Qıpçaqların sonrakı taleyinə bir baxış
Didqori döyüşündən sonra Tiflis Müsəlman Əmirliyi ləğv edilsə də, istər Tiflis, istərsə də ətraf vilayətlərdə yaşayanlar qıpçaq və oğuz türkləri idi və onların əksəriyyətinin dini islam idi. Belə ki, IV Davidin 1122-ci ildə şəhəri üç gün ərzində amansızcasına qarət etməsi və çoxsaylı qətllər törətməsi burada xristian gürcü əhalisinin azlığını isbat edirdi. Tiflis əmirliyinin işğaldan sonra əraziyə gürcülərin yeni köçü başlasada əhalinin milli tərkibində ciddi dəyişiklik olmadı. Bu səbəbdən də yerli əhalinin dini və etnik tərkibini nəzərə alan gürcü hakimləri kəsdirdikləri pullarda Məhəmməd peyğəmbərin adını zərb etdirir, onların rəğbətini qazanmaq məqsədilə Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə ümumiyyətlə donuz saxlamaq qadağan edilmişdi.
Gürcü tarixçi M.D.Lordkipanidze Qurucu David dövründə müsəlman əhaliyə münasibət məsələsindən danışarkən qədim gürcü, ərəb və Azərbaycan mənbələrinə əsaslanaraq yazır: «Gürcüstan dövləti müsəlmanlara bir çox böyük imtiyazlar vermişdi. Bu, özünü bəzi məsələlərdə xüsusilə qabarıq göstərirdi; müsəlmanlar yaşayan məhəllələrdə donuz kəsilməsi qadağan edilirdi. Müsəlmanlara tam dini azadlıq verilmişdi, şəhərin hamamlarından biri onlar üçün ayrılmışdı və özgədinlilərin oraya daxil olması qadağan edilmişdi». Tarixi faktlar IV Davidin Tiflisdə müsəlmanlar üçün xüsusi saray tikdirdiyini də xəbər verir. Eyni zamanda belə bir fakt olduqca maraq doğurur ki, gürcü millətindən olan əhali dövlətin xəzinəsinə hər adambaşına 5 dinar, ermənilər 4 dinar, müsəlmanlar isə cəmi 2 dinar ödəyirdilər. Bu məlumatlar isə çox şeydən xəbər verir. Sonradan, hətta IV Davidin müsəlman ərazilərə gürcüləri köçürmək siyasəti də əhalinin tərkibinin gürcülərin xeyrinə dəyişməsinə imkan vermədi. Təsadüfi deyi ki, o dövrdə (Xl əsrdə) Gürcüstan gürcü tarixçilərinə iki ad altında məlum idi: Kartveloba (hərfi mənada Gürcü obası) və Didi Türkoba (Böyük Türk obası). Bütün Qərbi və Şərqi Gürcüstan Didi Türkobaya daxil idi. Mənbələr Didi Türkobanın əhalisinin qıpçaq olduğunu göstərir. Deməli, sonrakı XII-XIII əsrlərdə də gürcü mənbələrində Şərqi Gürcüstan əhalisinin əksəriyyəti türk tayfalarından ibarət olduğu üçün «Didi Turkoba» («Böyük Türk obası») adlanırdı. Çağdaş gürcü tarixçiləri bu xalqın guya Gürcüstan ərazisinə gəlmə olduqlarını sübut etməyə çalışırlar. Yuxardakı faktlar və digər mənbələr isə sözügedən ərazilrin ən əski çağlardan türklər ölkəsi olduğunu təsdiqləyir. Eyni şeyi arxeoloji qazıntılar zamanı tapılan iskit- sak qəbirləri də ortaya qoyur (Pirüxalava M.S. Pamətniki skifskoy arxaiki (Vlll-Vl vv. do n. g.) na territorii drevney Qruzii. Aftoref. kand. dis.,Tbilisi, 1975.).
Ümumiyyətlə bu barədə Şürəddin Məmmədli, Kərəm Məmmədov və Mirzə Maşovun araşdırmalarında kifayət qədər məlumatlar var. Bu məlumatlar da onların araşdsırmaları əsasında hazırlandı.
Məni isə başqa məsələ maraqlandırır. Nazim Borçalının qıpçaq-gürcü mənşəyi barədə şərhi qıpçaqların sonrakı taleyi ilə bağlı məqalə hazırlamağa həvəsləndirdi. Bəs, Atrak (Ətrək) xanla IV Davidin dəvəti ilə gələn gıpçaqlar hansı dinə sitayiş edirdilər? Bildirim ki, IV Davidin dəvət etdiyi qıpçaqların dəqiq dini eyniliyi yox idi. Onların arasında ənənəvi türk dini (tengirlik) hakim olsa da xristianlıq (pravoslav, monofist, nestorian) da yayılmışdı. Qıpçaqlar Cənubi Qafqaza köçəndə burada müsəlman türklər, pravoslav gürcülər və monofist albanlarla qarşılaşdılar. Həmin vaxtlar alban kilsəsi erməniləşdirilməmişdi. Beləliklə, türk-qıpçaqlar dini planda tədricən ayrılmağa başladılar. Onların bir hissəsi arasında "pravoslavlıq möhkəmləndi" və gürcülərə qarışdı. Bunda IV Davidin xüsusi rolu oldu. O, qıpçaqların gürcülər arasında əriməsi üçün onları müxtəlif bölgələrdə yerləşdirirdi. Çarın qıpçaqlardan ibarət 5 min nəfərlik mühafizə dəstəsinin xristianlığı (pravoslavlığı) qəbulu da bu ərimə prosesini sürətləndirdi. Gürcüləşmiş qıpcaqlar barədə Murad Aci yazıb: «Onlar əsrlər boyunca gürcü mədəniyyətinin təsiri altına düşdülər, onlarla doğmalaşdılar».
Qeyd edək ki, Atrak xanla gələn qıpçaqlar nəinki Tiflis və onun ətraf ərazilərini səlcuq-türklərindən təmizlədi, həm də 1124-cü ildə Ani şəhərini səlçuq-türklərindən azad etdi və IV Davidin ixtiyarına verd. Bundan sonra , Ani şəhərinə gürcü və qıpçaq-türklərinin köçürülməsi ilə türk-gürcü şəhəri oldu. Burada gürcü pravoslav Ani yeparxiyası yaradıldı və gürcü kilsələri tikildi. Hazırda bu ərazinin Türkiyədə yerləşməsi ermənilərin gürcü killsələrini "erməniləşdirilməsi" saxtakarlığının qarşısını alır.
Maraqlı bir faktı da qeyt etmək yerinə düşər. Əslində “gürcü” adı ilk dövrlərdə qıpçaqların bir hissəsinin adı olub. Təsadüfi deyil ki, bu gün “gürcü” adlandırdığımız xalq özünü “kartvelo” adlandırır və azərbaycanlıların onları nə üçün “gürcü” adlandırdıqlarını anlamırlar. Göründüyü kimi bu gün bizim "gürcü" adladırdığımız xalq əslində "kartvelo"dur və "gürcü" adı isə o dövrdəki qıpçaqlara aiddir. Daha doğrusu pravoslavlığı qəbul etmiş qıpçaqların bir hissəsidir. Deməli, biz səhvən kartveloluları gürcü adlandırırıq.
Atrak xanla gələn qıpçaqların böyük bir hissəsi İslam dinini qəbul etdilər. Onlar Davidin dəvəti ilə bu torpaqlara gələndə Tiflis və ətraf rayonlarda müsəlman türklər yaşayırdı. Antik və erkən orta əsrlər Avropa müəlliflərinin əsərlərində bəzən bu ərazi Bersiliya və ya Berziliya adlandırılırdı ki, o da qədim türk soylarından barsillərin (basillərin) adı ilə bağlıdır. Son köçlə Gürcüstana gələn qıpçaqların bir hissəsi onlardan öncə bu bölgədə yerləşmiş soydaşlarına qarışıb müsəlmanlaşaraq öz milli kimliklərini, türklüklərini qorudular. Beləliklə, tarixi Borçalı ərazisində yaşayan türkdilli tayfalar -hunlar, buntürklər, barsillər, bulqarlar, xəzərlər, oğuz-səlcuqlar, qıpçaqlar və s.türk tayfaları bizim soy-kökümüzdə dayanırlar. Gürcüstanda yaşayan türklər bu torpaqlara köçürülmə deyil, avtoxton, yəni yerlidirlər. Bölgədə nisbətən gec məskun olan türk tayfaları isə kök və mədəniyyət baxımından qohum olduqları yerli tayfalarla sıx bağlar yaradıb, qaynayıb-qarışıblar. Qıpçaqlar Gürcüstanın siyasi həyatında sonrakı əsrlərdə də önəmli rol oynadılar. 1194-cü ildə çariça Tamaranın Şirvanşah Axsitanın Gürcüstanda qəbulunda “əvvəlki və yeni” qıpçaqların başçılarının da iştirak etdiyi məlumdur. Mənbələr çariça Tamaranın (Xll əsr) saraynda qıpçaq dilində danışıldığını, ordunun da qıpçaqlardan ibarət olduğunu göstərir. Bu faktı A. Krımski də təsdiq etmək məcburiyyətində qalıb.“Tamaranın sarayında türk dili heç də istisna deyildi. Amma bu, Xl əsrdə Səlcuqlu istilaları dövründə Orta Asiyadan Qafqaza gələn və Gürcüstanın tam sərhəddində, o cümlədən Gəncə yaxınlğındakı Aranda məskunlaşan, öz köçəri məişətini davam etdirən və hərbi yürüşlərə meyilli olan müsəlman türklərin dili deyildi. Tamara, təbii ki, onları da tanıyırdı və onun hökuməti onların Kür və İori çaylarının qovşaq sahillərinə yürüş etməmsinə çox diqqət edirdi. Tiflis sarayında isə hörmət və sevgi sahibi olanlar isə… başqa türklər – poloveslər, yəni qıpçaqlar idi. Xll əsirdə bu qıpçaqsevərlik gürcü çarlğında (?!) irsi idi, şəxsi türk qvardiyası çarı təhlükələr vaxtı feodallara hərbi güc üçün müraciət etməməyə imkan verirdi”. Ümumiyyətlə, IV Daviddən gürcü çarı Tamara qədər dövrdə çardan sonra ikinci əhəmiyyətli şəxslərin, ordu rəhbərlərinin Kubasar, Kutlu Arslan kimi qıpçaq türklərinin olması, hələ bu dövrdə ərazidə qıpçaqların həm sayca, həm də qüvvəcə gürcülər üzərindəki üstünlüyünü göstərir. İslam dinini qəbul etmiş qıpçaqların bu günkü törəmələri azərbaycanlılar-borçalılardı. Sonlalar gürcü-qıpçaqların bir hissəsi yenidən islamlaşaraq türkləşdilər. Məhsəti türklərinin əçdadlarının onlar olduğu ehtimal edilir.
Yeni qıpçaqların üçüncü hissəsi isə Alban Apastol kilsəsinin təsiri altına düşdü. Onlardan Cənubi Qafqaza gələnədək xristianlığın monofist məzhəbinə etiqat edənlər indiki Ermənistan və Qarabağda güclü mövqeyə malik olan aftokefal Alban Apastol kilsəsinin mənsublarına çevrildilər. Epiqrafik abidələr sübut edir ki, XII-XIII əsrlərdə Cənubi Qafqaz ərazisində monofistliyi qəbul etmiş qıpçaqlar yaşayırdı. Ermənistan Respublikasının Şirak vilayətinin Artik rayonunda bu günə gəlib çıxmış monastırlardan biri, XII-XIII əsrlərdə tikilmiş Xpçaxavank ("Qıpçaq monastrı") adlanır. Sonradan Alban kilsəsi erməni-qriqorian kilsəsinin təsiri altına düşdüyündə qıpçaqların da milli kimliyi dəyişdi, yəni erməniləşdilər, daha doğrusu haylaşdı. Tanınmış rusiyalı tədqiqatçı, ölkəşünas Eduard Vartanov uzun illər ermən-qıpçaq irsini və onların etnik kimliyini itirməsini-məcburən etnik ermənilərə çevrilməsini araşdırıb. O, öz tədqiqatlarında məntiqi olaraq belə bir nəticəyə gəlib ki, qıpçaq-monofistləri olan qıpçaqlarının milli kimliklərini itirməsini və zorla erməniləşməsi onların kilsə təşkilatının Eçmiadzinə tabe edilməsi ilə bağlıdır. Eduard Vartanovun sözlərinə görə, Alban Apastol kilsəsinə tabe olan erməni-qipçaqlar məcburən Eçmiadzin erməni kilsəsinə tabe edildi. Tədqiqatçı alim, AMEA-nın aparıcı elmi işçisi Əziz Ələkbərli də bu fikiri dəstəkləyir. "Bu gün erməni dediyimiz millət, əslində, ermənilər deyil, haylardır. O başqa məsələ ki, onların tərkibində haylaşmış albanlar, ermənilər (ərmənlər), qaraçılar, kürdlər, farslar, ərəblər, yunanlar və s. var. Amma fakt budur ki, həmin xalqların nümayəndələri öz etnik kimliyini itirib, haylaşıblar. O cümlədən də, ermənilər. Əslində tarixi ermənilər islamı qəbul etməmiş, xristianlığını saxlamış türklərdir, daha çox qıpçaq türkləridir. Ona görə də bugünkü ermənilər etnik cəhətdən yekcins millət deyil, onların damarlarında regionun bütün xalqlarının qanı axır, ən çox da qıpçaq türklərinin. Onlar etnik toplum yox, kilsə ətrafına yığılmış dini toplumdur. Görürsünüzmü, hələ də onları kilsə idarə edir. Hayların, yəni şərti olaraq indiki ermənilərin Cənubi Qafqaza gəlişi 1431-ci ildən başlayır. Həmin tarixdə erməni kilsəsi üçün indiki Eçmiədzin ərazisi pulla satın alınıb və 1441-ci ildə erməni kilsəsi bura köçürülüb. Qafqazın erməniləşdirilməsi (haylaşdırılması) prosesi həmin tarixdən başlayır, bu tarixdən əvvəldə Qafqazda hay axtaranlar erməni dəyirmanına su tökənlərdir, onsuz da heç nə tapmayacaqlar. Burada bir sual doğa bilər: haylaşmış ermənilər bu ərazilərin qədim sakinləri deyillərmi? Cavab birmənalıdır: onlar. yəni qıpçaqlar etnik kimliklərini itirib, başqa millətə çevrildikləri üçün çevrildikləri millətin, yəni hayların tarixinin və mədəniyyətininin daşıyıcıları və varisləridirlər. Onlar haylıqdan imtina edib, öz tarixi etnik kimliklərinə – türklüklərinə qayıdacaqları təqdirdə Azərbaycan türklərinə mənsub hər şeyə ortaq olmaq hüququ qazana bilərlər".
Tarixçilərin araşdırmalarından məlum olur ki, Eçmiədzin erməni-qriqorian kilsəsi əsrlər boyu Alban Apostol kilsəsi və türk xristian mirasına, onların məbədlərinə, əmlaklarına, dindarlarına sahib olmağa çalışıb və sahib də olublar. Bu siyasət bu gün də davam erdirilir. Qıpçaq-errnəni mədəni irsindən istənilən xatırlama cəhv olaraq erməni-haylarla-ermənistanın indiki əhalisi ilə əlaqələndirilməsi buna sübutdur. Qıpçaq erməni-qriqorian mirasının öyrənilməsinə istənilən cəhd isə erməni siyasi, elmi dairələrində neqativ reaksiya ilə qarşılanır. Onların istənilən cəhdləri isə tarixin həqiqətlərinə yamaq vurmaq üçün yetərli deyi. Həqiqət isə özünü göstərir. Maraqlıdır ki, şərti olaraq “erməni qıpçaqcası” adlandırılan qıpçaqdilli ədəbiyyatı nümunələrinin bir qismi – əsasən müxtəlif “İncil” nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda saxlanılır. Bu barədə Murad Aci yazır: “Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?…”
Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni qıpçaqlar tikiblər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban -qıpçaq kilsələrinə sahib çıxıblar. Tarixçi Bəxtiyar Tunçay "Albanların dili və əlifbası barədə bir neçə söz" məqaləsində yazır: "Deyilənlərə ən gözəl sübut kimi Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir) göstərmək olar".
Maraqlı bir məqam isə Polşa, Ukrayna, Krim və Don erməniləri ilə bağlıdır. Eduard Vardanovun tədqiqatları sübut edir ki, Polşa, Ukrayna, Krim və Don erməniləri "hay" mənşəli xalq deyil, tipik türklərdi. İlk önçə qeyd edilməlidir ki, bu subetnos üçün doğma dil erməni hay dili deyil, erməni-qıpçaq dili idi ki, o da türk dillərinin qıpçaq yarımqrupuna daxildir. Vardanov qeyd edir ki, monqol istilası dövründə xristian-qıpçaqlar dillərini, o cümlədən monofist məzhəblərini qoruyub saxlaya bildilər. İlk dövrlərdə monqol xanları xristianlara müsəlmanlardan daha yaxşı münasibət göstərir və bir növ himayədarlıq edirdilər. Xüsusilə Cuçi ulusu-Qızıl Orda dövründə xristianlığa xüsusi tolerantlıq gəstərilirdi. Qızıl Ordanın ərazisinə qərbdə Dnestr sahillərindən şərqdə Tobol çayının İrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağılarınadək olan torpaqlar daxil idi. Rus knyazlıqları Qızıl Ordanın vassalı idi. Bu səbəbdən də Ani rayonu və Şirakdan Qızıl Orda ərazisinə, Krıma, Don və Volqa çaylarının aşağı axarlarındakı çöllərə qıpçaqların köçməsində təəccüblü heçnə yoxdur. Bu torpaqlar, orada vaxtilə əcdadlarının yaşadıqları barədə xatirələır qıpçaqlar arasında yaşayırdı. Eduard Vardanovun tədqiqatları ermənilərin Anidən Dona, Krıma və Volqanın aşağı axarlarına vəhşi türklər tərəfindən, "Anini viranə edilməsi" nəticəsində "zavallı", lakin "yüksək mədəniyyətli" ermənilərin köçməyə zorlandığı barədə "rəsmi versiyasını" alt-üst edir.
Ani 1124-cü ildən Gürcü çarlığının tərkibinə daxil idi. Şəhər 1236-cu ildə baş verən zəlzələdən sonra tənəzzülə uğradıqdan sonra tamamilə tərk edilib.
Yuxardakı faktlar göstərir ki, qıpçaq –monofistlər Ani və onun ətraf ərazilərdən XIII əsrdə Cucu ulusu və ya Qızıl Ordaya köçməyə başlayıblar. Qıpçaqların Qızıl Orda ərazisinə köçməsinin digər səbəbi monqol qoşununun əsas hissəsini türklər təşkil etməsi idi. Bu dövrdə Qara dənizdən Altaya qədər ərazidə monqollar yaşayırdılar. Azlıq təşkil edən monqollar türklərlə qaynayıb-qarışır, onların dilini, mədəniyyətini qəbul edirdilər. Qızıl Orda xanlarının rəsmi fərmanları XIV əsrdən başlayaraq türk dilində yazılırdı.
Onu da qeyd edək ki, qıpçaqlar arasında ən böyük parçalanma Monqol-Məmlük müharibələrin dövründə baş verib. Misir Məmlük sultanlığının əsas döyüş gücü qıpçaq-müsəlmanlar təşkil edirdi. Qıpçaq-xristianlar və gürcülər isə monqol xanları tərəfindən vuruşurdu. Bəs, qıpçaqların Misirdə nə işi vardı?. Xatırladaq ki, IV Davidin ölkəsini XII əsrdə səlcuqlardan qorumaq üçün dəvət etdiyi qıpçaq tayfalarından biri də burcoğlu (Borçalı) tayfası olub. XII əsrə aid rus salnaməsində bu qıpçaq tayfasının Dneprin sol qolu, Samara çayının sahili və Krımda yaşadığı qeyd olunur. Bu tayfanın bir hissəsi Atrak xanın dəstəsilə gələrək indiki Debet çayı boyunca yerləşib. Debet çayının adının əvvəllər Borçalı çayı olması da bununla bağlıdır. Burcoğlu tayfasından çıxan bir çox sərkərdələr tarixdə böyük ad-san qoyub. Onlardan bəziləri Misirdə 1250-ci ildən 1382-ci ilədək hakimiyyətdə olub. Misir məmlük hökmdarı arasında I Baybars və Kalaun xüsusilə seçilib. XIV əsr məmlük salnamətçisi əl-Ayni qeyd edib ki, Beybars və Kalaun türk burc tayfasındandır: «min burcoğlu kabilatun at-türk». I Baybars, Alparslan və Səlahəddin Əyyubidən sonra adı islam aləmində ən cəsarətli komandan və dövlət xadimi kimi çəkilir. O, həmin dövrdə çoxlarının bacarmadığı, hətta yuxusunda belə görə bilmədiyi bir vəzifənin öhdəsindən qəhrəmanlıqla gələrək, məğlubedilməz sayılan monqol ordusuna güclü zərbə vurub və onlara məğlubiyyətin ilk acısını daddırıb. Halbuki onadək monqollara ağır zərbələr vura biləcək bir sərkərdənin olmasına heç kim inanmırdı. Amma o, bu böyük qələbəni qazana və adını dünyanın məşhur sərkərdələri sırasına yazdıra bildi. I Baybars səlibçiləri də dəfələrlə ağır məğlubiyyətə uğratdı. Dəşti Qıpçaqda (Qıpçaq çölündə) anadan olan, lakin taleyin hökmü ilə qul kimi Misirdə satılan, buna baxmayaraq qeyri-adi sərkərdəlik istedadı sayəsində Misiri idarə edən ən bacarıqlı Məmluk dövlət xadimi zirvəsinə ucalan Baybars tarixdə özündən sonra şanlı bir iz qoyaraq qəhraman kimi bu gün də yaddaşlarda yaşamaqda davam edir. Bu da tarixçilərə məlumdur.
Bəs, Artık xanın özü ilə Şimalı Qafqaza, Dona, doğma çöllərinə qayıdan qıpçaqların nəsillərinin sonrakı taleyi necə oldu? Onlar sonrakı əsrlərdə ukrayna və ruslar tərəfindən assimilyasiya oldlar, milli kimliklərini itirdilər. Oljas Cüleymanovun "As-ya" kitabında bir şeir diqqətimi çəkdi. Şeir Rusiya yazıçısı Sergey Markova aiddir:
Tənha oturmuş süfrə başında
Baxıram bugünkü qıpçaq övladı
Şanlı keçmişini çıxarıb yaddan.
Fəqət rus ilhamı hazır durub ki,
Əyilsin, mərmərin silsin tozunu
Oxusun
Ehramın üstə yazılan
Qıpçaq sözünü.
Bəli, bu gün Qıpçaq çolündə onların özləri deyil, yazıları qalıb.
Oljas Cüleymanov kitabında yazır: "1929-cu ildə C. Markovun "Mavi atlılar" hekayəsi çapdan çıxdı. Həmin hekayədən misal gətirəcəyim kiçik bir parça qıpçaq tarixinin son mərhələsi haqda müəyyən təsəvvür yarada bilər:
"Mən milli eskadronun iki süvarisiylə neçə gün duz-çörək kəsməli oldum. Onlar qar kimi ağappaq arxalıq, par-par parıldayan mahmızlı çəkmə, göy mundir və şalvar geyinmişdir. Vaqonun yuxarı taxtının üzərindəki qara qarmaqdan qırmızı ulduzlu iki papaq asılmışdır... Papaqların böyründəcə qara qınlı şaşkalar (qılınc) saat kəfkiri kimi aramsız yellənirdi. Kiçik Tonqerıs stansiyasında əynində iri qoyun kürkü geymiş diringi bir qoca vaqona təpildi. Qucağında yəhər tutmuşdu, vaqonda vurnuxub özünə münasib yer axtarırdı. Süvarilərdən biri çəkilib qocaya yer verdi.
Qoça tərli başından papağı çıxarıb:
-Mərhəba, mərhəba, igidlər,-deyə çır səslə öz təşəkkürünü bildirdi.-Soruşmaq ayıb olmasın. Sizin bu qılınclar kəlləmə düşüb başımı yarmaz ki? Gəlin tanış olaq. Mən Cetıru tayfasından, Tama nəslindənəm..."
Bizim üçün hekayənin sonluğu maraqlıdır:
"Vaqonda qoça yenə öz əcdadlarından danışmağa başladı:
-İgidlər,-dedi,-bəs heç söyləmədiniz ki, siz hansı nəsildən, hansı soydansınız?
-Biz qıpçağıq,-Kabin-can cavab verdi,-bizim tamğamız nizəyə oxşayan bir cüt cızıqdır.
-Bəs onda Qurqalaçina neçə düşmüsünüz? Axı sizin soy indi Turqayda köç eləyir, sizlərdən çox az adam qalıb bu gidi dünyada..."
Doğurdan da onlardan çox az adam qaldı. Qalanı da artıq ukraynalılar arasında assimilyasiya olub. Bunu təstiq edən bir faktı da Sizin diqqətinizə çatdırıram.
Aмериканских ученых Гарвардского университета, было глубже проанализировано распределение украинцев по гаплогруппам. Оказалось, что 65-70% украинцев принадлежит гаплогруппе R1a, которая характерна для степных народов. К примеру, у киргизов она встречается в 70% случаев, у узбеков – в 60%, у башкир и казанских татар – в 50%. Для сравнения, в российских регионах северо-запада – Новгородская, Псковская, Архангельская, Вологодская области – группе R1a принадлежит 30-35% населения.
Bu fakt həqiqəti əks etdirir və bir aksiomadır. Ümumiyyətlə, bu gün qıpçaqların izinə Araldan başlayaraq, Qara dəniz sahillərinə və macar çöllərinə qədər geniş ərazidə rast gəlmək olar.
Pünhan ƏFƏNDİYEV,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.