Qum üzərində xarüqələr yaradan LALƏ XANIM...

Qum üzərində xarüqələr yaradan LALƏ XANIM...Qum üzərində xarüqələr yaradan LALƏ XANIM... Əslən Göyçə Mahalının Kəsəmən kəndindən olan Lalə Hüseynzadə - 1992-ci ildə Gədəbəy rayonunda hərbçi ailəsində dünyaya gəlib.

İlk təhsilini Gədəbəy rayonundakı Milli Qəhrəman İlham Əliyev adına 1 saylı orta məktəbdə alan Lalə Hüseynzadə sonra təhsili Bakı şəhərinin Yasamal rayonundakı 286 nömrəli orta məktəbdə davam etdirib.

2009-cu ildə eyni zamanda qarmon və xor üzrə musiqi məktəbində də təhsil alıb.

2011-2012-ci illərdə "Azad Azərbaycan" televiziya kanalının “Tanıdım səni” adlı lahiyəsində birinci yerə layiq görülüb.
Bir çox dövlət tədbirlərində iştirak edib. Başqa dövlətlərdə də Azərbaycanımızı layiqincə təmsil etməyə çalışıb.
O cümlədən, qardaş Turkiyənin Tv-8 kanalında “Yetenek sizsiniz” verlişində 2-ci tura qədər qalib gəlib.

Bir müddət Mədəniyyət və Turizm Şöbəsində Mədəni təşkilatçi kimi fəaliyyət göstərib.
2016-cı ildə təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Dövlət Rəssamliq Akademiyasına verib və yüksək balla qəbul olunub.
Hazirda həmin akademiyanın Rəngkarlıq fakultəsində təhsilini davam etdirir.
Bir çox sərgilərdə iştirak edir və hər zamankı kimi qalib gəlir.

P.S. Onu da qeyd edək ki, Lalə xanım solaxey rəssamdı.
Solaxey rəssamlar isə tarixən həmişə qeyri-adi rəsimlər çəkməyi bacarır və istedadları daha güclü olur.

Biz də Lalə xanıma təhsilində və yaradıcılıq işlərində yeni-yeni uğurlar diləyirik!..

ZiM.Az



,
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: