Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin və kompleksin nümayəndələri iştirak edib.
Bildirilib ki, Gəncədə AzTU-nun tədris filialının açılması bu bölgədə metallurgiya sahəsində kadr hazırlığının inkişafına təkan verəcək. Gələcəkdə fakültənin filialının bir hissəsinin tədqiqat mərkəzi kimi fəaliyyət göstərməsi, birgə elmi-innovativ işlərin həyata keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb. Eyni zamanda AzTU-nun bazasında kompleksin tədris laboratoriyasının yaradılması barədə razılıq əldə olunub.
Qeyd edək ki, kompleksdə AzTU-nun bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili və lazımi dəstəyin həyata keçirilməsi, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsinin təmini, regionda yaşayan tələbələr üçün ehtiyac yarandıqda tədris prosesinin həyata keçirilməsi imkanları, birgə elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bundan başqa Gəncə Alüminium Kompleksi ilə birgə texniki peşə və orta ixtisas təhsilinin təşkili imkanları planlaşdırılır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.