə­rək», «Sayır» və s. şeirləri Aşıq Hüseyn Saraçlının sözün əsil mənasında layiqli sənətkar - saz-söz ustası olmasını sü­but edir. Şair-aşı­ğın xalq ruhlu bu qoşmalarında, gəray­lılarında, müxəmməslərində saza, sözə hörmət, el-obaya, insanlara məhəbbət, yurd sev­gisi, vətənpərvərlik və dost­luq duyğuları həvəslə tə­rənnüm olunur.

Aşıq Hüseyn Saraçlı doğma Borçalımızın dünənini və bu gününü, sevincini və kədə­rini, acrı və acılarını, bu­ra­da yaşayan yurddaşlarımızın, vətənpərvər və qo­naq­pər­vər soydaş­larımızın tarixi qəhrəmanlıqlarını böyük bir poe­tik ustalıqla qələmə alır, sanki bir rəsam fırçası ilə Borçalımızın əsrarəngiz gözəlliklərinin rəsmini çəkir:

Qan-qan deməz, can-can deyər, dosta verər canını,
Dodağımda çiçək açıb, dilimdədi Borçalı.
Min illərdi ürəyimdə yaşadıram saz kimi,
Barmağımda, mizrabımda, telimdədi Borçalı.

Tarix yazan mürəkkəbdi, dastan yazan qələmdi,
Sevinci az, kədəri çox, daşıdığı ələmdi,
Bu yollarda mən Kərəməm, o da mənim Lələmdi,
Ocağımda, atəşimdə, külümdədi Borçalı.

Gör nə qədər odu sönmüş odumdan od apardı,
Dəyişdirdi adımızı, adımdan ad apardı,
Mən səpdim, mən becərdim, mən biçdim, yad apardı,
Başı üstə zalımlar var, zülümdədi Borçalı.

Ağrılarda, azarlarda canı sökülüb gedir,
Zamanından tez qocalır, qəddi bükülüb gedir,
Ovcumuzda tutammırıq, qumtək tökülüb gedir,
Ürək edib deyəmmirəm, əlimdədi Borçalı.

Quranın ayəsi kimi müqəddəsdi, müqəddəs,
Hər gün Borçalı deyir içərimdən gələn səs,
Aşıq Hüseyn Saraçlıya həmi candı, həm nəfəs,
Dua kimi axşam-səhər, dilimdədi Borçalı.

Klassik aşıq poeziyasında olduğu kimi, aşıq Hüseyn Sa­raçlıda da sevgi, məhəbbət motivləri güclüdür. Mə­həb­­bətsiz həyatın boş və mənasız olduğunu başa düşən sənətkar hə­mişə öz dinləyicilərini sevgi, mə­həbbət yo­lunda hər cür əzab-əziyyətə qatlaşmağa çağırardı. Onun «Gəlmədin» mü­xəm­məsində, eləcə də «Yenə», «Gələ­rəm», «Gəlmədin» və s. kimi qoş­ma­larında daim insanı ucaldan məhəbbət duy­ğu­ları aydın görünür.

Məhəbbət dərdinə dərman diləsə,
Məcnun tək dağları gəzərəm yenə -

- deyən ustad sənətkar oda düşüb atəşlərdə yansa be­lə, bu haqq yolundan əl çəkmə­yəcəyini söyləyirdi. O, mə­­həb­bətə, gözəlliyə Məcnun tək vurulduğunu «Gələ­rəm» rədifli qoşmasında belə bildirirdi:

...Doymamışam məhəbbətdən, gözəldən,
Gözəlliyin aşiqiyəm əzəldən.
Payız vaxtı üşüyəndə xəzəldən,
İsinməyə ocağına gələrəm.

Saraçlıyam, talasan da canımı,
Atəşlərə qalasan da canımı,
Cəllad olub sən alsan da canımı,
Cənnət deyib qucağına gələrəm.

Ustad aşığın «Görmüşəm» şeirində isə oxuyuruq:

Yoxdur əzəlindən ömrün vəfası,
Çox boşalıb, çox da dolan görmüşəm.
Əlvan bənövşəli, laləli, çöllü,
Xəzəl olub birdən solan görmüşəm.

Aşıq Hüseyn Saraçlının «Olmaz-olmaz» sərlövhəli şeiri neçə illərdir ki, Borçalı gənclə­rinin təlim-tər­biy­yə­sinə əhə­miy­yətli dərəcədə böyük təsir göstərir:

Halal tut mayanı həmişə, oğul,
Haramlıqla dövlət-mal ola bilməz.
Əyri gözlə baxsan özgə şanına,
Boş qalar pətəyin, bal olmaz-olmaz.

Mərifətlə giriş tutduğun işə,
Söz gərək ağızdan çıxmamış bişə.
Bağında gül-çiçək bitər həmişə,
Tikan yarpağından gül olmaz-olmaz.

İbrət götür Saraçlının sözündən,
Müxənnətlər düşər elin gözündən.
Pəhləvan olsan da, demə özündən,
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz.

Sevimli Xalq şairimiz, tanınmış ictimai xadim, Azər­­­baycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub ölməz sə­nətkarı «Ulu ozan» adlan­dırmış, «Həyatıma xoş gəl­din, Ozanlar ozanı! Dədələr sirdaşı, lələlər yol­daşı, igidlər qardaşı!» - söyləmiş, onun haqqında «Hü­seyn Saraçlı dastanı» (Bakı, «Peda­qo­gika», 2007) adlı ol­­duqca san­ballı və dəyərli bir kitab yaz­mış və nəfis şə­kildə nəşr etdirmişdir. Həmin kitabda oxuyuruq:

«Qadir Allah elə bil ki, Aşıq Hüseyn Saraçlını bu dün­yaya hazır aşıq libasında gətirmişdi. Uca boyu, düz qəddi, incə beli, enli kürəyi, şəvə, qara eşmə bığları, səliqəli, gü­müşü saçları, çopura çalan qara sifəti, açıq alnı, qonur gözləri, incə yerişi, ağayana duruşu, turş­məzə, baldan şirin danışığı, buxara papağı, sala­ma, gümüş kəməri, par-par pa­rıldayan qara, xrom çəkməsi, Trabzon tütünündən dolu tənbəki qutusu - ha­mısı bir yer­də ona xüsusi yaraşıq və gözəllik verirdi. Özü de­mişkən, ilahinin əlinin boş, meyli­nin xoş vax­tına dü­şüb kişilərin gözəli kimi onu qüdrət qələmin­nən çək­mişdi. Al­lahın əziz bəndəsiydi. Tanrı onu xoş gündə, xoş saatda dünyaya gətirmişdi.

Ona görə də ozanların, ustadların getdiyi yolun yol­çu­suna çevriləndə Allaha doğru əl açdı, sö­zü­nü dedi. Allah da ondan bir sənətkar kimi heç nəyi əsir­gə­mə­di.»

Tanınmış tədqiqatçı Kərəm Nəbiyevin «Borçalı» jur­­nalında dərc etdirdiyi «Onun haqqında az-çox bil­­­dik­lərim­dən» sərlövhəli mə­qalə­sin­də qeyd etdiyi ki­mi, Hüseyn Sa­raç­lı sənətində bir sufilik yö­nümü də var. Axı, hələ XIII əsr­də ya­şamış sufi şair Mövlanə Cə­laləd­din Rumi, onun yol­çula­rından Yu­nis İmrə, Nəsimi insan­ların ruhunu, əməlini hər cür çə­tin­liklərdən təmiz­ləmə­yin və onların haqqa, ila­hiyə ya­xın­laş­masının bir yolunu da musiqidə və onun təra­nə­ləri altında qəzəl və qəsidə­lərin oxunmasında görürdü. Tə­sadüfi deyildir ki, XVI-XVIII yüzillərdə sufilərin mövlə­viyyə qolundan fay­dalanan bir çox sənətkar aşıqlar in­cidil­sələr də, sufi aşıq ki­mi tanınmış, böyük ad-san qa­zan­mış­dılar. Aşıq Hüseyn Saraçlı da məhz belə yolun yol­çularından idi. O, «Dün­yada» qoşma­sında deyir:

Yemək dostu bil ki, nanı itirər,
Şöhrət dostu başa qaxınc gətirər.
Ürək dostu mətləbini bitirər,
Dar günündə verər canı dünyada.

Aşıq Hüseyn Saraçlı ömrü boyu sağlam ünsiyyətli, də­yanətli, etibarlı dost harayında idi. O, hər yetənə dost de­məz­di. Dostluğu çox müqəddəs saydığından dostu se­çərkən, onu taparkən insanları ağıllı və tədbirli olmağa çağırırdı:

Ürək dostu tək-tək olar dünyada,
Yaxşı dostu seçən hanı dünyada.
Yaxşı dostun ürəyimdə yeri var,
Bekar dostun nə çox sanı dünyada.

Yazıçı Əzim İsmayıllı yazır: «...Dostluq və yol­daş­lıq­da səda­qətli, sənətdə isə tə­va­zökar olan Aşıq Hüseyn Saraçlı heç vaxt, heç kəslə kin saxlamaz, hə­mişə qar­şısındakı adama və ya sənətkara üstünlük ver­mə­yə ça­lışardı. Şahidi olduğum bir hadisəni xatırlamaq yerinə düşərdi. «Çeşmə» ədəbi məcmuəsinin «El sənətkarları» bölmə­sin­də Aşıq Hüseyn Saraçlı bi­rinci, Aşıq Əmrah Gülməm­mədov isə ikinci veril­miş­dir. Aşıq Hü­seyn təkid etdi ki, gərək Aşıq Əmrah birinci veriləydi, mən ikinci. Ustad Əmrah cavab ver­di ki, əgər saz-söz olsay­dı, əl­bəttə, mən öndə get­mə­liy­dim. İndi ki, söhbət söz-saz­dan gedir, sənin sözünə-kəlamına kim nə deyə bilər? Bax, beləcə Borçalının iki sənət dühası bir-birinin könlünü alıb, mənim də xətrimə dəy­mə­dilər. Aşığın hazırca­vab­lığına, sözü yerin­də sər­rast de­məsinə, ən qarışıqlı məc­lisi bir kəlmə ilə ələ al­masına, yalnız Borçalının de­yil, Azər­baycan və dün­ya aşıq sənəti bilici­lə­ri­nin söz xə­zinəsini sinədəftər etmə­sinə kimin şübhəsi ola bi­lər­di...»

Bütün ilhamını xalqdan alan, el-obanın adət-ənənəsi ru­huna qonan mərhum sənətkar Aşıq Hüseyn Saraclı adamın gözündə bir folklorçu aşıq kimi də canlanır. Onun yazdığı gəraylıların («Qo­ca­lığım», «Dədə Şəm­kir», «Bulaq», «Elə gedər» və s.) ru­hunda xalq yara­dıcılığı gözəl duyulur. Sadə və oynaq dildə yazdığı «Dağ­larda» adlı gəraylısında xalqın dağ-aran köçü, yay­laq ovqatı, el məclisləri çox gözəl gös­tə­rilib:

Köç eyləyər yenə aran,
Haray qopar bu dağlarda.
Neçə məclis, neçə külfət
Çadırlanar bu dağlarda.
Kəkliklər ötər yazınan,
Bülbül ötər avazınan,
Saraçlı da öz sazıynan
Qanadlanar bu dağlarda.

Ustad sənətkarın kitabında özünə yer tapmış diva­ni­lərdən «Çəkər» xüsusilə maraqlıdır:

Adam var ki, insan kimi
Yaşamağa can çəkər,
Əyri yoldan üzü dönməz,
Doğru yolda qan çəkər.

Adam var ki, heç açılmaz
Başı dava-şavadan.
Desələr ki, nanəcibsən,
And üçün Quran çəkər...

Hüseyn Saraçlının yaradıcılığında aşıq poeziyasının çox maraqlı və geniş yayılmış qollarından olan deyişmə də diq­qəti cəlb edir. Onun Aşıq Şəmşirlə, türk aşığı, la­diqarstanlı İs­lam­la, istan­bullu Qul Mehdi ilə, həm­yer­li­ləri Əflatun Saraçlı Nizami Saraçlı ilə, kəlbə­cərli Də­mirçi Ab­basla de­yişmələri aşığın bir ustad kimi ba­ca­­rı­ğını, istedadını, dünya­görü­şünü və biliyini tamam-ka­mal aşkar edir.
Əvvəlcə Aşıq Hüseyn Saraçlının Aşıq Şəmkirlə de­yiş­məsinə diqqət yetirək:

Aşıq Hüseyn Saraçlı:
Havalandı dəli könlüm,
Kəlbəcərdə, Dədə Şəmşir!
Qocalırsan, necə dözüm,
Belə dərdə, Dədə Şəmşir!

Aşıq Şəmşir:
Yeriniz var göz üstündə,
Kəlbəcərdə, ay Saraçlı!
Arxamızda zirvələr var,
Düşmə dərdə, ay Saraçlı!

Aşıq Hüseyn Saraçlı:
İnsanlıqda mehirlisən,
Aşıqlıqda sehirlisən,
Səməd Vurğun möhürlüsən,
Huşda, sərdə, Dədə Şəmşir!

Aşıq Şəmşir:
Şər işlərdə izimiz yox,
Yerə düşən sözümüz yox,
Sənətkarıq, gözümüz yox,
Pulda, zərdə, ay Saraçlı!

Aşıq Hüseyn Saraçlı:
Bu dünyada möhlət azdı,
Xudam özü belə yazdı,
Umudumuz telli sazdı,
Belə yerdə, Dədə Şəmşir!

Aşıq Şəmşir:
Eşqi qəlbimin təpəri,
Borçalıdan ver xəbəri,
Qoy ucalsın «Süsənbəri»,
Pərdə-pərdə, ay Saraçlı!

Aşıq Hüseyn Saraçlı:
Borçalı bir ağır eldi,
Saz qanımda daşan seldi,
Oylaqları Çənlibeldi,
Mərddi mərdə, Dədə Şəmşir!

Aşıq Hüseyn Saraçlı deyişmələrində qıfıl­bənd, bağ­lama, ustad­na­mə, dodaq­dəyməz, hərbə-zorba ki­mi çeşidli şeir növlərini us­talıqla işləmiş və deyişmə zamanı üs­tünlüyünü heç vaxt əldən ver­mə­mişdir. Həmin de­yişmə­lərdən başqa birinə nəzər yeti­rək.

Aşıq İslamın:

Cəbrin zindanında zira dəst olan,
Çarxın çəpərindən keçməyən bilməz.
Yetən olmaz od mövlanın sirrinə,
Fanidən baqiyə keçməyən bilməz.

-sözlərinə görün Aşıq Hüseyn Saraçlı necə cavab ve­rib:

Kim deyər şirindi, kim deyər acı,
Eşqin badəsini içməyən bilməz.
Kim deyər asandı, kim deyər çətin,
Ustad kürəsində bişməyən bilməz.

Ustad Aşıq Hüseyn Saraçlının doğma eloğlusu, ta­nın­mış şair Nizami Saraçlı ilə 1985-ci ildə qə­ləmə alın­mış deyiş­mə­si də olduqca maraqlıdır:

Şair Nizami Saraçlı:
Yetmişində qırğı kimi ötən dost,
Fikir vermə bu dünyada yaşa sən.
Bel bükülməz, diz titrəməz, əl əsməz,
Bundan belə yetmiş il də yaşasan.

Aşıq Hüseyn Saraçlı:
Bağban gülər bağçasıyla, bağıyla,
Borclu olma ömürə sən, yaşa sən.
Zülmü boğdum çarığımın bağıyla,
Dərdim yoxdur yetmiş il də yaşasam.

Şair Nizami Saraçlı:
Ötən günə çox deyibsən qar, a qar,
Dağ başında mehman olub qara qar.
Baxtımıza qoy yağmasın qara qar,
Bu sinində dözəmməzsən yaşa sən.

Aşıq Hüseyn Saraçlı:
Mən itirdim tər yanağı, tər gülü,
Qoy sulasın yanağın da tər, gülü.
Üzdə solar, içdə açar tər gülü,
Bənzəyirik quruya mən, yaşa sən.

Şair Nizami Saraçlı:
Sən itirdin, mən də tapdım, yarıyıq…
İkimiz də Saraçlının yarıyıq.
Nəyin vardı yarı payla, yarı yığ,
Eh, məni də qocaldacaq yaş asan…

Aşıq Hüseyn Saraçlı:
Saraçlıyam, könlün mənə imrəndi,
İmrən bala, imrən quzum, imrən di.
Məndə bu saz, səndə qələm imrandil,
Mən qocaldım, bunnan belə yaşa sən.

Bəli, «Ustad kürəsi»ndə bişmiş Aşıq Hüseyn Saraç­lının ki­tabında özünə yer tapmış dörd qaravəlli də («Ke­çəl­nən ­kosa», «Dəvə, tülkü, bir də keçi», «Təhnə də qa­layla­narmı?» və «Fil sağaltmaq»), deyişmələri kimi, bir-birindən maraqlı, gülməli və düşündürücüdür.
Kitabı vərəqlədikcə bir daha aydın olur ki, yuxarıda artıq qeyd etdiyimiz kimi, Hüseyn Saraçlı aşıq yara­dı­cılığında ge­niş yayılmış dastan janrına da həmişə böyük maraq göstər­mişdir. O, yaxşı bilirdi ki, toy nişan məclis­lərində, ağır el yığnaqlarında xalqın bədii zövqünü ox­şamaq, onun tarixi qəhrəmanlarından, ulu keçmişindən söhbət açmaq üçün dastan söyləmək daha uğurlu yoldur. Buna görə də, Hüseyn Saraç­lı qədimdən bəri olan qəh­rəmanlıq və məhəbbət das­tanları­mızı - «Əsli və Kə­rəm», «Koroğlu», «Yusif və Zü­leyxa», «Qaçaq Nəbi» və s.-ni dərindən mənimsəmiş, onların mahir ifaçısına çevrilmişdi.
Tədqiqatçı Kərəm Nəbiyevin məqaləsində çox doğ­ru olaraq qeyd edildiyi kimi, dastan danış­maqda, məclis apar­maq­da Aşıq Hüseyn Saraç­lı bənzərsiz sənətkar idi. O, elə güclü sə­nətkar idi ki, bildiyi dastanları heç vaxt olduğu kimi da­nışmazdı. Həmişə dastanın dilini şirin­ləşdirməyə çalışar, hətta yeri gələndə bəzən ona gözəl əla­vələr də edərdi. Biz onun «Əsli-Kərəm» dastanına dəfələrlə qu­laq asmı­şıq. O, dastanda Kərəm yanğısından da­nışarkən əlavə edərdi ki: Deməzsənmi bir gün Kə­rəmə de­yirlər, sən haqq aşığısan, elə oxu ki, göydə ge­dən durna sənin ahın­dan dayansın və qanadından bir lə­lək salsın. Kərəm götürüb elə qəmli və yanıqlı hava oxu­yur ki, o saat durna dayanır və onun qanadından bir lələk düşür.

Aşıq Hüseyn Saraçlı «Koroğlu», «Qaçaq Nəbi» və başqa das­tan­ları da­nı­şanda da uyarlı əla­və­lər edərdi. Bax, Aşıq Hü­seyn Saraçlı be­lə yaradıcı sənətkar idi. O, nəin­ki özü­nəqədərki dastan­ların ma­hir ifaçısı idi, həm də das­tan yazan sənətkar idi. Bunu ustadın kitabında özünə yer tapmış dastan və əh­va­latlar da («Zərnişan xa­nımın Çən­­libelə gətirilməsi», «Gür­­cü qızı­nnan Qa­çaq Kə­rəm», «Aşıq Şenniyin Borçalı sə­fəri», «Mehdi bə­yin dastanı», «Cahan­girnən Mələksima das­tanı», «Şair Ağa­canın Ər­zurum səfəri», «Aşıq Ələsgərin sə­fəri», «Aşıq Ələh­vər­nən şəyirdi Aşıq Qara əhvalatı») sübut edir. Onu da əla­və edək ki, Aşıq Hüseyn Bozal­qanlı demiş­kən, dastan da­nış­maq, məclis aparmaq Aşıq Hü­seyn Saraçlı bo­yu­na biçil­mişdi...
...1985-ci ilin yaz günlərinin birində Bağdaddan Aşıq Hü­seyn Saraçlıya xurma gön­dərirlər. Xurmanın içindən iki qu­lac uzun­lu­ğunda qadın saçı çıxır. Aşıq Hüseyn Sa­raçlı xurmanı gö­­türüb sevimli eloğlusu, Borçalının is­te­dadlı şairi Nizami Saraçlının yanına gətirir. Zaman-za­man Təbriz həsrə­tində qovrulan Nizami Sa­raçlının qəl­bini od götürür. Dər­dini, hicranını Araz, Güney nis­ki­linə qatıb, üzünü Aşıq Hü­seyn Saraçlıya tutur, «Bağ­dad­dan gələn sovqat» (Dedim, dedi) sərlövhəli şeirini söy­ləyir. Son­­ralar «Qə­lə­bə bay­rağı» qəze­tində çap olun­muş hə­min şeirdə oxuyuruq:

Dedim: Aç boxçanı ay ustad görək,
Nə sovqat göndərib o Bağdad qızı?
Dedi: Öz saçını büküb xurmaya
Bir damət göndərib o Bağdad qızı!

Dedim: Ölçdüm saçı, iki qulacdı,
Dedi: On iki min dərdə əlacdı.
Dedim: Hüseyn əmi, bu necə saçdı, -
Bir sərvət göndərib o Bağdad qızı!

Dedi: Öz sazımın itmiş simiydi,
Gəzirdim mən onu neçə iliydi.
Oğul, Hüseyn əmin ölha-ölüydü,
Bir möhlət göndərib o Bağdad qızı!

Dedim: Keçəmməzsən hayıf izindən,
Dedi: Qoy bir öpüm saçın üzündən.
Dedi: Sevir səni, öz sevgisindən,
Əlamət göndərib o Bağdad qızı!

Dedi: Yadımdadı o şux qəzəllər,
Dədə Füzulidən oxuyan dillər.
Mənim zinətsizdi sazım əzəllər,
Bir zinət göndərib o Bağdad qızı!

Dedim: Heç unutmaz el əməyini,
Dedi: Oğul bala, yaz diləyimi.
Dedim: Saç adıyla öz ürəyini,
Əmanət göndərib o Bağdad qızı!

Nizami Saraçlı «Yalan ola ay­rılıq...» poemasını da ustad Aşıq Hüseyn Saraçlıya ithaf etmiş və «Gürcüstan» qəzetinin 16 aprel 1988-ci il tarixli nömrəsində dərc et­dirmişdir.
Gürcüstanın «Şərəf» ordenli Əməkdar jurnalisti, Bor­çalının el ağsaqqalı, tanınmış şair-tərcü­məçi Dün­yamalı Kə­rəm isə Ustad Aşıq Hüseyn Saraç­lı­nın xatirə­sinə həsr etdiyi «Yaz vədəsində» sərlövhəli şeirini belə baş­layır:

Ozanlar ozanı, məclislər şahı,
Susmaq yaraşarmı yaz vədəsində?
Ağır yığnaqların, a söz sərrafı,
Qədrini bilmədik biz vədəsində***.

Ağır elli, qədim saz-söz diyarı Borçalı mahalının məş­­hur sənətkarı Aşıq Əmrah Gül­məm­mədovun vəfa­tın­dan düz 40 gün sonra, Gürcüstan Respublikasının Əmək­­dar mədə­niyyət iş­çisi Aşıq Hüseyn Saraçlı 1987-ci il aprelin 19-da ömrünün 71-ci baharında dünya­sını də­yiş­di. Beş övladı, 24 nəvəsi, 9 nəticəsi, neçə-neçə dastanları, onlarla saz havaları, yüzlərlə şeirləri - qoşmaları, müxəmməsləri, təcnisləri, dodaqdəyməzləri və s. qaldı.
Saz-söz dün­yamız bir USTAD aşığını da itrdi...
Elə həmin gün Ustad aşığın Vida mərasimində se­vim­­li şairimiz Zəlimxan Yaqub bu sətirləri söylədi:

İstər alış, istər tutuş, istər yan,
Torpaq altda cahan canlar apardı.
Çox oğullar köç elədi dünyadan,
Sinəsində çox dastanlar apardı.

Köç günüdü, ay obalar, ay ellər,
Çox sevdiyi bir havanı çaldırın.
Qoy boşalsın dolu gözlər, könüllər,
Onu yerdən «Mansırı»yla qaldırın.

Xəbər verin səs yetişsin hər yana,
Bizi Ləlvər, Lök, Ağlağan dinləsin.
Saraçlını tapşırırıq torpağa,
Qoca dağlar qəmli dastan dinləsin.

Saraçlını tapşırırıq torpağa,
Dərə, ağla, təpə, ağla, düz, ağla.
Qaynar bulaq, dostun köçür dünyadan,
Göz yaşını daşdan-daşa süz, ağla.

Ozan baba, dünya qalan, sən gedən,
Ayrılırıq «Ruhani»dən, «Cəngi»dən,
Yası görüb öz toyunu ləngidən,
Gəlin, ağla, oğul, ağla, qız, ağla.

Bəd xəbərlər biz-biz edər tükümü,
Dağ götürməz dağdan ağır yükümü,
Əcəl yaman baltaladı kökümü,
Könül, ağla, ürək, ağla, göz, ağla.

Teldən ayrı təzənələr nəm çəkər,
Duyan ürək dərd daşıyar, qəm çəkər,
Səndən ötrü min cür nazı kim çəkər?
Pərdə, ağla, sədəf, ağla, saz ağla.

Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar,
Ay Zəlimxan, ağlamaqdan nə çıxar?
Az sızılda, az inildə, az ağla,
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!

Elə həmin gün ustad aşığın sevimli həmyerlisi, 3 də­fə Beynəlxalq poeziya müsabiqə­lərinin mükafatçısı, «Şə­rəf» ordenli, tanınmış şair Nizami Saraçlı «Dünya» şei­rini yazdı və ölməz sənət­karın Vida mərasimində oxu­du:

Saraçlı köç edir, mən ağlayıram,
Tale sırğa verib bir ona, Dünya!
Eşilib-burulub qara bığları,
O yenə dağ çəkir yamana, Dünya!

Aşıq eldən gedir, elin yasıdır,
Əyninə geydiyi toy libasıdır.
Çalın, ürəyimi onun sazıdır,
Bülbülə nə gərək virana, Dünya!

Tifaqım dağılıb, o yol üstədir,
Barmaq təzanədə, ürək səsdədir.
Ay ellər, eloğlum son nəfəsdədir,
Bürünüb çisginə-dumana Dünya!

