Azərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş keçirilibAzərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş keçirilib Azərbaycan Texnologiya Universitetində doktorant və dissertantlarla görüş keçirilibAzərbaycan Texnologiya Universitetində
2021-ci il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sektor müdiri, universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərovun universitetdə təhsil alan doktorant və dissertantlarla görüşü keçirilib.


Görüşdə gənc tədqiqatçıların elmi fəaliyyətlərində mövcud çağırışlar, elmi-tədqiqat işlərinin aparılması zamanı kafedralarda və laboratoriyalarda şəraitin yaxşıladırılması, eləcə də elmi işlərin keyfiyyətinin artırılması üçün həll yolları, xaricdə nəşr olunan nüfuzlu jurnallarda elmi məqalələrin sayının artırılması, elmi rəhbər və doktorant arasında ikili münasibətlər və digər məsələlər müzakirə edilib.


Görüş zamanı Yaşar Ömərov tərəfindən doktorant və dissertantların sualları cavablandırılıb və onlar tərəfindən verilən təkliflərlə bağlı universitetdə yaxın gələcəkdə müəyyən işlərin aparılacağı barədə məlumat verilib.

Sonda doktorant və dissertantlar görüşdən məmnun qaldıqlarını, bu görüşün onların elmi fəaliyyətləri üçün müsbət istiqamət verəcəyini bildiriblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: