Hər kəs bu layihədə iştirak edə və ya faydalana bilər. İnsanlar layihədə iştirak etməklə həm yaxşıllıq etmək həm də yaşıllığı qorumaq istəyirsə, evini təmir edərkən və ya köçərkən aldığı yeni əşyaların köhnəsini atmaq əvəzinə layihənin rəsmi səhifəsində favorx.org da yerləşdirməsi kifayətdir ki digər ehtiyaclı şəxslər faydalana bilsin.
Bu layihədən ən çox abiturient və tələbələrin də yararlana biləcəyini söyləyən Ceyhun Bayramov, layihənin istiqamətlərindən biri də elə məhz bu üzrə olduğunu deyib. Belə ki, abiturientlər universitetə və ya kollecə daxil olduqdan sonra dərs vəsaitlərini atmayıb burda yerləşdirə biləcək ki, növbəti ilin abiturientlərindən ehtiyacı olanlar götürərək faydalana bilsin. Bu həm də magistr olmuş tələbələrə də aid edilir.
Layihənin başqa bir istiqamətlərindən biri də valideynlər üçün nəzərdə tutulub. Hansı ki, övladı artıq böyümüş valideynlər onun əşyalarını yenidən istifadəsi üçün digər ailələrə bu layihə vasitəsilə verə biləcək.
Layihədə iştirak edən hər bir kəs istənilən halda həm xeyirli bir iş görmüş, həm də təbiətin qeydinə qalmış olacaq.
Təbiəti çirkənlənməsində ən çox pay tullantılara düşür. Bu kimi layihələrin həyata keçirilməsi ilə əşyaların, dərs vəsaitlərinin, kağızların tullantıya çevirilməsi əvəzinə təkrar istifadəyə verilməsi az da olsa, faydalı olacaqdır.
Bu layihə hələki bir müddət Azərbaycanda fəaliyyət göstərəcək.
Daha sonra isə Türkiyə, Rusiya, Gürcüstan kimi qonşu ölkələrdə də fəaliyyət göstərməsi ilə bağlı artıq planlar hazırlanır.
Firəngiz İBADOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.