Bu da qismətimə düşən yazıymış,
Xındıdan aldığım yara azıymış…
Yoxsa ki, yurduma Tanrı asıyımış,
Qəddim dönəsiymiş kamana, Dünya!

Təpəmdən çıxartdı Əmrah tüstümü,
Hüseynə çəkdiyim bu ah, tüstümü?!
Bu gün odumu gör, sabah tüstümü,
Qoy yansın atəşə pərvana Dünya!

O kimdir təklənən ər meydanında?-
Məni yalqız qoydu Şir meydanında.
Qorxuram dəfn edə balabanında,
Bu ulu sənəti zamana, Dünya!

O gedir sazını tapşırıb bizə,
Gedir həsrət gedir Hoya, Təbrizə.
Bu gediş dağ çəkir ürəyimizə,
Gəlməyir bir dinə-imana Dünya!

Boylanıb sahibsiz saza ağlaram,
Bürünüb bu vaxtsız yasa ağlaram.
Hərdən səsi gələr, ayaq saxlaram,
Bir də yolu düşməz bu yana, Dünya!

Nizami Saraçlı, olma bədgüman,
Gələr, bir də gələr su gələn arxdan.
Burada Şair Nəbi, Şenlik, Ağacan…
Dərin lövbər atıb ümmana, Dünya!

Ustad Aşıq Hüseyn Saraçlının şəninə sonralar yüz­lərlə şeirlər yazıldı, nəğmələr qo­şul­du, das­tanlar ya­randı… Hamısının da mövzusu, dəst-xətti, üslubu müx­təlif olsa da, ün­vanı bir idi. Həmin ünvan isə… Ustad Aşıq Hüseyn Saraçlı idi…

«Gürcüstan» qəzetinin 21 ap­rel 1987-ci il tarixli nöm­­­­rəsində dərc olunmuş nekroloq bu cüm­lə ilə sona yetir:
«Aşıq Hüseyn Saraçlının əziz xatirəsi, sənətkar si­ması qəl­bimizdən silinən deyil!»

Bəli, Ustad Aşıq Hüseyn Saraçlının ölməz xatirəsi hə­­­mişə hörmətlə yad edilir. Onun 75, 80, 85, 90 və 95 illik yu­bileyləri 1991, 1996, 2001, 2006 və 2011-ci illərdə Bakıda və Bor­çalıda böyük təntənə ilə qeyd edilmişdir.

* * *

Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!.. 2011-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi Gürcüstan Azər­bay­canlıla­rının Mədə­niyyət Mərkəzi ilə bir­likdə bu sətirlərin müəllifi - filoloq-jurnalist Müşfiq Borçalının Us­tad aşı­q Hüseyn Saraclının 95 illik Yu­bi­le­yinə həsr olun­muş «Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri» adlı kitabını «Borçalı» nəşriy­yatı va­sitəsilə nəfis şəkildə oxucuların ix­tiyarına ver­mişdir.

(Kitabın məs­­ləhətçi: Gürcüstan Azərbaycanlılarının Mədə­niyyət Mər­­kəzi İdarə Heyə­tinin sədri Fazil Həsə­nov, Redak­toru: Gürcüstan Mədəniyyət, İncəsənət və Aşıqlar Bir­liyinin sədri Dərviş Osman, Rəyçilər: Filolo­giya elm­ləri dok­toru, professor Mahmud Al­lahmanlı və Filo­logiya elm­ləri namizədi, dosent Şakir Alba­lıyevdir.)

Bu kitabda görkəmli saz­-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yara­dıcılığı haq­qında ət­raflı mə­lu­mat verilmiş, aşı­ğın bö­yük oğlu İsfəndiyar Hə­sənovdan əl­də edilmiş və indiyə kimi heç harada çap olunmamış «Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri» adlı dastanı­, Azərbaycan Aşıqlar Birliyinin səd­ri, Xalq şairi Zəlimxan Ya­qubun «Aşıq Hü­seyn Saraslı» və şair Nizami Sa­raçlının Ustad aşı­ğa həsr etdiyi «Yalan ola ayrılıq!» poe­maları müəl­liflərin dilinə to­xun­ma­dan oxuculara təqdim edlmışdir.

Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!..

P.S.:

Bu günlərdə XX əsrdə Azərbaycan aşıq sənətinin
inkişafında müstəsna xidmətləri olmuş
ustad aşıq Hüseyn Saraçlının
"Nəğməli sinəmdə yüz dastan yatır” adlı
kitabı nəfis şəkildə işıq üzü görüb.

El ağsaqqalı Həbibov Məhəmməd Abdulla oğlunun
dəstəyi ilə Bakıda "Elm və Təhsil” nəşriyyatında
nəfis tərtibatla işıq üzü görmüş
kitabın tərtibçisi və redaktoru
Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu,
məsləhətçi Əməkdar Elm Xadimi,
professor Məhərrəm Qasımlı,
rəyçi isə professor Şurəddin Məmmədlidir.


Kitaba ustad aşığın qoşmaları, gəraylıları, deyişmələri
və dastan repertuarından seçmələr daxil edilib.

Xatırladaq ki, bu ilin yazında bu böyük sənətkarla bağlı
xatirə kitabı da işıq üzü görüb.

Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!.. "Hüseyn Saraçlı” adlı bu kitabın da nəşrə hazırlayanı və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, məsləhətçisi isə mərhum Xalq şairi Zəlimxan Yaqubdur.

Kitabda əsasən bu böyük sənətkarla bağlı
müxtəlif illərdə yazılmış yazılar, xatirələr,
ona ithaf olunmuş şeirlər toplanıb.

Musa Nəbioğlu hər iki kitabı Hüseyn Saraçlının
anadan olmasının 100 illik yubileyinə töhfə olaraq
hazırladığını bildirib.


* * *

Qarşıdan Ustad Aşıq Hüseyn Saraçlının 100 illik Yu­bileyi gə­lir. Biz də bu kiçik yazı­mızı ölməz və həmi­şə­yaşar sənət­karı­mızın anadan olmasının 100 illik Yubi­le­yinə ərmə­ğan edir və bir daha «Allah rəhmət eləsin! Ru­hun şad ol­sun, Ustad!» - de­yi­rik!...

Müşfiq BORÇALI.


Qeydlər:

* Qurban ağanı 1931-ci ildə - o vaxtkı «Stalin Troyka»sı tərəfindən güllələyiblər… Elə ona görə də Aşıq Hüseyn Saraçlı həmişə qəmli havalar çalıb oxuyardı...
** Aşıq Hüseyn Saraclı Borçalıda bu fəxri ada layiq görülmüş yeganə azərbaycanlı aşıqdır.
*** Ətraflı bax: Müşfiq Borçalı. Dünyamalı Kərəmin poeziya dünyası. Bakı, «Borçalı» nəşriyyatı, 2010, səh. 157-161. «Dönüb», «Aşıq Hüseyn, sənə suallarım var», «Yaz vədəsində», «Sənin» və s.
1 Aşıq Xındı Məmməd.
2 Xan Əmrah - Aşıq Əmrah Gülməmmədov.
3 Şair Nəbi - Faxralı Şair Nəbi, Şenlik - Çıldırlı aşıq Şenlik, Ağacan Borçalı şair Ağacandır.


ƏDƏBİYYAT:

1. Mədəd Çobanov. «Koroğlun»nun yeni qolu. «Gürcüstan» qəzeti, 10 yan­­var, 1978;
2. Bəxtiyar Vahabzadə. Vətən ocağının istisi. B, «Gənclik», 1982, səh. 75.
3. Xalqımızın deyimləri və duyumları. Toplayıb yazıya alanı və tərtib edəni Mürsəl Həkimov. B., 1986.
4. Dəyanət Bayramov. Ustadla üz-üzə. «Bakı Universiteti» qə­zeti, 26 okt­yabr, 1987.
5. Müşfiq Çobanlı. «Ağır elli Bor­çalı» (Bakı, 1990; Ərzurum, 1996), səh. 5, 12, 34.
6. Aşıq Hüseyn Saraçlı. «Şeir­lər, söylə­mə­lər», Bakı, «Yazıçı», 1992
6. Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi mək­­təbi. «Azər­baycan» nəşriyyatı, Bakı, 1994. səh. 58-65;
7. İsmayıl Ömərov, Müşfiq Çobanlı. Borçalı aşıqları. Bakı, 1996, səh. 25-32;
8. İsmayıl Ömərov, Müşfiq Çobanlı. Borçalı aşıqları. Tehran, 2009, səh. 25-32;
9. Zəlimxan Yaqub. «Hü­seyn Saraçlı dastanı». Bakı, «Peda­qo­gi­ka», 2007.
10. “Gürcüstan” qəzeti, 21 ap­rel 1987; 20 aprel, 1991; 25 may, 1991.
11. Müşfiq Borçalı. Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. Bakı, “Borçalı”, 2011.
12. “Gürcüstan” qəzeti. (1960-2015).



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: