Təbrik edirik, hörmətli Dursun müəllim!..

Təbrik edirik, hörmətli Dursun müəllim!.. Təbrik edirik, hörmətli Dursun müəllim!.. Azərbaycan Rspublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Dursun müəllim Həsənov Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunub.

Çox sevindirici xəbərdir!..


Dursun müəllim son illərdə
Azərbaycan Respublikasının
Gürcüstandakı səfirliyində çalışdığı
qısa zaman ərzində
çox mühüm addımlar atıb,
tədbirlər keçirib və
hər zaman bizimlə görüşlərdə
biz gənclərin fikirlərinə dəstək olub.

Əslən Gürcüstanlı olduğuna görə
ölkəmizi yaxşı tanıyır.

Əminik ki, səfir olaraq da, fəaliyyəti uğurlu olacaqdır, iki ölkə əlaqələrinin daha da inkişafı istiqamətində Azərbaycan dövlətinin yürütdüyü uğurlu yolu burada uğurla təmsil edib bu istiqamətdə mühüm işlər görəcəkdir.

Təbrik edirik, hörmətli Dursun müəllim!..

Hər iki ölkə üçün
uğurlu olsun!..


Nərgiz ƏLİYEVA,
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) Mətbuat xidmətinin rəhbəri,
AMM-Gənclər şöbəsinin müdiri.



REDAKSİYADAN:
Biz də hörmətli Nərgiz xanımın səmimi təbrikinə və xoş arzularına qoşularaq,
dəyərli soydaşımız, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müavini,
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin ləyaqətli daşıyıcısı,
çox hörmətli Dursun Ayvaz oğlu Həsənovu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri
təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və ona
şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: