Gürcüstanda 2006-cı ilədək verilən sürücülük vəsiqəsi dəyişiriləcək

Gürcüstanda 2006-cı ilədək verilən sürücülük vəsiqəsi dəyişiriləcək 2006-cı ilin aprelin 1-dək sürücülük vəsiqəsi alan sürücülərin vəsiqəsi dəyişdiriləcək.

ZiM.Az-ın Gürcüstan Bürosunun rəhbəri Nizami Məmmədzadə xəbər verir ki, hazırda qüvvədə olan sürücülük vəsiqələri olan sürücülər bu sənədi 2018-ci ilin yanvarın 1-dək istifadə edə biləcəklər. Yanvarın 1-dən sonra həmin vəsiqələr hüquqi qüvvəsini itirirəcək və etibarsız sayılacaq.

Gürcüstan Daxili İşlər Nazirliyi Agentliyinin informasiya xidməti departamentinin məlumatına görə, 2006-cı ilin aprelin 1-dən sonra 2014-cü ilin martın 1-dək sürücülük hüququ olan sürücülərin vəsiqəsi 2018-ci ilin martın 1-dək qüvvədə qalır, sonra isə vəsiqə dəyişdiriləcək.

2014-cü ilin yanvarından çap olunan sürücülük vəsiqəsində istifadə tarixi yazılır və vəsiqənin istifadə müddəti bitdikdən sonra vəsiqə mütləq dəyişdirilməlidir.

Sürücülük vəsiqəsini dəyişdirmək üçün imtahan vermək lazım deyil. Bunun üçün 15 lari ödəmək və sağlamlıq haqqında arayış təqdim etmək lazımdır.

Bundan əlavə sürücülük vəsiqəsini dəyişdirmək zamanı siz həm avtomatik, həm də mexaniki idarə olunan mühərrikli maşınlar üçün 15 lari ödəməlisiniz.

Daxili İşlər Nazirliyi Agentliyinin informasiya xidməti həmçinin bildirib ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitməzdən əvvəl sürücülük vəsiqəsinin dəyişdirilməsi o qədər də zəruri deyil, lakin sənəd dəyişdirilərkən 15 lari ödənilməsi dəyişməz olaraq qalır.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: