Baydar kənd ictimai məktəbinin kəndə ezam olunmuş Gürcü dili müəlliməsi Nona Atçvadzenin “Təbiəti qoruyaq və zərərli qidalara son” layihəsi ilə kənd ictimai məktəbinin şagirdləri Tbilisinin “Lomisi 1” məktəbinə görüşə getdilər.
Görüşə 9-cu siniflərin şagirdləri tamaşaçı qismində, 10, 11 ve 12-ci sinfin fəal şagirdləri isə iştirakçı qismində getmişdilər.
Nona Atçvadze çıxış edərək əvvəlcə iki məktəb və iki millət arasındakı dostluq əlaqələrindən söhbət açdı, sonra isə layihə barədə şagirdlərə məlumat verdi.
Və təbiəti qorumağın hər birimizin borcu olduğunu vurğuladı.
Hər iki məktəbin fəal şagirdləri çıxış edərək öz fikir və idealarını söylədilər.
İki millət – Gürcü və Azərbaycan məktəbləri arasında bu cür görüş və layihələrin çox olmasını arzulayırıq.
Elida MUXAYEVA
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.