"Şərq müdriklərinin qonaqlığında"

"Şərq müdriklərinin qonaqlığında" "Şərq müdriklərinin qonaqlığında" "Şərq müdriklərinin qonaqlığında" "Şərq müdriklərinin qonaqlığında" Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Bütün Gürcüstan müsəlmanlar İdarəsinin birgə təşkilatçılığı ilə Tbilisi şəhərində Hacı Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı rəsm sərgisi keçirilib.Sərgiyi açan Rəssam Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərərçəkən və dünyasını dəyişənlərin xatirəsini bir dəgigəlik sükütla yad edərək ailələrinə və Gürcüstan dövlətinə başsağlığı verdi.
Sərginin təşkilatçılarından Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidovAzərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov çıxış edərək toplaşanlara sərgi haqqında məlumat verdilər.
Sərgidə bir sıra dövlət rəsmiləri o cümlədən Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Paata Zakareişvili, Gürcüstan Qaçqınlar və Yerləşdirmə Məsələləri üzrə Naziri Sobar Subari, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü, Azərbaycan respublikasının Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Parlamentinin deputatı , Fransadan gələn rəssam Levan Moisaşvili və başqaları çıxış edərək rəssamın əsərlərində İslam mədəniyyətinin saflığı, möhtəşəmliyi, müasirliyinin, həqiqət və irfan yolunun əks olunduğunu bildiriblər. Əsəsrlərin olduqca dərin fəlsəfi məna kəsb etdiyini qeyd etdilər.
Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili rəsm əsərlərini yüksək dəyərləndirib: "Bu əsərlər yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin sərgisindən qürur duyuruq. O, İslam mədəniyyətini təbliğ edir. İslam mədəniyyəti böyük və müasirdir”.
Tədbirdə müxtəlif din nümayyənələri, gürcü ziyalıları, rəssamlar, gənclər çıxış edərək əsərlər haqqında təəssüratlarını paylaşdılar. Bir çox qonaqlar isə əsərləri əldə etmək üçün rəssama müraciət etdilər.
Tədbirdə rəssamın əsərlərindən ibarət kataloq təqdim olundu. Qeyd edək ki, kataloq AMM tərəfindən çap olunubdur.
Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi daha iki gün davam edəcək.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: