ZiM.Az xəbər verir ki,
keçrilən görüşdə əsas mövzu gənclərin gürcü İctimaiyyətinə inteqrasia məsələsi olub.
Parlamentin yerli özünüidarəetmə komitəsində gənclərlə
iş üzrə yaradılmış bölməyə seçilən Gürcüstan azərbaycanlısı fəal gənc Təmkin Nağıyev və Gürcüstan parlamentinin staj proqramı üzrə rəhbəri Tika Surmanidzenin təşkilatçılıqı ilə keçirilən görüşdə regionlarda təhsilin gücləndirilməsi, Azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə dövlət dilinin mənimsənilməsi və yüksək səviyyəli tədrisi, təhsildə qazanıla biləcək naliyyətlər, Gürcü və Azərbaycanlı gənclərin birlikdə yeni layihələr həyata keçirilməsi və s məsələlər müzakirə olunub.
Görüşdə iştirak edən tələbələr də öz sual və təkliflərini irəli sürüblər və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin tanınmış alim Lado Apxazava gənclərə öz tövsiyələrini verərək onlara uğurlar arzulayıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.