2019-cu il 15-19 Oktyabr tarixlərində
Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə dəstəyi ilə
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və
“Ümumçin Gənclər Federasiyası"nın birgə təşkilatçılığı ilə
Çinin Pekin şəhərində
“Asiya-Afrika Gənc Sahibkarlar Forumu”
həyata keçiriləcəkdir.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı (BİY BGİ) -
2012-ci il 27-29 iyun tarixlərində keçirilən “Böyük İpək Yolu”
Beynəlxalq Gənclər Konqresində təsis olunmuşdur.
BİY BGİ İpək Yolu üzərində fəaliyyət göstərən
gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən,
ümumi maraqlarını təmsil edən və qoruyan
beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
İttifaqın əsas məqsədi və fəaliyyət dairəsi - mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək,
qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün
gənclərin potensialından istidafə etməklə vahid platforma yaratmaqdır.
İttifaqa hal-hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.