Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir Azərbaycan, Bаkı, 06 aprel, 2009 / Trend, müxbir A.Hüseynbala /

Gürcüstanda yaşayan azərbaycanlıların
müəllifi olduğu bir neçə kitabın
təqdimat mərasimi keçirilib.


"Gürcüstanda yaşayan soydaşlarımızın ədəbiyyatının, tarixinin yazılması və nəşr olunması, Azərbaycan-Gürcüstan ədəbi əlaqələri ilə bağlı kitabların, tərcümələrin çoxalması istiqamətində Gürcüstanda yaşayan azərbaycanlıların mədəniyyət mərkəzinin təşəbbüslərini həmişə dəstəkləməyə hazırıq", - bazar ertəsi Atatürk Mərkəzində keçirilən tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, Mirzə Məmmədoğlunun "Qədim Tiflis"Alxan Binnətoğlunun "Teatr haqqında söhbətlər" kitabları dostluq qrupunun dəstəyi ilə hazırlanıb. "Qədim Tiflisin Azərbaycanın tarixində, ədəbi mühitində xüsusi yeri var. Ona görə azərbaycanlıların Tiflisdəki qədimdən bu günə qədərki varlığının yazılması çox önəmlidir", - Q.Paşayeva əlavə edib.

Millət vəkili deyib ki, "Teatr haqqında söhbətlər" kitabında Tiflisdəki Azərbaycan teatrının bizim mədəniyyətimizin böyük bir hissəsi olması ilə bağlı həqiqətlər öz əksini tapıb. "Həmin teatr fəaliyyətini bu gün də davam etdirir və ulu öndərimiz Heydər Əliyevin adını daşıyır", - dostluq qrupunun üzvü vurğulayıb.Paşayevanın fikrincə, "Erməni xəyanəti və Gürcüstan" adlanan kitabda ermənilərin bütün Qafqaz regionunda əsrlər boyu törətdikləri vəhşilkiləri bir daha sübut edən dəyərli tarixi faktlar öz əksini tapıb. "Biz bu kitabın ingilis dilinə tərcümə olunub daha çox sayda nəşri üçün bütün dəstəyi göstərəcəyik", - millət vəkili qeyd edib.

Q.Paşayeva deyib ki, professor Mədəd Çobanovun müəllifi olduğu "Azərbaycan-gürcü mədəni əlaqələri" kitabında da olduqca maraqlı faktlar öz əksini tapıb. "Bu kitabların nəşr olunması bir daha sübut edir ki, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızı daim diqqətdə saxlayır, onların hər bir probleminin həlli üçün səylərini əsigəmir", - dostluq qrupunun üzvü qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.azMəqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: