Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu!

Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! Nazir Paata Zakareişvili Marneuli ictimai məktəblərində qonaq oldu! 2015-2016 cı tədris ilinin başlanğıcı münasibəti ilə Marneuli 2 saylı, Sabirkənd 1 saylı və Qırmızı kənd ictimai məktəb şagirdlərini şəxsən barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri, Kvemo Kartli qubernatorunun müavini və ağır atletika federasiyasının prezidenti təbrik etdi. Qonaqlar yerli hakimiyyət nümayəndələri və Marneuli təhsil resurs mərkəzinin rəhbəri ilə birlikdə 1-ci sinif şagirdlərinə komputerlər təqdim etdilər.

Paata Zakareişvili səfəri zamanı Marneulinin 2 saylı məktəb pedaqoqlarına təşəkkürnamə təqdim etdi. Belə ki, 14 nəfər müəllim təşəkkürnaməni “Gürcü dili ikinci dil kimi” proqramı imtahanlarını uğurla keçdiklərinə görə aldılar. Qonaqlar yalnız Marneulini deyil, ümum Gürcüstan təhsil ocaqlarını tədris ilinin gəlişi münasibəti ilə təbrik etdilər.

“Yeni tədris ilinin başlanğıcı ölkəmiz üçün vacib hadisədir. Dövlətimiz məktəbə söykənir, insanları vətəndaş kimi yetişdirən məhz məktəblərdi. Marneuli ölkəmizin ən rəngarəng guşəsidir. Mən böyük məmnuniyyətlə hər il Marneuliyə gəlir, bu bayramı yerlilərlə birlikdə qeyd edirəm. 1-ci sinif şagirdlərini təbrik edir, dövlətin onlara ayırdığı komputerləri təqdim edirəm. Mən pedaqoqları təbrik edirəm onların gənclik üzərində əməkləri böyükdür. Mən istərdim onların əməkləri layiqincə dəyərləndirilsin. Sentyabrdan müəllimlərin maaşlarıda biraz artır, buda xoş haldır. Bu gün tədris ili başladı, şagirdlər üçün çox sevinc dolu gündür. Quberniya adından məktəblərə baş çəkərək şagirdləri təbrik etdim.”- Barış və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili.

“Çox gözəl gündür tədris bayramıdır, bu xoş günü qeyd etməyimizə hava durumuda imkan verir. Mən xüsusi ilə 1-ci sinifləri təbrik edirəm, təhsil ocaqlarına bu gün ilk addımlarını atdılar. Nazirədə təşəkkürümü bildirirəm zəhmət çəkib gəlibdir. Müəllimləri təbrik edirəm məktəbin inkişafında onların böyük əməkləri var. Gürcüstan əhalisini, məktəb şagirdlərini, onların valideynlərini, müəllimləri bu gün münasibəti ilə təbrik edirəm. Qarşıda duran tədris ilinin onlar üçün uğurlu keçməsini arzulayıram.”-Marneuli bələdiyyəsinin icra başçısının müavini Zaur Tabatadze.

“Hesab edirəm ki, məktəblərdə idman meydanı olmalıdır. İnsanlar ilk öncə fiziki cəhətdən sağlam həyat tərzinə öyrənməlidirlər.”-Qaxa Qaxiaşvili Gürcüstan ağır atletika federasiyasının prezidenti.

“Direktor kimi ilk dəfədir ki, tədris ilinin başlanğıcını qeyd edirəm. 1-ci sinifləri, müəllimləri, şagirdləri, xüsusi ilə də 12-ci sinif şagirdlərini təbrik edirəm. Onlar yeni həyata atılırlar, öz seçimlərini edirlər. Məktəbimizdə araba istifadə edən şagird də təhsil alır, bu il 1-ci sinifə daxil oldu. Mənim 14 pedaqoqumda bu gün mükafatlandırıldı. Hesab edirəm ki, pedaqoqlar ölkənin təhsil sistemi içində olmalı yeni proqramlardan yararlanmalıdırlar.”- Marneuli 2 saylı ictimai məktəbinin direktoru Şorena Xuxua.

Turac İBRAHİMOVA.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: