“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçirib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçirib“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçirib “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçirib Azərbaycan Texnologiya Universitetində
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən “Zəfər yolu” adlı anım tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, UTECA rəhbərliyi və tələbələr iştirak edib.
Çıxış edənlər Dəmir Yumruq əməliyyatından, əldə edilən böyük zəfərdən danışıb, qələbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, şəhid və qazilərimizin şücaətindən danışılıb.


Tədbirdə Azərbaycan Texnologiya Universitetinin şəhid məzun və tələbələrini tanıdan videoçarx nümayiş olunub.

Sonda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Vətən müharibəsi şəhidlərinin xatirələrinə həsr edilən nəşrləri tələbələrə hədiyyə ediblər.

“Zəfər yolu” anım tədbirinin keçirilməsində məqsəd şəhid qəhrəmanlarımızı tanıtmaq, onların döyüş yolunu təbliğ etmək, gənclər arasında belə qəhrəmanların əməllərini yaşatmaq, onların xatirəsini daim uca tutmaqdır.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: