APA-nın Gürcüstan bürosunun məlumatına görə, sözügedən texnika Gəncə və Belarusda istehsal olunub.
Bu gün Rövnəq Abdullayevin Gürcüstana səfəri çərçivəsində hədiyyə olunan texnikanın təqdimatı keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili iştirak edib.
Xatırladaq ki, SOCAR rəhbərliyi Azərbaycan prezidentinin göstərişi ilə bu ilin mart ayının əvvəlində Kvemo Kartli bölgə rəhbərliyinə 10 ədəd "Belarus" markalı traktor və 10 ədəd komplektləşdirilmiş qoşqu aqreqatını təmənnasız olaraq hədiyyə edib.
Gürcüstan. Nizami Məmmədzadə - APA.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.